31 mindən yuxarı vətəndaş kompensasiyasını alıb - RƏSMİ

31 mindən yuxarı vətəndaş kompensasiyasını alıb - RƏSMİProblemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən "Azərpoçt" MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Bu gün artıq 4-cü iş günüdür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb. Son 3 günün statistikasına görə, 31 min 336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb.

"Azərpoçt" MMC-dən Sonxeber.az-a verilən məlumata görə, Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri 3 gündə 8 milyon 444 min 073 manat 71 qəpik vəsaiti nağd formada əldə edib.

May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. "Azərpoçt" MMC Bakı ərazisində və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.

Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.

Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt" MMC-yə müraciət etməlidirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt" MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt" MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb. "Azərpoçt" MMC-nin rəsmi internet səhifəsində azerpost.az-da "Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat" bölməsindən də kompensasiyasını nağd və kart vasitəsilə alacaq vətəndaşlarla bağlı bütün məlumatlar yerləşdirilib.

Vətəndaş Azərpoçtun saytı vasitəsilə məlumatları qeyd edərkən, onun kredit məbləği, kredit aldığı bank və ya BOKT, ona düşən kompensasiya haqda ətraflı məlumat ala bilir. Eyni zamanda onun kartını ala biləcəyi şöbə və ünvanı həmin məlumatlar arasında qeyd olunub. Daha sonra vətəndaş orda göstərilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi və onun surəti ilə yaxınlaşıb, zəruri sənədlərə imza atır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.

Eyni zamanda PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Müştərilər nəinki "Azərpoçt"un bankomatlarında və post terminallarla təhciz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda Millikart MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan,yəni komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. Millikart MMC-nin şəbəkəsində daxil olan ATM-lər ASB (Azərbaycan Sənaye Bankı), AccessBank, Bank Melli İran, Bank of Baku, ExpressBank, Gunay Bank, NaxçıvanBank, Unibank bankları daxildir.

Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız Qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması "Azərpoçt"un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində "Azərpoçt" MMC sadəcə icraçı tərəf kimi çıxış edir.

"Azərpoçt" MMC tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1503   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır

Ədliyyə Nazirliyi fərdi sahibkar Əsəd Əzizovla satınalma müqaviləsi bağlayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə mebel və digər inventarların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 8 184,48 manatdır. Nazirlik bu məbləğə sənəd dolabı, metal stellaj, ISO stul, paltar dolabı

12 dekabr
.

Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,217 milyon ABŞ dollar

22 noyabr
.

Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır

Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymət

6 dekabr
.

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.

14 dekabr
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

13 dekabr
.

Azərbaycanda qaymaq və xama istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 min 534,6 ton qaymaq və xama istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur. Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,4 % azalara

22 noyabr
.

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb

Bu ilin dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 850,9 min təşkil edib. Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 9,

6 dekabr
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

13 dekabr
.

Azərbaycanda oktyabrda nağdsız ödənişlərin 88 %-i elektron ticarətin payına düşüb

Bu ilin oktyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq – 8 milyard 825 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 776 milyon manatı (88,1 %-i) elektron ticarətin payına düşüb

29 noyabr