Problemli krediti olan şəxslərin DİQQƏTİNƏ!

Problemli krediti olan şəxslərin DİQQƏTİNƏ!Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli fərmanının icrası uğurla başa çatdırılıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, indiyə qədər kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da ayrılmış məbləğin 91,4%-ni təşkil edir. Müxtəlif səbəblərə görə (ölkə xaricində olduğundan, vəfat etdiyindən və s.) kompensasiya almaq üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların da 20,5 mini ləğv prosesində olan bankların və bank olmayan kredit təşkilatlarının, 7 mini isə fəaliyyətdə olan bankların müştəriləridir. Həmin vətəndaşlar və onların varisləri bundan sonra da banklara, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-yə müraciət edərək kompensasiyalarını ala bilərlər.

Bundan başqa, Palatanın nəzdində yaradılmış Apellyasiya Komissiyası 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmaları davam etdirir. Bbu müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq.
Fərmanın icrası üçün Maliyyə Nazirliyinin 6 trans çərçivəsində ayırdığı 600,1 milyon manat vəsaitin 288,8 milyon manatı 562 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.

Fərman çərçivəsində kredit təşkilatları 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pullarınə silib və bu proses davam edir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib və bu proses ilin sonuna qədər davam edəcək.

Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçidən 1,7 milyon sorğu daxil olub. Ümumilikdə həmin portal üzrə baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3510   Tarix: 03 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021