Yadplanetlilər bizi niyə görmürlər? - Kainatın içində itən sivilizasiyalar

Yadplanetlilər bizi niyə görmürlər? - Kainatın içində itən sivilizasiyalarKainatın böyüklüyünü insan beyni intuitiv şəkildə qavraya bilmir. Problem sadəcə məsafə deyil. Həm məkan, həm də zaman miqyası insan təfəkkürünün öyrəşdiyi ölçülərdən tamamilə kənardadır. Kainatın genişlənməsi o deməkdir ki, məkanın özü zamanla böyüyür və buna görə də qalaktikalar bir-birindən uzaqlaşır; Habl sabiti isə hər 1 meqaparsek məsafə üçün bu uzaqlaşma sürətinin təxminən saniyədə 67-74 km artdığını göstərir. Buna görə də yadplanetli sivilizasiyalar mövcud olsa belə, onların bir-birini tapması və ya əlaqə qurması düşündüyümüzdən qat-qat çətin ola bilər.

Məkan baxımından sadə bir müqayisə edək. Əgər "Süd yolu" qalaktikası Amerika qitəsi boyda olsaydı, Günəş demək olar ki, görünməyəcək qədər kiçik bir zərrəcik olardı. Yer isə onun yanında mikroskopik ölçüdə qalardı. Belə bir miqyasda bir sivilizasiyanın digərini aşkar etməyə çalışması, nəhəng və qaranlıq boşluqda toz hissəciyi axtarmağa bənzəyir.

Sonxeber.az xəbər verir ki, insanlıq radio dalğaları yaymağa təxminən 130 il əvvəl başlayıb. Bu isə o deməkdir ki, texnoloji varlığımızı göstərən siqnallar kainatda maksimum 130 işıq ili (1 kvadrilyon 230 trilyon kilometr) məsafəyə çata bilib. Halbuki təkcə "Süd yolu" qalaktikasının diametri təxminən 100 min işıq ilidir. Müşahidə edilə bilən kainatda isə yüzmilyardlarla, hətta trilyonlarla qalaktikanın olduğu təxmin edilir.

Buradakı əsas problem odur ki, kainatdakı məsafələr o qədər böyükdür ki, işıq sürəti belə praktiki baxımdan yetərsiz görünür. Biz uzaqdakı obyektlərə baxarkən onların indiki halını yox, keçmişini görürük. Məsələn, 200 milyon işıq ili uzaqlıqdan Yerə baxan hipotetik bir müşahidəçi burada insanları yox, dinozavrlar dövrünü görərdi. Eyni şəkildə, biz də uzaq ulduz sistemlərinin və qalaktikaların milyonlarla, bəzən milyardlarla il əvvəlki vəziyyətini müşahidə edirik. Ola bilər ki, hazırda orada inkişaf etmiş sivilizasiyalar mövcuddur, sadəcə, onların varlığını göstərən siqnallar hələ bizə çatmayıb. Hətta ola bilər ki, o sivilizasiyalar artıq məhv olub, amma onların keçmişindən çıxmış işıq hələ də kainatda yol gedir.

Problem yalnız məkan deyil, həm də zamandır.

Müasir kosmoloji modellərdə, "Kainatın istilik ölümü" (Heat Death of the Universe) kimi ssenarilərdə kainatın fəaliyyəti ağlasığmaz uzun zaman miqyasında davam edə bilər. İnsan beyninin təsəvvür etməkdə çətinlik çəkdiyi 10^100 kimi rəqəmlər burada ortaya çıxır. Müqayisə üçün, kainatın indiyə qədər keçən təxminən 13.8 milyard illik ömrünü bir illə müqayisə etsək, hazırkı dövr həmin ilin ilk saniyəsinin kiçik bir hissəsinə belə çatmazdı.

Bu miqyasda insan sivilizasiyasının mövcudluq müddəti demək olar ki, görünməzdir. Yer üzərində həyat təxminən 4 milyard ildir mövcuddur. Müasir insanın tarixi isə təxminən 300 min ilə gedib çıxır. Texnoloji sivilizasiya olaraq radio siqnalları yaymağa başlamamızın üzərindən isə cəmi bir neçə əsr keçib. Kosmik miqyasda bu, bir qığılcımın yanıb-sönməsi qədər qısa bir intervaldır.

Əgər kainatda çoxlu sivilizasiya yaranır və məhv olursa, böyük ehtimalla, onlar bir-birindən həm məsafə, həm də zaman baxımından ayrılmış vəziyyətdə mövcud olurlar. Biz eyni anda yanan iki qığılcımın bir-birini görməsini gözləyirik. Halbuki biri sönəndə digərinin işığı hələ yeni yola çıxmış ola bilər.

Bəlkə də kainatda həyat nadir deyil. Sadəcə, kainat o qədər böyükdür ki, bütün sivilizasiyalar bir-birindən xəbərsiz şəkildə qısa müddətlik yanıb-sönən kosmik qığılcımlara çevrilirlər.(oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2123   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fransa Ukraynaya 2 qırıcı verəcək

Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü

19 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya istiqamətində alternativ logistika marşrutlarına və emal güclərinə olan tələbatı fəal şəkildə artırır, lakin Orta Dəhlizin tam işə salınması üçün 18,5 milyard avro məbləğində kapital qoyuluşu tələb olunacaq. Bu barədə "Report" "UkrAgroConsult" analiti

21 noyabr
.

Estoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır

Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il

20 noyabr
.

Gürcüstanda matəm elan edildi

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək

20 noyabr
.

Rusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü

Rusiya-Ukrayna müharibəsində gərginlik daha da artıb. Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücumun əsas hədəflərindən biri paytaxt Kiyev olub. Rusiya ballistik və qanadlı raketlərdən, eləcə də reaktiv mühərrikli dronlardan istifadə edib. Kiye

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr
.

Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri

19 noyabr