Azərbaycanlı kişi qadını yük maşınında gizlədib, Rusiyaya keçirmək istədi

Azərbaycanlı kişi qadını yük maşınında gizlədib, Rusiyaya keçirmək istədiRusiyanın Çelyabinsk vilayətində iki azərbaycanlıya hökm oxunub.

Sonxeber.az oxu.az-a istinadən bildirir ki, onlar dövlət sərhədini qanunsuz keçməkdə ittiham edilirlər.

Məlumata görə, azərbaycanlılardan biri Rusiya ərazisində DAF markalı avtomobillə yüklərin daşınması ilə məşğul olub.

O, həmyerlisi olan qadına qanunsuz yolla Rusiya ərazisinə keçməyə kömək etməyə söz verib. Bunun üçün qadın ona 20 min rubl (530 AZN - red.) ödəyib.

Qanun pozucuları sərhəddə yaxalanıblar. O, qadını yük maşınında gizlədərək, Rusiya ərazisinə keçirmək istəyərkən ələ keçib.

Məhkəmənin qərarı ilə sürücü 10 min rubl (265 AZN - red.), qadın isə 5 min rubl (132 AZN - red.) cərimələnib.

Hadisə   Baxılıb: 1081   Tarix: 16 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR