Lombardda kiminsə qızıl əşyasının qaşı götürülüb dəyişdirilir - Deputat
"Lombardlar haqqında" yeni qanun layihəsi deputatların narazılığına səbəb olub.
Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, layihənin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsində çıxış edən deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanda vətəndaşlar lombardların fəaliyyətindən narazıdır: "Lombardlarla bağlı çoxlu şikayətlər daxil olur. Lombard rəhbərləri camaatı incidirlər. Ona görə də, belə bir qanun layihəsinin olması vacib idi. Ancaq bu qanun layihəsi yetərli deyil. Bu layihədə düzəldilməli olan bir çox məsələlər var. Layihəni parlamentə bu cür şəkildə buraxan deyilik. Vaxt verək, Maliyyə Bazarlarına Nəzarət Palatası layihəni yenidən hazırlasın.Təkcə lisenziyanın verilməsi ilə bağlı layihədə 3 maddə verilib. Buna nə gərək var? Biz bilirik ki, lombardlara müraciət edən adamlar kasıb insanlardır. Tez müddətdə onlar qiymətli əşyalarını qoyub pul götürmək istəyirlər. Ancaq layihədə qeyd olunur ki, müqavilə, qəbz digər üsullardan istifadə olunmalıdır.
Daha sonra layihədə qeyd olunur ki, lombard verilmədiyi halda vətəndaş məhkəməyə müraciət edə bilər. Niyə görə son zamanlar bu qurumlar vətəndaşı məhkəmələrə yönləndirilir? Biz elə etməliyik ki, insanların işini çətinləşdirməyək. Çünki lombardlarla bağlı məsələdə biabırçılıq baş alıb gedir. İnsanların 100 min manatlıq əşyalarını 5000 manat dəyərində qiymətləndirirlər".
Deputat Rüfət Quliyev isə bildirib ki, imkansız insanlar öz qızıl əşyalarını lombarda qoyub pul götürürlər: "Ancaq pul ödəyib bitəndən sonra insanlar dələduzluq faktlarına məruz qalırlar. Kiminsə qızıl əşyasının qaşı götürülüb dəyişdirilir və.s hallar baş verir. Bu zaman məsuliyyəti kim daşıyır? Bunu qanun layihəsi müəyyən edə bilibmi?" Deputat İlham Əliyev bildirib ki, lombard qara bazar kimi fəaliyyət göstərir: "Onların nə müqavilələri, nə də notarial qaydada sənədləri var. Onlar müştərilərin əşyalarını düzgün qiymətləndirmirlər. Gəlin o zaman müştərinin zinət əşyasını qiymətləndirən ekspertə də lisenziya verək. Elə etmək lazımdır ki, lombardlar insanların əşyalarına müdaxilə edə bilməsinlər. Onları möhürləyib saxlamaq lazımdır. Bilirsiniz, əsas məsələləri qıraqda qoyub, ikinci dərəcəli məsələləri bizim müzakirəmizə gətirib təqdim etmisiniz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1907 Tarix: 14 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AzTU tələbəsi vəfat edib
Azərbaycan Texniki Universitetinin tələbəsi dünyasını dəyişib. xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, vəfat edən Elnur İslamlı AzTU-nun Nəqliyyat və logistika fakültəsinin birinci kurs tələbəsi olub. Tələbənin ölüm səbəbi ilə bağlı isə hər hansı məlumat açıqlanmayıb
19 mayPensiyaçılara SEVİNDİRİCİ XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxsləri
19 mayŞavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın mədəniyyə
17 mayVilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar "su qiymətinə" satılır
İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Range Rover" və "BMW 740İ" markalı avtomobillər üç dəfə satış
18 may"Həmin sənədlər şəhərsalmanın gələcək gündəliyini də formalaşdıracaq"
"Bakı hazırda şəhərsalma gündəliyinin bütün elementlərinin müzakirəsi üçün uyğun və aktual məkandır". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmə
19 mayÜST 2 ölkədə fövqəladə vəziyyət elan etdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib. qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatın baş direktoru üzv dövlətlərlə aparılan məsləhətləşmələrdən sonra "Bundibuqio" virusunu
17 mayQırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyyə nazir
17 mayXankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?
"Xankəndidə dəmiryol vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır". Bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma
19 mayBakı-Tbilisi qatarı 6 il sonra açılır - Bu tarixdən
Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. "Qafqazinfo" "yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarə
18 may