Millinin keçmiş oyunçusuna ağır cəza verilə bilər
"Azərbaycana qayıtmağıma peşman deyiləm. Mənim Rusiya vətəndaşlığım da var".
Sonxeber.az bildirir ki, bu sözləri Azərbaycan yığmasının keçmiş oyunçusu Vaqif Cavadov "Futbol+" qəzetinə müsahibəsində deyib. Maraqlıdır, Azərbaycan vətəndaşlığı haqqında" qanuna görə, ölkəmizdə ikili vətəndaşlıq yolverilməzdir. Belə olan halda Vaqif Cavadovu hansı cəza gözləyir?
"Azərbaycan vətəndaşlığı haqqında" Qanunun 10-cu maddəsinə görə, Azərbaycan öz vətəndaşının başqa ölkənin vətəndaşı olmasını tanımır.
Amma bəzi istisnalar da var. Söhbət ondan gedir ki, yalnız ölkə rəhbərinin fərmanı ilə xarici ölkənin vətəndaşı olan nüfuzlu ictimai, mədəniyyət xadimi Azərbaycan vətəndaşlığına qəbul edə bilər. Amma məlum olduğu kimi Vaqif bu kateqoriyaya aid deyil.
Bundan başqa, əgər Azərbaycan Respublikasının vətəndaşı xarici ölkənin vətəndaşlığını qəbul edibsə, Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi məlumatlandırmalıdır. Əgər xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı tərəfindən bu barədə müvafiq qaydada məlumat verilmirsə, bu, Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə uyğun olaraq məsuliyyət yaradır. Həmin maddədə qeyd olunur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs Azərbaycan Respublikası vətəndaşı tərəfindən müvafiq İcra Hakimiyyəti orqanına 1 ay müddətinə yazılı məlumat verilməməsi hallarında 3 min manatdan 5 min manatadək cərimə, yaxud 360 saatdan 480 saatadək ictimai işlə cəzalandırılır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 1552 Tarix: 02 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşI MDB Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR
Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib. xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb. İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələ
4 sentyabr 2021Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18 sentyabr 2021Azərbaycan idmançısı ermənini nokauta saldı
I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb. İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 3
5 sentyabr 2021Paralimpiya bayrağı Parisə ötürüldü
Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd
5 sentyabr 2021Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların
9 sentyabr 2021"Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə
5 sentyabr 2021