Qadağan olunan yerlərdə siqnal verənləri nə gözləyir? - Sürücülərin diqqətinə! - VİDEO

Qadağan olunan yerlərdə siqnal verənləri nə gözləyir? - Sürücülərin diqqətinə! - VİDEOSiqnal səslər yəqin ki, çoxunuza tanışdı. Yol kənarı ərazilərdə yaşayanlara isə nəinki tanış, hətta gecə-gündüz qulaq yoldaşıdı. Elə bir yoldaş ki, insana evini satdırar, əsəbini tarıma çəkib, eyvandan həyətə atdırar. Sakit bir guşə tapmaq həmin kəslər üçün cəhənnəmdən cənnətə düşmək olar.

Sonxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, hər gün siqnal səsləri ilə yaşayan yaşlı qadın da bu durumdan təngə gəlib.
Balacaxanım Quliyeva: "Qapını aça bilmirəm, bağlayıram da səs gəlir. 5 dəqiqə uzanmaq istəyirəm, uzana bilmirəm, xəstə adamam".

Sürücü mədəniyyətinin qanunun aliliyi qədər qorunduğu sivil cəmiyyətlərdə yersiz istifadə olunan səs siqnalları təhqir hesab olunur. Yox, Azərbaycan cəmiyyəti də sivildi, lap əvvəldən. Amma yolda yox. Bizim yollarda siqnal təyinatından başqa hər şey üçün istifadə edilir. Salamlaşmaq istəyən siqnal verir, sağollaşmaq istəyən siqnal verir, söyən siqnal verir...

Elələri də var ki, işıqforun qırmızı işığındakı son saniyələri artıq hesab edir.

Sürücü: "İşıqforun saniyəsi azdır. Əsəblərimiz ona görə tab gətirmir. Tıxacda siqnal verməyin mənası nədir, işıqfor burada vaxtı az verir".

Yaxşı, burasını başa düşdük, özbaşımıza qalsaq əlimizi siqnaldan götürməyəcəyik. Bəs qanun?

Ərşad Hüseyinov – Nəqliyyat eksperti: "Səs siqnallarından istifadə edən sürücünü cərimələmək lazımdır. Bəs qanun? Qanun deyir ki, səs siqnallı ilə qaydananı pozanlara 30 manat cərimə var. İş ondadır ki, həmin siqnalbazları müəyyən etmək müşkül məsələdi. Kamerallara düşmür, avtomobil çox olanda müəyyən etmək olmur. Elə etmək lazımdı ki, adam özü utansın".

Utansın. Ümid azdı, amma yenə də ümid edək. Ümid edə-edə bir şeyi də xatırladaq: yol hərəkəti haqqında qanuna görə, səs siqnallarından yaşayış olan ərazilərdə yalnız yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün istifədə olunmalıdır. Müxtəlif xitabları əvəz edən ümumi müraciət forması kimi yox.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 692   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021