"Mahir, bunu etməsən, səni cəzalandıracam" - Atasının soyadından imtina edən futbolçunun anası

"Mahir, bunu etməsən, səni cəzalandıracam" - Atasının soyadından imtina edən futbolçunun anasıÖvladlarımız hansı sahədə olursa olsun əsas məsələ onların uğurlu olmasıdır".

Sonxeber.az "Report"-a istinadla xəbər verir ki, bunu "Azərsun Holding" MMC-nin "Super analar" layihəsinin açılış mərasimində çıxış edən Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin (Mədətov) anası Elnurə Mədətova deyib.

E.Mədətovanın sözlərinə görə, M.Emreli uşaq yaşlarından futbola həvəs göstərib: "Mahir idmana-futbola çox kiçik yaşlarından öz həvəsi ilə başlayıb. Təbii, mən hər zaman istəyirdim ki, onun dərsləri yerində olsun. Çünki idman elə bir sahədir ki, burada hər kəs uğurlu ola bilmir. Balaca vaxtı hər kəs həvəsli olur, böyüdükcə onun maraqları dəyişə, yaxud fiziki görkəmi buna imkan verməyə bilər. Ona görə də onların dərslərini də yaxşı oxumaları çox vacibdir. Mahir 8-ci sinfə qədər əlaçı idi. Artıq o, klubu ilə yanaşı, millidə də çıxış etməyə başladıqdan sonra təbii ki, mən ona dərslərində bir az kömək etdim. Davamiyyəti yerində deyildi, bu da normaldır. Bunun üçün də hər zaman onun məşqçiləri, müəllimləri, komandasındakı böyükləri ilə məsləhətləşirdim ki, Mahirdən futbolçu olacaqmı?!".

"Elnurə xanım, sizdən çox bura gələn valideyn yoxdur" cavabını verirdilər. "Çünki mən bunu bilmək istəyirəm. Bunun göstəriciləri o deyilsə, futbolçu olmayacaqsa, qoy, dərslərində daha fəal olum" söyləyirdim. Sevindiricidir ki, bu gün ilk öncə Mahirin arzusu yerinə yetdi. Mənə şəxsən Mahirin idmanının çox böyük köməyi oldu".

Anası M.Emrelinin dərs oxumasının yolunu da tapdığını deyib: "Ailələr var, "Bunu eləməsən, atana deyəcəyəm", "Bunu eləməsən, səni cəzalandıracağam". Amma bizdə necə oldu - "Mahir, dərsini oxumasan, futbola getmək yoxdur" - bir kəlimə ilə Mahir dərslərini oxudu. "Mahir vaxtında yatmasan, futbola getməyəcəksən" - Mahir gecə saat 10-da yerindədir. Mən futbol sahəsinə təşəkkür edirəm. Mahirin böyüməsində mənə çox böyük dəstəyi oldu. Ananın öz övladından qürur duymasından böyük xoşbəxtlik yoxdur. Allahıma minnətdaram ki, bu xoşbəxtliyi mən də yaşamışam".

Qeyd edək ki, Elnurə Mədətova "Super Sun"un "Super Analar" layihəsinin simalarından biridir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1822   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel