Son həftədə DÖRD İNTİHAR: ikisi psixiatriya xəstəxanasında, biri xərçəngdən

Son həftədə DÖRD İNTİHAR: ikisi psixiatriya xəstəxanasında, biri xərçəngdənÖtən istirahət günləri ərzində Azərbaycanda üç intihar hadisəsi baş verib, onlardan biri psixiatriya xəstəxanasında olub.

Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Son günlərdə ikinci intihar hadisəsi Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında olub. Sabunçu Rayon hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildiriblər ki, şənbə günü saat 19:00 radələrində 1990-cı il təvəllüdlü pasiyent, Ağcabədi rayon sakini Həsənov Vasif Sabir oğlunun cəsədi tapılıb. Gənc yorğanı ilə özünü pəncərə barmaqlığından asıb.

Qeyd edək ki, ayın 7-də eyni xəstəxanada 1951-ci il təvəllüdlü pasiyent Sinominko Vladimir Qonomiç canına qəsd edib. Kişi özünü xəstəxana çarpayısından asıb. Hazırda hər iki fakt üzrə rayon prokurorluğu tərəfindən təhqiqat aparılır.

Xəstəxanadan bildiriblər ki, bu, son iki ildə və ümumiyyətlə, son 10 ildə dördüncü intihar hadisəsidir:

"Burada intihara nadir hallarda əl atılır. Müəssisənin personalı intihar hallarının baş verməməsi üçün nəzarət edir. Lakin istirahət günlərində burada az sayda işçi olur və bütün iki min pasiyentə nəzarət etmək çətindir. Hər iki hadisə istirahət günlərində olub, xəstələr uyğun vaxtın çatmasını gözləyərək intihar ediblər".

Şənbə günü, səhər saatlarında isə Suraxanı rayonunun Hövsan qəsəbəsində 1946-cı il təvəllüdülü Zamanov Adil Məşədihüseyn oğlunun meyiti bağ sahəsində aşkarlanıb. Kişi öz evinin həyətindəki dirəkdən asılmış vəziyyətdə tapılıb. İlkin məlumata görə, A.Zamanov onkoloji xəstəlikdən əziyyət çəkirmiş və bu onu intihara əl atmağa vadar edib.

Goranboy rayonunun 1958-ci il təvəllüdlü sakini İsgəndərov Şamil Ələkbər oğlu bazar günü, gecə Gəncədə özünü asıb. Hələlik onu intihara sövq edən səbəb məlum deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 743   Tarix: 15 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021