"Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi"

"Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi"1993-cü ilin bu günlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də sabiq AMİP lideri Etibar Məmmədov olub. O dövrdə E. Məmmədova müxtəlif vəzifələr təklif olunması, lakin onun razılaşmaması haqda söz-söhbətlər dolaşırdı. Bəs o günlərdə Azərbaycanın aparıcı müxalif siyasi liderlərindən olan bu şəxs nədən vəzifəsiz qalıb?

Sonxeber.az xəbər verir ki, Etibar Məmmədov Moderator.az-a açıqlamasında həmin məsələlərə münasibət bildirib

-Etibar bəy, 1993-cü ilin iyununda AXC iqtidarı və Heydər Əliyevlə hakimiyyət bölgüsü müzakirələrində sizin iştirakınız necə olub?
- O dövrdə mənə müxtəlif təkliflər edilib. Elçibəy Kələkiyə getməmişdən öncə Baş nazir vəzifəsi təklif etmişdi. Hətta axırıncı gün, yəni iyunun 17-də gündüz mən müəyyən şərtlər irəli sürmüşdüm, onlar da razılaşdırılmışdı və mən hökumət başında durmağa razılıq vermişdim. Lakin həmin gecə Elçibəy çıxıb getdi və bununla da məsələlər dəyişdi. Heydər Əliyev də vəzifələr təklif edib mənə. Sadəcə, ona da bildirmişəm ki, mənim məqsədim vəzifə xətrinə post tutmaq deyil. Mən sizinlə ölkəniin inkişafı haqda müəyyən razılaşmaya gəlməliyəm, bilməliyəm ki, siz ölkəni hansı istiqamətə aparacaqsınız. Əsas tələbim də ondan ibarət olub ki, Konstitusiyada dəyişiklik edilməli, yenidən parlament seçkiləri keçirilməli, yalnız bundan sonra prezident seçkiləri keçirilməlidir. Lakin Heydər Əliyev həmin şərtlərlə razılaşmadı və ona görə də mən heç bir vəzifəni qəbul etmədim. Burada gizlin bir şey yoxdur...

-Baş nazir vəzifəsini Elçibəy özü şəxsən təklif etdi sizə?
-Bəli. Heydər Əliyevlə birlikdə söhbət zamanı. Əvvəlcə iyunun 15-də, sonra 16-da təklif edilib. İyunun 17-də günorta saatlarında isə dediyim kimi, Elçibəylə təkbətək görüşəndə o, baş nazir olmağım barədə təklifi verib və hətta deyib ki, bu haqda fərman da hazırdır. Axşam da yenidən görüşüb razılığa gəlmişik...

-Bəs Əbülfəz bəy Kələkiyə getdikdən sonra Heydər Əliyev özü ayrılıqda hansı vəzifəni təklif etdi?
-Heydər Əliyev Ali Sovetin sədri olanda mənə 1-ci müavin vəzifəsini təklif edib. Daha sonra isə baş nazirin 1-ci müavini və xarici işlər naziri vəzifələrini... Lakin dediyim kimi, mənim şərtlərim qəbul edilmədiyimdən bunların heç biri ilə razılaşmamışam.

-Belə çıxır ki, siz o dövrdə Azərbaycanda yaranmış xaotik situasiyada Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə razılaşmısınız?
-Bilirsiz, Heydər Əliyev o dövrdə həlledici fiqurlardan biri idi. Lakin yenə deyirəm, Heydər Əliyevi Bakıya mən dəvət etməmişəm. Bu, AXC liderlərinin özlərinin təşəbbüsü ilə olub. Onlar yığışıb belə qərara gəliblər ki, Heydər Əliyevi Bakıya dəvət etsinlər və ona hakimiyyət bölgüsünü də təklif etsinlər. İndiyədək bunu dəfələrlə İsa Qəmbər, Pənah Hüseyn və digərləri də etiraf edib ki, biz o vaxt toplandıq və belə qərara gəldik. Hakimiyyətdəkilər belə bir qərara gəldikdən sonra məən niyə etiraz etməli idim?..


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2253   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

4 may
.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, ölkəmizi

6 may
.

Bolqarıstan Prezidenti: "Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır"

"Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevlə mətbuata bəyanatında Bolqarıstan Prezidenti Rumen Radev söyləyib. "2022-c

8 may
.

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər. xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətləraras

1 may
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

"Almatı görüşündə sülh müqaviləsinin şərtləri də müzakirə olunacaq" - Politoloq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqi

6 may