Qadın jurnalisti restoranda döydülər - Azərbaycanda
Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən "Oskar" otel-restoranında 39 yaşlı Jalə Əliyeva döyülüb.
Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə dünən axşam baş verib.
Mehdiabad polis bölməsindən bildiriblər ki, dünən gecə təxminən saat 24:00-da özünü "Star Media"nın nümayəndəsi kimi təqdim edən şəxslər "Oscar"da çəkiliş aparmaq istəyiblər. Qadın jurnalist olduğunu, restoranda şikayət əsasında çəkiliş apardığını söyləyib. Bundan sonra mübahisə baş verib və döyülüb.
"Star Media"dan faktı təsdiqləyiblər və bildiriblər ki, döyülmüş jurnalist qadın hazırda xəstəxanadadır.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov döyülmə faktını təsdiqləyib. Bildirib ki, qadın təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub, həyati təhlükəsi yoxdur.
Hazırda araşdırma aparılır.
Xatırladaq ki, ötən ilin sentyabr ayının 23-də elə həmin oteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdı. Polis əməkdaşlarının "isti izlər"lə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1173 Tarix: 23 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arabadan yıxılan 10 aylıq körpə öldü
Şamaxıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dekabrın 17-si saat 05 radələrində 02.02.2025-ci il təvəllüdlü Elgün Elşən oğlu Süleymanov yaşadığı Şamaxı şəhəri Namazəliyev küçəsindəki evdə arabadan yıxılıb. Ehtiyatsızlıqdan yıxılan 10 aylıq körp
18 dekabrQocalar evinin işçisi yaşlı kişini döyərək öldürüb - VİDEO
İstanbulun Böyükçəkməcə rayonunda fəaliyyət göstərən Özəl Böyük Marmara Qocalar evində 2023-cü ilin iyul ayına aid olduğu bildirilən görüntülər cəmiyyətdə böyük rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, görüntülərdə yaşlı kişinin "Səhərdən bəri məni döyürlər" dediyi, bir şəxsi
17 dekabrMaşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO
Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr
19 dekabrAlışqan doldurmaq istəyən qadının özü də yandı, evi də! - VİDEO
Kocaelinin Derince rayonunda alışqanını doldurmaq istəyən 77 yaşlı qadın yanğına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, hadisə Derince rayonunun Mersincik məhəlləsi, Həyat küçəsində baş verib. Oğlu Ferhat Gündağ ilə birlikdə yaşayan Hamide Gündağ (77) evdə tək olduğu vaxt alışqanı qaz
19 dekabr16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində
17 dekabrBuğanı bəsləmək istəyən gənc təhlükəli vəziyyətlə üz-üzə qaldı - VİDEO
Buğanı bəsləmək məqsədilə onun saxlanıldığı əraziyə daxil olan gənc gözlənilməz hadisə ilə üzləşib. Gəncin buğanın üzərinə çıxmasında sonra heyvan onu ayağının altına salıb. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı gənc böyük panik yaşayıb və buğanın ayağı altından çıxmaq üçün ciddi mübariz
18 dekabrSevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi
Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov
17 dekabr