Ankara İrəvanı küncə sıxır: Türkiyədən Azərbaycana mühüm dəstək

Ankara İrəvanı küncə sıxır: Türkiyədən Azərbaycana mühüm dəstəkÇavuşoğlu Parisdən ermənilərə səsləndi: "Özünüzə əminsinizsə!.."; Fransa məhkəmələri Qarabağla imzalanmış qanunsuz dostluq müqavilələrini ləğv edir, Moskva isə İrəvanı təhdid edir - düşmən həyəcanda; erməni siyasətçi: "Əleyhimizə təhlükəli proseslər gedir..."

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransaya səfər edib. Qardaş ölkənin baş diplomatı fransalı həmkarı Jan İv Le Drianla keçirdiyi mətbuat konfransında işğalçı Ermənistana çağırış edib. "Yeni Müsavat" xarici qaynağa istinadən xəbər verir ki, Çavuşoğlu İrəvana Osmanlı İmperiyasında uydurma "erməni soyqırımı" məsələsini öyrənmək üçün işçi qrupu yaratmağı təklif edib.

"Əgər Ermənistan özünə, haqlı olduğuna əmindirsə, o zaman otaq işçi qrupu təklifimizi qəbul eləsin. Qoy bu qrupa Fransa, Rusiya və ABŞ-dan da nümayəndələr daxil olsun.

Türkiyə XİN rəhbərinin bu təklifi məhz Parisdə verməsi ikiqat önəm daşıyır. Çünki Fransa saxta soyqırım iddiası ilə bağlı ən çox canfəşanlıq edən, bundan zaman-zaman qardaş ölkəyə qarşı siyasi təzyiq aləti kimi istifadəyə çalışan böyük Avropa dövlətidir. Saxta genosidi inkara görə cəza nəzərdə tutan tək ölkə də yenə Fransadır. Az öncə isə prezident Emmanuel Makronun sərəncamı ilə 24 aprel Fransada "erməni soyqırımı" qurbanlarının xatirə günü kimi elan edildi.

Çavuşoğlunun son bəyanatı, onun Parisdən İrəvana səslənişi bu mənada olduqca yerinə düşür və Fransanı da, onun "kiçik bacısı" Ermənistanı da "naqolay" vəziyyətə qoyur, İrəvanı, faktiki, küncə sıxır. Ən əvvəl o səbəbə ki, qardaş ölkə rəsmiləri arxivlərin açılacağı təqdirdə erməni yalanlarının üzə çıxacağına və bu yalanlara həqiqət donu geydirməyə çalışan Fransa kimi Qərb dövlətlərinin rüsvay olacaqlarına əmindir.

Çavuşoğlunun təklifi bu xüsusda ermənilərin Qarabağa iddialarına da ciddi zərbədir və heç sübhisiz, İrəvanı küncə sıxmaq, fakt qarşısında qoymaq, onun təcavüzkar xislətini faş eləmək niyyəti güdür. Türkiyənin işğalçıya daha bir zərbəsi isə bir neçə gün öncə Ermənistanın bölgədə təklənməsinə hesablanmış Azərbaycan-Türkiyə-Gürcüstan formatı üzrə, faktiki, yeni hərbi ittifaqın yaradılması, üç ölkənin ortaq təlimləri barədə Qəbələ razılaşması oldu.

O da maraqlıdır ki, Türkiyə XİN başçısının Paris səfəri ərəfəsində Fransa məhkəmələri bu ölkənin müxtəlif şəhərləri ilə Qarabağ arasında vaxtilə imzalanmış qanunsuz dostluq müqavilələrini ləğv edib. Gözlənildiyi kimi, bu da Ermənistanı təşvişə salıb. Ona görə ki, əvvəla, Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrlərindən biri və işğalçıya rəğbəti olan Avropa dövləti sayılır, ikincisi isə, Fransa bununla faktiki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sayğı izhar etmiş olub.

"Fransa məhkəmələri Fransanın müxtəlif şəhərləri və Qarabağ arasında imzalanmış dostluq müqavilələrini bir-bir ləğv edir". Bunu Ermənistan parlamentinin keçmiş deputatı Vahe Hovannisyan deyib (teleqraf.com). Hovannisyanın sözlərinə görə, Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatları bu prosesin qarşısını ala bilmir.

"Bizim səylərimiz nəticə vermir, Fransadakı diaspor təşkilatlarımız da öz vaxtlarını boş yerə xərcləyir. Ətrafımızda baş verən prosesləri görmürük, bu məsələlər heç kəsi maraqlandırmır. Məsələn, dünən (srağagün - red.) Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə görüşdü. Bundan əvvəl Türkiyə və Azərbaycan Naxçıvanda birgə hərbi təlimlər keçirdi. Üç ölkənin müdafiə naziri hərbi əməkdaşlıq barədə anlaşdı, əslində dünən (srağagün - red.) bölgədə yeni hərbi ittifaq quruldu. Nə parlamentdən, nə də rəsmi İrəvandan buna reaksiya verilmir, Ermənistanda hamı səssizliyə çəkilib".

V.Hovannisyan Ermənistanın təhlükə qarşısında qaldığını və ən böyük müttəfiqlərdən biri olan Fransanın da bu ölkədən üz çevirdiyini bildirib: "Minsk Qrupunun üzvü olan dövlətlərdən birində Ermənistan əleyhinə təhlükəli proseslər gedir. Bir-bir Qarabağ və Fransanın müxtəlif şəhərləri arasında imzalanmış dostluq müqavilələri Fransa məhkəmələri tərəfindən ləğv edilir. Bu, yaxşı təşkil edilən və Ermənistanı təhdid qarşısında qoyan bir kampaniyadır".

Diqqətçəkicidir ki, Qarabağ məsələsində ermənilərin digər, 1 nömrəli havadarı olan Rusiya da hazırda İrəvana isti münasibətdə deyil. Ermənistanın keçmiş prezidenti, Putinin yaxın dostu Robert Köçəryanla bağlı yaşanan olaylar buna parlaq sübutdur. Məlumdur ki, enində sonunda Putin öz dostunu zindandan qurtara bildi. Srağagün isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Köçəryanla görüşüb. Söhbətin məğzi açıqlanmır. Ancaq aydındır ki, Moskva bununla Paşinyana bir daha mesaj verib ki, onun adamları toxunulmazdır.

O da bəllidir ki, Dağlıq Qarabağdakı separatçı rejim İrəvandan çox, Moskvaya bağlıdır, Kremlin direktivlərini yerinə yetirir. Bu üzdən son günlər İrəvan-Xankəndi çəkişməsinin dramatik xarakter alması ən çox Moskvanın diqqətindədir.

"Moskva İrəvanla Qarabağ separatçıları arasında münasibətlərdə baş verənləri diqqətlə izləyir". Bunu 1in.am saytına müsahibəsində erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib (Axar.az). "Moskva çox istərdi ki, Ermənistanın inqilabi hökuməti Dağlıq Qarabağ məsələsində çox ağıllı davransın. Onların sözləri işləri ilə ziddiyyət təşkil etməsin. Mən digər rusiyalı ekspertlər kimi hesab edirəm ki, Paşinyan Saakyanı qovmamalı, onunla ittifaq qurmalıdır. Əgər Paşinyanın müşavirləri ona mane olsalar və Dağlıq Qarabağdakı "hökumətin" uzaqlaşdırılmasına getsələr, Ermənistan hər şeyini itirəcək və bu, erməni dövlətçiliyinin varlığını sual altına qoyacaq", - deyə o bildirib.

Bu, artıq Moskvadan Paşinyan hökumətinə yeni və açıq bir hədədir. Hər halda, Tarasov bir qayda olaraq, Kremlin ovqatına uyğun açıqlamalar verir...

Mənbə: "Yeni Müsavat"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2555   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Londondan gələn mesaj Rusiyanın "güclənməsi"nin tərif yox, xəbərdarlıq olduğunu göstərir" - ŞƏRH

Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, Hava Qüvvələrinin Baş Marşalı Riçard Nayton Rusiya qüvvələrinin sürətlə güclənməsindən narahat olduğunu bildirib. Bəs görəsən bu narahatlığın səbəbi nədir?. Politoloq Tural İsmayılov bu barədə -a açıqlama verib:. "Britaniya tərəfinin b

16 dekabr
.

İlham Əliyevdən amnistiya təşəbbüsü - 20 min nəfərə şamil olunması gözlənilir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu öndərin siyasi kursunu

15 dekabr
.

Prezident Şahin Əliyevi işdən çıxardı - Yeni rektor təyin etdi

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, Şahin Əliyev Prezident İlham Əliyevin 19 may 2022-ci il Sərıncamı ilə Ədliyyə Nazirliyini

10 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

Prezidentdən 1,4 milyonluq - Sərəncam

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyin

19 dekabr
.

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Bu gün bütün türk dünyasının fəxri, dünyaşöhrətli müdrik şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anım günüdür. xatırladır ki, Heydər Əliyevin vəfat etməsindən 22 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-d

12 dekabr
.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

Ölkəmizdə humanizm ənənələri inkişaf etdirilir

Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birli

18 dekabr
.

"Bu şəxslərin nə o dövrdə, nə də indiki mərhələdə real siyasi çəkisi olmayıb və yoxdur" - DEPUTAT

"Son dövrdə baş verən hadisələr göstərir ki, əslində Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi milli xəyanətkarların arxasında maraqlı mərkəzlər - bu məsələdə konkret olaraq Rusiya - dayanır". Bunu -a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb. O, açıqlamasınd

16 dekabr