Azərbaycan futbol tarixində ilk - Biletlər 50 MANATA satışa çıxarıldı

Azərbaycan futbol tarixində ilk - Biletlər 50 MANATA satışa çıxarıldıTopaz Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" – "Qarabağ" matçının biletləri satışa çıxarılıb.

Sonxeber.az unikal.org-a istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olmayaraq 50 manat təşkil edir. Bu barədə "Neftçi"nin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Biletlərin 50 manata satışa çıxarılması Azərbaycan futbol tarixində ilkdir. Heç vaxt daxili çempionat oyunlarına biletlər bu qədər yüksək qiymətə olmayıb. Biletlərin qiyməti adətən 1-5 manat arasında dəyişirdi.

Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu saat 18:00-da başlayacaq.
Azərbaycan futbol tarixində ilk - Biletlər 50 MANATA satışa çıxarıldı

İdman   Baxılıb: 833   Tarix: 11 may 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR