Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib - SİYAHI

Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib - SİYAHI2019-cu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən idxal olunub.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 074,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8240,0 milyon dollar, idxalın dəyəri 5834,2 milyon dollar təşkil edib. Nəticədə 2405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz, o cümlədən idxal 51,3 faiz, ixrac 0,1 faiz artıb. Real ifadədə isə dövriyyə 6,8 faiz, o cümlədən idxal 20,4 faiz, ixrac 0,4 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,7 faizini İtaliyaya, 11,4 faizini Türkiyəyə, 7 faizini Çinə, 5,6 faizini Hindistana, 5,5 faizini Almaniyaya, 5,2 faizini İsrailə, 5,0 faizini İspaniyaya, 3,9 faizini Çexiyaya, 3,4 faizini Gürcüstana, 3,2 faizini Rusiyaya, 3,0 faizini Fransaya, 2,5 faizini Portuqaliyaya, 14,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,2 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 6,6 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi İran, 3,6 faizi Kanada, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,7 faizi İtaliya, 2,1 faizi Fransa, 2,0 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-may aylarında ölkədən 786,6 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə isə 12,6 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (23,0 faiz), Gürcüstana (9,8 faiz), İsveçrəyə (6,7 faiz), İtaliyaya (3,6 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,0 faiz), İrana (1,9 faiz), Çinə (1,8 faiz), Niderlanda (1,4 faiz) və Almaniyaya (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-may aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 19,7 faiz, təzə meyvə - 36,8 faiz, kartof - 18,2 faiz, şəkər - 3,9 faiz, tütün - 1,7 dəfə, meyvə və tərəvəz şirələri - 31,4 faiz, meyvə və tərəvəz konservləri - 11,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 28,8 faiz, pambıq lifi - 2,9 dəfə, pambıq ipliyi - 1,6 dəfə, qara metallardan yarımfabrikatlar - 5,7 dəfə, bentonit gili - 20,3 faiz artmış, çay ixracı isə 1,3 faiz, bitki yağları - 25,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 25,2 faiz, polietilen - 4,9 faiz, emal olunmamış alüminium - 16,3 faiz, qara metallardan borular - 77,4 faiz azalıb.

2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 2019-cu ilin yanvar-may aylarında buğda idxalı 14,6 faiz, təzə meyvə - 4,6 faiz, xam şəkər və şəkər - 6,2 dəfə, kartof - 13,3 faiz, çay - 2,9 faiz, quş əti və onun əlavə məhsulları - 18,0 faiz, mal əti - 0,7 faiz, təzə tərəvəz - 39,3 faiz, minik avtomobilləri - 2,2 dəfə, qara metallardan çubuqlar - 20,7 faiz, hesablama maşınları, blok və qurğuları - 42,0 faiz, mebellər - 8,9 faiz, rezin şinlər - 3,6 faiz, polietilen - 20,0 faiz, məişət kondisionerləri - 1,9 dəfə, yük avtomobilləri - 1,7 dəfə, paltaryuyan maşınlar - 1,1 faiz, qara metallardan künclüklər - 15,9 faiz, avtobuslar - 1,9 dəfə artmış, bitki yağı idxalı isə 23,3 faiz, siqaret - 39,0 faiz, kərə yağı, digər süd yağları və pastaları - 11,6 faiz, qara metallardan borular - 6,9 faiz, polad prokatı - 2,7 faiz, mineral gübrələr - 5,6 faiz, sement və sement klinkerləri - 29,5 faiz, məişət soyuducuları - 9,1 faiz azalıb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1128   Tarix: 16 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021