Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə hər an başlaya bilər

Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə hər an başlaya bilərAzərbaycan prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında ötən ilin sentyabrında Düşənbə şəhərində görüş zamanı cəbhə xəttində atəşkəsə əməl olunması barədə razılaşmanı Ermənistan tərəfi artıq tamamilə pozub. Təkcə son 10 gündə baş verənlər bunun sübutudur.

Azərbaycan ordusunun mayor rütbəli tabor komandirinin snayperlə vurulması, cəmi bir neçə gün sonra ordumuzun əsgərinin şəhid edilməsi, Ermənistan müdafiə nazirinin azərbaycanlı əsgərin öldürülməsi əmrini şəxsən verdiyini bəyan edərək bu cinayəti həyata keçirən ermənini təltif etməsi, iki gün öncə Füzuli rayonu istiqamətində uçuş manevri eləyən Azərbaycan hərbi təyyarəsini ermənilərin raketlə vurmağa cəhd eləməsi son gündə baş verən hadisələrdir. Siyasi, hərbi ekspertlər hesab edir ki, Ermənistanın bu addımları iki ölkənin rəhbərləri arasında əldə edilmiş razılaşmanın, ümumiyyətlə isə uzun illərdir formal da olsa mövcud olan atəşkəs rejiminin aradan qalxması sayıla bilər.

Ermənistan tərəfi atəşkəs razılaşmalarını pozmaqla sülh danışıqlarının əhəmiyyətsiz olduğunu bir daha nümayiş etdirir, Minsk Qrupu və digər beynəlxalq qurumların bəyanatlarını da saya salmadığını göstərir.

Son 10 gündə Dağlıq Qarabağda digər ölkələrin daxilindəki separatçı qondarma respublikaların da iştirak etdiyi "Conİfa-2019" futbol yarışlarının keçirilməsi də münaqişənin sülh yolu ilə həll edilməyəcəyinə əyani sübut idi. Ermənilər Qarabağı qaytarmaq fikirlərinin olmadığını bu hadisə ilə bir daha sübut etdilər. Siyasi ekspertlər hesab edir ki, erməni rəhbərliyinin təxribat xarakterli davranışları haqqında ATƏT-in Minsk Qrupu başda olmaqla, bütün beynəlxalq təşkilatlara xəbərdarlıq edilməli və baş verənlər rəhbər tutularaq separatçı rejimə qarşı hərbi əməliyyatlara başlanmalıdır. Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə heç bir imkan yeri qoymadığı bəyan edilməlidir.

Milli Məclisin deputat Elman Nəsirov qeyd etdi ki, Ermənistan tərəfinin atəşkəs barədə razılaşmaları pozmasının arxasında müəyyən məqamlar dayanır: "Belə ki, Köçəryan-Sərkisyan bloku Nikol Paşinyanı münaqişənin həlli prosesində açıq xəyanətdə ittiham edərək söyləyirlər ki, o, yaxın zamanlarda münaqişənin həlli ilə bağlı Azərbaycanın xeyrinə addımlar atıb torpaqların Azərbaycana qaytarılmasına çalışır. Belə bir vəziyyətdə Paşinyan radikallaşır və kompromissiz siyasətçi olması ilə bağlı fon yaratmaq üçün münaqişənin həlli prosesində heç bir güzəştə getməyəcəyini bəyan edir. Paşinyan ona qarşı ünvanlanan əks çıxışları haqsız çıxarmaq üçün qoşunların təmas xəttində gərginliyin süni şəkildə artırılması ilə bağlı tapşırıqlar verib. Vəziyyətin gərginləşməsi bununla bağlıdır".

E.Nəsirov hesab edir ki, vəziyyətin gərginləşməsində xarici amillərin də rolu var: "Bu məsələdə həmsədrlərin üzərinə çox böyük məsuliyyət düşür. Ermənistanın təxribatları ard-arda davam edir. Lakin həmsədrlər belə bir vəziyyətə adekvat münasibət ortaya qoymurlar. İşğalçının əməllərini kəskin tənqid edən, eyni zamanda onun üzərinə məsuliyyət qoyan davranış göstərmirlər. Ona görə də bu gün Nikol Paşinyan da Serj Sərkisyanın yolunu tutub. Erməni baş nazir törətdiyi cinayətlərə görə cəzasız qalacağını düşünür. Bu səbəbdən də məsuliyyətsiz və vəziyyəti gərginləşdirə biləcək addımlar atır. Nə qədər ki, vəziyyət daha da ağırlaşmayıb, Minsk Qrupu son dərəcə qətiyyətli və kəsərli mövqe ortaya qoymalıdır. Dağlıq Qarabağla bağlı yaranmış gərginlik müharibə riskini artırıb. Müharibə riski hər zaman var və daha da artmaqdadır. Bu gün hadisələrin inkişaf tendensiyasını təhlil etsək, bu qənaətə gəlmək olar ki, bir qığılcım müharibənin başlamasını real edə bilər. Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət Ermənistanın, münaqişənin həlli missiyasını üzərinə götürən və heç bir real addım atmaq qabiliyyətinə malik omayan ATƏT-in Minsk Qrupunun üzərinə düşür".

Bu arada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşün tarixi və yeri məlum olub. Azərbaycan XİN-in mətbuat xidməti idarəsindən Musavat.com-a bildirilib ki, nazirlər iyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda görüşəcəklər. Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. Danışıqların əsas müzakirə mövzusunun son günlər təmas xəttində gərginliyin yaranması olacağını güman etmək olar. Lakin analitikləri fikrincə, nazirlərin keçirəcəyi görüşün də prosesə ciddi müsbət təsir edəcəyi ehtimalı çox azdır. Ermənistan dövlət başçılarının razılaşmasını pozursa, nazirlərin əldə edəcəyi hansısa razılaşmanın da təsirinin olmayacağı, qısa zamanda pozulacağı şübhəsizdir.

Mənbə: Yeni Müsavat


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2427   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əbu-Dabidə İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərini

17 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir" - DEPUTAT

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

Vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 dekabr
.

Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. "Qafqazinfo" xəbər verir ki, cinayət işi üzrə toplanmı

16 dekabr
.

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə

12 dekabr
.

"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT

"Azərbaycan siyasi mühitində müxtəlif dövrlərdə fərqli təsir mərkəzlərinin formalaşması və onların ictimai fikrə yön verməsi haqqında müzakirələr heç vaxt dayanmayıb", - bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:. "Bu müzakirələr həm hakimiyyət dairələrinə, həm də müxalif bloklar

15 dekabr
.

Prezident FHN-in bəzi əməkdaşlarını təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təlti

15 dekabr
.

Prezident bu səfərə getməyəcək - Ulu Öndərin anım gününə görə

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətil

11 dekabr