Çin Polşa boyda səhrada 66 milyard ağac əkib: Nə dəyişib?
Çoxsaylı onilliklər ərzində aparılan ağac və kol əkini nəticəsində Çinin şimal-qərbində yerləşən son dərəcə quraq Takla-Makan səhrasının kənar hissəsi xalis karbon udan zonaya çevrilib və bu ərazi indi atmosferə buraxdığından daha çox karbon qazı udur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Rconews" yazır.
"Bioloji boşluq"dan yaşıl halqaya
Takla-Makan təxminən 336 699 kvadrat kilometr hərəkətli qum sahəsini əhatə edir ki, bu da Polşadan bir qədər böyükdür. Səhrə yüksək dağ silsilələri ilə əhatə olunub və bu silsilələr rütubətli havanın daxil olmasını bloklayır. Uzun illər ərzində bu ərazi demək olar ki, bitki örtüyü olmayan "bioloji boşluq" kimi tanınıb.
Məqalədə qeyd olunur ki, vəziyyət 1978-ci ildə Pekinin "Üç Şimal qoruyucu meşə zolaqları" proqramını başladığı zaman dəyişməyə başlayıb. Bu təşəbbüs qeyri-rəsmi olaraq "Böyük yaşıl divar" adlandırılır. Məqsəd Takla-Makan və Qobi səhralarının sərhədləri boyunca milyardlarla davamlı ağac və kol əkərək qumun kənd təsərrüfatı sahələrinə, yollara və şəhərlərə yayılmasının qarşısını almaq idi.
Çin rəsmilərinin məlumatına görə, həmin dövrdən bəri ölkənin şimalında 60 milyarddan çox ağac əkilib və 2024-cü ilin sonuna qədər təxminən 3046 kilometr uzunluğunda fasiləsiz yaşıl zolaq səhranı tamamilə əhatə edib.
Hökumət və müstəqil tədqiqatlar göstərir ki, Çində meşə örtüyü 1949-cu ildə təxminən 10 faizdən bu gün 25 faizdən çoxa yüksəlib.
Səhranın "qum ağciyərləri" necə işləyir?
Kaliforniya Universitetinin (Riversayd) və Kaliforniya Texnologiya İnstitutunun alimlərinin rəhbərlik etdiyi yeni araşdırmada bu "yaşıl halqanın" yerli karbon balansına təsiri öyrənilib.
Tədqiqatçılar müəyyən ediblər ki, iyul-sentyabr ayları arasında qısa yağış mövsümündə yağıntıların miqdarı ayda təxminən 16 millimetrə çatır ki, bu da ilin qalan dövrü ilə müqayisədə təxminən 2,5 dəfə çoxdur. Bu əlavə su əkilən meşələri və kolluqları qidalandırır.
Alimlərin sözlərinə görə, ağaclarda yarpaqlar əmələ gəldikdə və fotosintez gücləndikdə, peyklər daha güclü "yaşıl" siqnallar qeydə alır və səhranın üzərində karbon qazının səviyyəsi quraq mövsümlə müqayisədə təxminən 3 ppm (milyonda hissə) azalır.
Səhranın kənarlarında hava dəyişiklikləri
Səhranın ətrafında yaşayan insanlar üçün bu dəyişikliklər müsbət nəticələr verib. Xüsusilə Makit rayonunda 2019-cu ildən bəri təxminən 3,6 milyon ağac əkilib və onların sağ qalma nisbətinin 85 faizdən yüksək olduğu bildirilir.
Yerli məlumatlara görə, qum fırtınalarının olduğu günlərin sayı 150-dən 50-yə enib, illik yağıntı isə təxminən 53 millimetrdən 110 millimetrə yüksəlib.
"Fermerlər üçün bu, pambıq bitkilərini zədələyən qum fırtınalarının azalması və şəhərdə toz problemlərinin xeyli zəifləməsi deməkdir", deyə "Econews" qeyd edir.
Həmçinin Şimali Çində 2000-ci illərdən bəri bitki örtüyünün bərpasının toz emissiyalarını təxminən üçdə bir azaltdığı, bunun isə Pekini tez-tez örtən və hətta Sakit okeanı keçə bilən toz buludlarını zəiflətdiyi bildirilir.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyası və Riversayd mərkəzindən birgə müəllif isə bildirib ki, səhralarda ağac əkilməsi təkbaşına iqlim böhranını həll etməyəcək və bu layihə daha böyük bir sistemin yalnız bir hissəsidir. O vurğulayıb ki, yaxşı planlaşdırılmış və uzunmüddətli bərpa layihələri yerli iqlimi bir qədər soyuda, havanı təmizləyə və atmosferdən karbonu azalda bilər. Lakin uğur su təchizatı, bitki növlərinin seçimi və davamlı qulluq kimi detallardan asılıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Elton qızına toy edir
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Vəkil Orxan Kəngərli həbs edildi
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMA
Avropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır
Rusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü