"Erməni soyqırımı" ilə bağlı yeni qərarlar Qarabağ məsələsinə təsir edəcək?

"Erməni soyqırımı" ilə bağlı yeni qərarlar Qarabağ məsələsinə təsir edəcək?Birinci dəfə deyil ki, qondarma "erməni soyqırımı" ilə bağlı parlamentlər və dövlətlər səviyyəsində hansısa sənədlər qəbul olunur. Əslində, bunlara ən gözəl cavabı elə bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verdi.

Təəssüf ki, bunlar hamısı siyasiləşmiş müxtəlif lobbilərin həmin hökumətlərə, həmin hakimiyyətlərə təsir imkanlarını açıq şəkildə göstərən bir faktdır. Bu baxımdan, bunlar birinci dəfə deyil, yəqin ki, axırıncı dəfə də olmayacaq.

Bunu oxu.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın dövlət başçısı Emmanuel Makronun və ATƏT-in Minsk qrupunun əsas üzvlərindəm olan İtaliyanın ali qanunverici orqanının uydurma və qondarma "ermənim soyqırımı"nın tanınması ilə bağlı qərarlarına və onların Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə münasibət bildirərkən deyib.

"Bunu bilməliyik ki, bu istiqamətdə hansısa qərarların, sənədlərin qəbulu mövcuddursa, bu, ümumi beynəlxalq birlik tərəfindən qəbul olunmuş qanun və qaydalara ziddir.

Bunların özü bir daha göstərir ki, nə dərəcədə ikili standartlar, ikili yanaşmalar mövcuddur, bu, siyasiləşmiş lobbilər nə dərəcədə böyük təsir imkanlarına malikdir", - deyən S.Seyidov bu yerdə xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi hələ bir müddət öncə uydurma "erməni soyqırımı" ilə bağlı birmənalı qərar qəbul edərək, göstərmişdi ki, bu, tarixi araşdırmlara ehtiyacı olan bir məsələdir.

"Eyni zamanda, onu da qeyd etmişdi ki, bu, heç cür dövlətlərarası, yaxud parlamentlərdə hansısa bir qanun, qərar səviyyəsinə qaldırıla bilməz.

Bunlar, təbii ki, bir tərəfdən təəssüf doğuran hallardır, ikinci bir tərəfdən bizim üçün bəzi məsələlərlə bağlı aydın olur ki, Avropanın içərisində və dünyanın özündə ikili standartlar var və davam edir.

Elə bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasından qayıtmışıq. Orada da bu məsələlərlə, ikili standartlarla rastlaşmışdıq.

Bir tərəfdən beynəlxalq qanunlardan danışırlar, digər tərəfdən ikili standartlarla hərəkət edirlər. Ancaq bununla belə, Azərbaycanın bu gün mövqeyi kifayət qədər güclüdür və o, hər bir məsələdən məlumatlıdır.

Ümumiyyətlə, ikili standartlar içərisində mövcud olan siyasətdə mövqeyin nə qədər güclü olsa, həmçinin, nə qədər tutarlı cavab vermək qabiliyyətinə malik olsan, bir o qədər xeyirlidir.

Beynəlxalq hüquq işləmədiyi yerdə gündəmə gələn ən başlıca amil gücdür, qüdrətdir və təsir imkanlarıdır. Biz də bu istiqamətdə işlərimizi davam etdirməliyik və etdiririk", - deyə S.Seyidov əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1445   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

7 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may
.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

7 may
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

7 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may
.

Şəhidimizin xanımı: "Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm" - FOTO/VİDEO

32 ildən sonra şəxsiyyəti müəyyənləşən itkin düşmüş şəhidlərimizindən biri də Cəlal Rüstəmovdur. Onun nəşi Tərtər rayonunun Şəhidlər xiyabanında dəfn edilib və bu yaxınlarda şəxsiyyəti müəyyənləşən 73 nəfərdən biridir. Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunu

7 may
.

Əhməd Cavadın nəticəsi: "Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!"

"Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sove

6 may
.

Ən yüksək pensiya verilən ölkələr - SİYAHI

Müxtəlif ölkələrdə pensiya ödənişlərinin səviyyəsi iqtisadi sabitlik, sosial təminat sistemi və digər şərtlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. xarici mətbuata istinadən bildirir ki, ən yüksək pensiyalar yüksək həyat səviyyəsi və yaxşı işləyən sosial təminat sistemi olan inkişaf etmi

7 may
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

6 may