Atası və əmisi ömürlük həbs edilən, "Lotu Quli"ni tanımayan "Gəncəli Firdovsi" kimdir? - DOSYE

Atası və əmisi ömürlük həbs edilən, "Lotu Quli"ni tanımayan "Gəncəli Firdovsi" kimdir? - DOSYEAzərbaycanlı kriminal aləm üzvü, "Gəncəli Firdovsi" kimi tanınan Firdovsi Mustafayevin yaxın zamanlarda "qanuni oğru" adı alacağı bildirilir. Firdovsi Mustafayevin hazırda Qobustan türməsində "obşak"a nəzarət edən şəxslərdən olduğu bildirilir.

Bakupost.az "Gəncəli Firdovsi"nin kriminal dosyesini təqdim edir:

"Gəncəli Firdovsi" kimdir?

Mustafayev Firdovsi Elşad oğlu 1992-ci ildə Gəncədə anadan olub. O, gənc yaşlarından kriminal aləmə maraq salıb.

Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Elşad Mustafayevin oğludur. Eyni zamanda, onun əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs cəzasına məhkum olunub. Onların hər ikisi hazırda Qobustan qapalı həbsxanasında saxlanılırlar.

Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin, 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.

Firdovsi ilk dəfə 16 yaşında məhkumluq yaşayıb. O, doğulub böyüdüyü Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilib.

Həbsin ilk illərində Firdovsi azyaşlıların saxlanıldığı lagerdə cəzasını çəkib. 18 yaşına çatandan sonra isə Firdovsi ciddi rejimli həbsxanaya etap edilib.

Firdovsi "maloletka"da öz sözünü deyən biri kimi ad çıxarıb. Bu, həmin dövrdə qanuni oğruların marağına cəlb edib. Təsadüfü deyil ki, Firdovsi ciddi rejimli cəzaçəkmə müəssisəsində Rövşən Lənkəranskinin "sağ əli" hesab edilən, hazırda Rusiyada həbsdə olan "Rufo Gəncinski" tərəfindən "polajenik" təyin olunur.

Cəzasını başa çatdıran "Gəncəli Firdovsi" bir neçə il azadlıqda qala bilib. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri, Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılıb. Dava nəticəsində Gəncə sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.

Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarır.

Lakin 2 il sonra Rusiyanın Sankt-Peterburq şəhərində polis tərəfindən saxlanılır. O, Azərbaycana ekstradisiya edilir. F.Mustafayev ibtidai istintaq zamanı Gəncədə yerləşən Ədliyyə Nazirliyinin İstintaq Təcridxanasına köçürülür.

Həbsə atıldıqdan sonra Firdovsi Gəncə türməsində "vəziyyət" yaradır. Lakin onun həmin həbsxanada "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı "Yetim Sabir"lə mübahisəsi düşür.

Həmin mübahisənin səs yazısı da yayılıb. Həmin səs yazısında "Yetim Sabir" Gəncə həbsxanasının "Lotu Quli" tərəfindən ona həvalə edildiyini bildirir. Firdovsi isə cavabında həbsxanada bütün "vəziyyət"in onun tərəfindən yaradıldığını və hər şeyə onun baxdığını deyib. Sonda isə o, "Lotu Quli"ni oğru kimi tanımadığını deyib.

Firdovsi Mustafayev Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən qətl törətməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilir. O, Gəncə həbsxanasında çox qala bilmir. Həm yayılan səs yazısı, həm də Firdovsinin nüfuzunun doğma şəhərində güclənməsindən sonra onu heç bir xəstəliyi olmasa da, Gəncədə yerləşən Penitensiar Xidmətin İstintaq Təcridxanasından Bakıda yerləşən vərəmli məhkumların saxlandığı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) köçürürlər. ("Tubzon" həbsdə olan avtoritetlər üçün xoş olmayan yerdir)

1 ilə yaxın "Tubzon"da tək nəfərlik otaqda qalan Firdovsi Qobustanda yerləşən ciddi rejimli cəzaçəkmə müəssisənə köçürülüb. Hazırda orada cəza çəkir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 14446   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - Fotolar

Bir neçə gün öncə əri tərəfindən baltalanaraq öldürülən 60 yaşlı Nərminə Bədəlova vəzifəli şəxs imiş. "Qafqazinfo" xəbər verir ki, N.Bədəlova əvvəllər Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" və "Qarabağ

14 noyabr
.

Anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxundu

Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetmə S.A-nın cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib. -a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Müttəhim yetkinlik yaşına çatmadığ

3 dekabr
.

Qonşusunun qulağını dişləyib qoparan Cavad - Həbs edildi

Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon Sor-Sor kənd sakini 1982-ci il təvəllüdlü Cavad Rüstəmova (soyadlar şərtidir) hökm oxunub. Bildirilib ki, cinayət hadisəsi ötən ili

19 noyabr
.

21 yaşlı qadın doğuş zamanı öldü

Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib. Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zaman

5 dekabr
.

Qadın işlədiyi mağazada bıçaqlanıbmış - Qaçsa da, əri ona çatıb...

Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib. Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddi

3 dekabr
.

19 yaşlı qız dəm qazından öldü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dekabrın 15-i saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib. Faktla bağlı Sumqayıt Şəhə

16 dekabr
.

Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib. İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasınd

17 noyabr
.

DSX-nin əsgəri özünü güllələdi - Komandir ittiham olunur

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. "Qafqazinfo" xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq halların

28 noyabr
.

Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - 2 gün sonra tutuldu

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisin

26 noyabr