Azərbaycanda kim nə qədər maaş alır? - MƏBLƏĞLƏR
2019-cu ilin yanvar-aprel aları ərzində Azərbaycanda ən çox maaş alanlar məlum olub. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə dövlət sektorunda ən çox maaşı maliyyə və sığorta fəaliyyəti ilə məşğul olanlar alır. Belə ki, bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqı 1 497,1 manatdır.
Ölkədə dövlət sektorunda ikinci ən çox maaş mədənçıxarma sənayesində verilir. Bu sahədə orta aylıq nominal əməkhaqqının məbləği 1 405,7 manat təşkil edir.
Adı çəkilən sektorda çalışanlar arasında növbəti ən çox maaş alanlar, nəqliyyat və anbar təsərrüfatı sahəsində çalışanlardı. Bu sahədə işləyənlərin orta aylıq nominal əməkhaqqı 820,6 manatdır.
Özəl sektora gəlincə isə burda dövlətdən fərqli olaraq ən çox maaşı mədənçıxarma sənayesində çalışanlar alır . Adı çəkilən sahədə çalışanların orta aylıq əməkhaqları 4 226,4 manat təşkil edir.
Qeyri-dövlət sektorunda ikinci ən çox maaşı peşə, elmi və texniki sahədə fəaliyyət göstərənlər alır. Bu peşə sahiblərinin arta aylıq əməkhaqqı 2 141,2 manat təşkil edir.
Üçlüyü isə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olanlar tamamlayır 1 816,8 manat .
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDünya bazarında neft qiymətləri necə dəyişib?
Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub
20 iyul 2021Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:
6 iyul 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 2021Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo
24 iyul 2021Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır
18 may 2021Muzdla çalışanların SAYI artıb - STATİSTİKA
Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə
13 iyun 2021İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub
17 iyul 2021Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
13 may 2021