Arvadı Cəbiş müəllimə xəyanət edibmi..? – Film barədə həqiqət (VİDEO)

Arvadı Cəbiş müəllimə xəyanət edibmi..? - Film barədə həqiqət (VİDEO)"Allah ikinizin də bəlasını versin-sənin də, Hitlerin də…"

"- Ana, atamızı unutmuşuq

Atanız bizi unudub. Cəbiş, baları yetim qoymaq istəyirsən?"

"-Sən burda neyniyirsən?

- Ay rəhmətliyin oğlu, adam burda neyniyər? Aç qapını bombalar töküldü başıma".

"-Pulun var sənin?

- Sənin yox, sizin.

- Yaxşı, pulun var sizin?"

"Ay qız, Tanyə…"

"-Bizim uşağı görmədin?

-Uşağın olub bəyəm?

-Kül başuva, doğan vaxtımdı? Tanyəni deyirəm, əmanətdü, əmanət."

"Xoşun gəlir? Gözləri yaşıldu?"

"Yəni ayda bir dəfə mənim arvadımla bazaar getməyə ixtiyarım yoxdu?"

Bu yerdə, ümumiyyətlə yazı boyu filmin adını çəkməsəm belə oxucu artıq sitatlardan bildi söhbət hansı filmdən gedir.

1969-cu ilin filmidir. 60-70-ci illər Azərbaycan ədəbiyyatının intibah dövrü olub. Həmin dövrdə kinoda, teatrda, rəssamlıqda, musiqidə, ümumiyyətlə mədəniyyətin bütün sahələrində ən gözəl əsərlər, ən peşəkar sənətkarlar meydana gəlib. Sevdiyimiz "şərikli çörək" də o illərin filmidir. "Bizim Cəbiş müəllim" də.

"Müharibənin 1001-ci gecəsi" yoxsa "Bizim Cəbiş müəllim"

Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında çəkilib. Maqsud və Rüstəm qardaşları qədər köhnə Bakı həyatını, insanlarının psixologiyasını bilən üçüncü adam az tapılar.

Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq "Bizim Cəbiş Müəllim" filmində Nəcəfov obrazının dili ilə söylənilib. Doğrudan da, bu filmdə rejissor Həsən Seyidbəyli filmin ssenari müəllifi Maqsud İbrahimbəyov çox cəsarətli addım atıblar. Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima nəzəratlərində saxladığı faktları aşkar ifadə ediblər. Böyük Vətən müharibəsində Sovetlər tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə "Bizim Cəbiş Müəllim" filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verir. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur.

Həsən Seyidbəyli Makedonu təsadüfən tapmışdı

Rejissor Makedon rolunun ifaçısı Aqil Ağacanovla bulvarda təsadüfən nərd oynayırmış. Qarşısındakının rejissor olduğunu bilən Aqil onunla mərcə girir. Əgər rejissor uduzsa onu kinoya çəkəcək. Razılaşırlar. Nərddə uduzduqdan sonra Həsən Seyidbəyli sözünü tutaraq onu Makedon roluna sınağa çağırır. Aqil Ağacanov sınaqdan keçəndən sonra rejissor onu çağırıb deyir ki, səni zatən Makedon rolu üçün gözüm tutduğuna görə səninlə nərd oynamağa başladım. Gəldiyimiz mərc isə səndən çox mənim mənafeyimə xidmət edirdi.

"Çağırsa ellər gedərəm davaya" barədə həqiqət

"Bizim Cəbiş müəllim"ə dəfələrlə baxmış tamaşaçıların əksəri bu fikirdədir ki, "Çağırsa ellər gedərəm davaya" da Əliağa Vahidindir. Amma adı titrlərə düsməyən meyxana müəllifi Molla Məhəmməddir.
Filmdə məhəllə uşaqlarının (Namiq, Makedon və s.) dediyi meyxananı səsləndirən də şairin özüdür.
73,5 dəqiqəlik "Bizim Cəbiş müəllim"ə Molla Məhəmmədin meyxanası necə daxil edilib?
Molla Məhəmməd - 1950-ci ildə Maştağa kəndində doğulmuş Məmmədqulu Əhmədovdur. "Molla Məhəmməd" təxəllüsünü ona oturub-durduğu, yaşından böyük kişilər veriblər. Məmmədquluda görüb-götürmək, eşitdiyini-oxuduğunu beş dəqiqədə qulağına sırğa etmək bacarığını duyanlar təxəllüs verməkdə yanılmayıblar. Bədahətən şeir demək (bədiyyə), əsasən də qəzəl yazmaq istedadı ilə Molla Məhəmməd tez bir zamanda kənddə məşhurlaşıb.
Onu Nəsibə Zeynalovanın oğlu Cahangirlə yaxından tanışlığı filmə gətirib çıxardır. Bağ qonşusu idilər. Günlərin bir günü Cahangir uşaqlıq dostu Molla Məhəmmədin yazdığı "Çağırsa ellər, gedərəm davaya" meyxanasını anasına göstərir. Öz növbəsində, o da filmində müharibə illərinin canlı ab-havasmı yaratmağa çalışan Həsən Seyidbəyliyə. Meyxana kinorejissorun elə xoşuna gəlir ki, onun səsləndirilməsi də müəllifin özünə, yəni Molla Məhəmmədə həvalə edilir.

Bizim Süleyman Ələsgərov

Bizim iki Süleyman Ələsgərovumuz olub. Biri görkəmli bəstəkar, o biri aktyor. Cəbiş müəllim obrazının ifaçısı aktyor Süleyman Ələsgərovdur. İxtisasca həkim olmalı idi, çünki Tibb İnstitutunun üçüncü kursunda oxuyanda getdiyi teatr dərnəyindən Gənc Tamaşaçılar Teatrının aktyor ştatına müsabiqə yolu ilə işə götürülüb. Sənətə bağlandığından institutu atıb. Ömür boyu Gənc Tamaşaçılar Teatrında işləyib. "Hacı Qəmbər" tamaşasında Hacı Qəmbər obrazı gözlərim qarşısındadır, çünki yaşıma görə gördüyüm yalnız uşaq vaxtı həmin tamaşa olub. 34 filmə çəkilib. Cəbiş müəllim obrazı onun visit kartı sayılır. Deyilənə görə aktyor xasiyyətcə obraza çox bənzəyirmiş. 83 yaşına, yəni ömrünün sonuna qədər səhnədə olub. Ölümündən az əvvəl qrim güzgüsünü gənc aktyor Elşən Rüstəmova həvalə edib. 1989-cu ildə dünyasını dəyişib.

Bu filmdəki roluna görə xalq artisti 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında diploma layiq görülüb.

Cəbişin arvadı

Fikir vermisiniz, filmdə obrazın adı belə də gedir, öz adı yoxdur-yalnız Cəbişin arvadıdır. Mentalitetin göstəricisidir. Bəzilərinin fantazyasına görə guya Cəbişin arvadı ona xəyanət edir, özü də qonşu Əbülfəzlə. Deyir hayıf Cəbiş kimi kişiyə arvadı xəyanət edir, rejissor guya bunu xırda detallarla işarə verib: "məsələn Əbülfəzin fürsətdən istifadə edib bazarda qadının qolundan tutması, öz evində kürəyinə, əlinə toxunması buna işarədir."

Yeri gəlmişkən, həmin o kürəyinə toxunduğu yerdən Moskva senzurası çox maraqlı bir epizodu kəsib atıb. Həmin yerdə Cəbişin arvadı Əbülfəzi yun çubuğunun altına salıb qənşirin çıxardır. Hayıf ki, filmdə həmin yer yoxdur.

Şəfiqə Məmmədova bu obrazı əvəzsiz ifa edib. Yer qoymayıb ki, deyəsən başqa kimsə daha yaxşı ifa edərdi.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 5079   Tarix: 23 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021