Bakıda 77 nəfəri xaricdə təhsil almaq adı ilə aldatdı
Bakı Ağır Cinayətlər Məhkəməsində 77 nəfəri xaricdə təhsil almaq vədi ilə aldadaraq dələduzluq etməkdə təqsirləndirilən "Azərbaycanda Amerika Məktəbi" (American School in Azerbaijan –ASIA) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin məhkəməsi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, prosesdə zərərçəkmişlər ifadə verərək pullarının ödənilməsini tələb ediblər.
Dövlət Neft Şirkətində işləyən Elçin Hüseynov deyib ki, 2021-ci ilə qədər xaricdə təhsil, dil kursunu keçənlərə daha yüksək maaş veriləcəyi üçün ABŞ-da kursa getmək istəyib: "Mən 1290 dollar verdim, qarşılanma, qidalanma, orada iki həftə qalmaq bu qiymətə daxil idi. Vizanı alandan sonra dedi ki, şənbə günü gedirsiniz. Mən də çamadanımı hazırladım. Beşinci gün AZAL-dan dəqiqləşdirəndə məlum oldu ki, mənim adıma nə bilet var, nə də bron. Zəng elədim, telefona cavab vermədi. Onda bildim ki, məni aldadıb".
Tural Nəbiyev isə Kanadaya getmək üçün viza alınmasına kömək edəcəyi vədinə görə kredit götürərək Elvinə verib və indi pulunu tələb edir.
E.Məmmədzadə isə zərərçəkmişlərin tələblərinə belə etiraz edib: "Mən bu adamlara görə vizalar üçün təkcə səfirliyə 33 min pul ödəmişəm".
Otellərdən birində ofisiant işləyən Elşən Alışov deyib ki, sosial şəbəkədə "work and travel" proqramı üzrə elan görüb və müraciət edib: "2990 dollar verdim, müqavilə bağladıq. Müqavilə belə idi ki, 160 dollar viza, 200 dollar da kursun qiyməti idi. Əgər alınmasa, bu məbləğlər çıxılmaqla qaytarılacaq. Müqaviləyə görə, 10 həftə ərzində qaytarılmalıydı. Amma qaytarılmadı".
E.Məmmədzadə özünü qismən təqsirli bilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1235 Tarix: 12 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
21 yaşlı qadın doğuş zamanı öldü
Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib. Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zaman
5 dekabrVidadi Mustafayev Yekaterinburqda saxlanıldı
Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə " "ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib. Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirak
1 dekabrYanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi
Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib. İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasınd
17 noyabrAraz Musayevin bıçaqlanmasına görə həbs edilənlər ev dustağı oldular
Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar. -a istinadən xəbər veri
19 noyabrTəzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş - Gəlinlə qardaşı tutuldu
Noyabrın 3-ü Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdl
15 dekabr"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı
Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb. Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanə
4 dekabrQaxda məktəbli güllə yarası aldı
Qaxda 9-cu sinif şagirdi ov tüfəngi ilə özünü güllələyib. "Bizim.media"ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Əmbərçay kəndində baş verib. Kənd sakini V.Elnur oğlu baş nahiyəsindən xəsarət alıb. Yaralı təcili əməliyyat olunmaq üçün Bakıya aparılıb. Hadisənin ehtiyatsızlı
18 noyabrQadın işlədiyi mağazada bıçaqlanıbmış - Qaçsa da, əri ona çatıb...
Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib. Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddi
3 dekabr