Qadın narkotacir saxlanıldı
Əminə Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib
Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
DİN-dən verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, isintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1466 Tarix: 12 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur
Bu ilin aprelində Biləcəridə qətlə yetirilən Ədil Məhərrəmovun işi üzrə gözlənilməz dəlil ortaya çıxıb. "Qafqazinfo"nun məlumatına görə, mərhumun həyat yoldaşı Nuranə Nəcəfova və qayınatası Nəcəf Qafarov cinayət işi üzrə həbs edilib. Prokurorluq müəyyən edib ki, ata və qız mərhum Ədil Məhərrəmov
20 noyabrAzyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. Bildirib ki, həmin
19 noyabrQonşusunun qulağını dişləyib qoparan Cavad - Həbs edildi
Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon Sor-Sor kənd sakini 1982-ci il təvəllüdlü Cavad Rüstəmova (soyadlar şərtidir) hökm oxunub. Bildirilib ki, cinayət hadisəsi ötən ili
19 noyabrFikrət Cəfərli azadlığa buraxıldı
İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb. Teleqraf-ın məlumatına görə, onun həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb. Qeyd edək ki, F.Cəfərli bu ilin iyulunda böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə həbs edilmişdi. O, vəki
29 noyabrGecə 11-də qapısını döyən şəxsi öldürdü - 11 il həbs aldı
Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiha
4 dekabrƏməliyyat sarğısını açdırmaq üçün xəstəxanaya getmişdi - Qəzada öldü
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub. Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxan
1 dekabrQətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib. Tağıye
15 noyabr