Gəncləri daha çox öldürən ürək xəstəlikləri - Necə qorunaq?
Ürək xəstəliklərindən ölüm faktları dünya miqyasında ilk pillədədir. Hazırda ürək xəstəlikləri gənclərdə daha çox ölümlə nəticələnir. Həddindən çox qəbul olunan içki, siqaret, sağlam olmayan qidalanma və stress kimi faktorlar ürək xəsətliklərinə təkan verir.
Sonxeber.az medicina.az-a istinadən bildirir ki, ürək xəstəliklərə yoluxmaq baxımından da olduqca həssas orqandır. Ən çox rastlanan ürək xəstəliyi isə ateroskleroz - yəni damar sərtliyidir. Aritmiya və ya ürəyin ritm pozuntusu da geniş yayılmış patologiyadır. Aortal çatışmazlıq və ümumilikdə bir çox ürək problemləri də geniş vüsət alıb.
Ürək xəstəlikləri adətən bədəndə gizli formada irəliləyir. Lakin bir neçə əlamətlə də özünü büruzə verə bilir.
Sıx-sıx müşahidə edilənlər: sol qolda, kürəkdə, sinədə və qarın boşluğunda ağrı, yanma, çırpınma, nəfəs alıb-vermədə çətinlik, ürəkgetmə, gecə tez-tez sidiyə çıxma. O cümlədən, əl-ayaq barmaqlarında və dodaqlarda göyərmə, qarın bölgəsində və ayaqlarda şişmə, halsızlıq, tez yorulmaq və öskürək kimi sıx sıx rastlanan digər əlamətlər.
Ürək xəstəliklərinə rəvac verən bir çox səbəb var. Stresli həyat şəraiti keçirən insanlarda və diabetdən əziyyət çəkənlərdə risk faktoru daha yüksəkdir.
Düzgün qidalanmamaq, siqaret, içki kimi pis vərdişlər də ürəyimizdə problem yaradır.
Stress də ürəyin ən böyük düşmənlərindən biridir. Mümkün qədər stressli situasiyalardan uzaq durmaq lazımdır. Zərərli vərdişlərdən tamamilə özünü məhrum eləmək, qızardılmış yeməklər və yağlı ət qəbulunu menyumuzdan uzaq tutmaq lazımdır. Koservləşdirilmiş qidalardan da uzaq durmaq lazımdır. Çox kökəlmənin qarşını da vaxtında önləməliyik.
Qırmızı ət qəbul etmək tövsiyə olunmasa da, balıq və toyuq əti məsləhət görülür. Lakin toyuq dərisi kimi yağlı hissələr qəbul olunmamalıdır. Balıq əti qanın fəaliyyətini balansda saxlayır, yağlanmanı əngəlləyir. Ürək-damar xəstəliklərinin düşməni olan balıqdan ən azı həftədə bir dəfə yemək zəruridir.
Ürək xəstəliklərindən qorunmaq üçün süd və süd məhsullarına üstünlük verin. Yeməklərdə çox duzdan istifadə etməyin. Daha çox bitki yağlarından istifadə edin. Meyvələri mövsümünə uyğun yeyin. Bundan əlavə, fiziki hərəkətlərin sistematik olaraq həyata keçirilməsi ürək sağlamlığımızı qoruyur.
Ürək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin son zamanlar dənc nəsil ürək xəstəliklərindən daha çox əziyyət çəkir. Bu da sözü gedən xəstəliyin yaşının gəncləşdiyinin göstəricisidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir
Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə
3 dekabrMusiqi təkcə ruhun qidası deyilmiş... - Yeni tədqiqat
Musiqi dinləmək boş vaxtı dəyərləndirməyin ən gözəl yollarından biri hesab olunsa da, əslində beynin sağlamlığını qoruyan xüsusiyyətləri də özündə ehtiva edir. Qaynarinfo xəbər verir ki, Monaş Universitetinin apardığı tədqiqat da bu fikri təsdiqləyir. Musiqi dinləmək bir çox insan üçün dünyanın səs-küyündə
5 dekabrQış aylarında göz quruluğu və infeksiyalar artır - Həkimdən xəbərdarlıq
Qış aylarının başlaması ilə soyuq hava, külək və qapalı məkanlarda yaranan quru mühit göz sağlamlığına mənfi təsir göstərməyə başlayıb. türk mediasına istinadən xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, Dr.Faik Engin Azman bu dövrdə göz quruluğu, infeksiyalar və rəqəmsal ekran istifadəsi il
15 dekabr8 saatdan az yatmaq ömrü qısaldır - Alimlər
Oreqon Sağlamlıq və Elmlər Universitetinin alimləri müəyyən ediblər ki, yuxusuz qalmaq ömrü xeyli qısaldır. xəbər verir ki, tədqiqatın nəticələri "SLEEP Advances" jurnalında dərc olunub. Alimlər ABŞ-dəkı böyük milli məlumat bazasını təhlil edərək CDC tərəfindən 2019-2025-ci illərdə toplanmı
10 dekabrÜrəyi qoruyur deyə ovuc-ovuc yediyimiz çərəz ağciyəri məhv edirmiş
Ürək sağlamlığı üçün faydalı hesab edilən, gündəlik rasionda tez-tez yer alan quru meyvələrin bəzi hallarda sağlamlıq üçün risk yaratdığı məlum olub. Xüsusilə çox miqdarda istehlak olunduqda qozun ağciyərlərə ciddi şəkildə zərər verdiyi ortaya çıxıb. xəbər verir ki, qozun tərkibindəki omega-3 yağ turşular
30 noyabrÇox yeyənlər niyə gec doyur? - Səbəb açıqlandı
Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər. xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir. Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaq
6 dekabrBahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - Həkim
Bahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır. xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb. Bu barədə Amsterdam Universitet
6 dekabrBu ərzaqlar mənfi kalorilidir
Bəzi ərzaqlar sıfır və mənfi kaloriliyə malikdir. Söhbət o qidalardan gedir ki, onların həzm prosesinə tərkibində olduğu miqdarda və ya daha artıq kalori sərf olunur. "Qafqazinfo" xəbər verir ki, bu siyahıya göyərti, xiyar, yosunlar, kələm, qabaq, qulançar daxildir. Məsələn, xiyarın bir parçasınd
2 dekabr