Mədət Quliyevdən VACİB AÇIQLAMA: Prezidentin bütün əmrlərini...

Mədət Quliyevdən VACİB AÇIQLAMA: Prezidentin bütün əmrlərini...Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib.

DTX-dən Sonxeber.az-a verilən məlumata görə, bayram münasibətilə şəxsi heyəti tədbrik edən general-polkovnik Mədət Quliyev çıxışında bildirib ki, bütün vətənpərvər soydaşlarımızın böyük qürur, iftixar və sevinc hissi ilə qeyd etdiyi, müstəqil dövlət quruculuğu tariximizin şanlı səhifələrindən olan 15 İyun - çağdaş yaddaşda Azərbaycan xalqının taleyini, onun gələcəyini müəyyənləşdirən çox böyük ictimai və siyasi əhəmiyyətə malik bir gündür.

General-polkovnik Mədət Quliyev bildirib ki, ən mürəkkəb və çətin bir dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövləti siyasi iflasdan, vətəndaş müharibəsindən, ölkəni parçalanmaqdan və yenidən əsarət altına düşməkdən xilas etmişdir. Böyük düha sahibi Heydər Əliyev xalqını işıqlı gələcəyə, müasir, sivil və demokratik cəmiyyət quruculuğuna doğru apararaq, respublikanı yeni dünya düzənində söz və mövqe sahibinə çevirməyə nail olub, Azərbaycanın müstəqilliyini əbədi, daimi və dönməz edib.

General-polkovnik Mədət Quliyev diqqətə çatdırıb ki, Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik idarəçiliyi və beynəlxalq siyasi nüfuzu sayəsində Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük nailiyyətlərə və zəfərlərə doğru inamla addımlayır. Ulu Öndərin uzaqgörən daxili və xarici siyasətinin bu gün möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsidir ki, regionun lider dövlətinə çevrilən Azərbaycan Respublikası sürətlə inkişaf edir və gündən-günə daha da qüdrətlənir.

Dövlətimizin başçısının yürütdüyü alternativi olmayan strategiya nəticəsində bu gün respublikada əsl vətəndaş həmrəyliyinə nail olunub, etibarlı təhlükəsizlik sistemi qurulub, heyrətamiz iqtisadi yüksəliş və dövlət quruculuğunun bütün sahələrinin tərəqqisi, habelə möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin milli maraqlarla bağlı məsələlərin həllində nümayiş etdirdiyi sarsılmaz iradə və prinsipial mövqe müasir Azərbaycana stabil və etibarlı tərəfdaş kimi böyük nüfuz qazandırır.

General-polkovnik Mədət Quliyev əmin edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti öz Ali Baş Komandanının müstəqil və güclü Azərbaycan naminə, dövlət mənafelərinin və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasi xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal, şərəflə və vicdanla yerinə yetirəcəkdir.

Qeyd olunmalıdır ki, DTX-nin bütün struktur bölmələrində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib.

DTX-nin Heydər Əliyev adına Akademiyasında "15 İyun – Qurtuluşdan Böyük Zəfərlərə Doğru" mövzusunda konfrans təşkil olunub. DTX-nin Mədəniyyət Mərkəzində isə yaradıcı kollektiv tərəfindən məharətlə hazırlanmış müstəqilliyi və dövlətçiliyi tərənnüm edən konsert proqramı tamaşaçılarda şux ovqat yaradaraq, onlara əsl bayram sevinci yaşadıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 7972   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. APA xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir

6 may
.

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

8 may
.

Keçmiş baş nazir vəzifəsindən azad edildi

Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib. "Report"un əldə etdiyi məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciə

7 may
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

"Almatı görüşündə sülh müqaviləsinin şərtləri də müzakirə olunacaq" - Politoloq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqi

6 may