Bədii Şuralar da TV-ləri xilas edə bilmədi? - "Bunlar ucuz aparıcıların işidir"

Bədii Şuralar da TV-ləri xilas edə bilmədi? - "Bunlar ucuz aparıcıların işidir"Bir müddət əvvəl Azərbaycan televiziya kanallarında bayağı və şou verilişləri ilə bağlı qınaq Bədii Şuralarının yaradılmasına səbəb olub.

Xalq artistləri, bəstəkarlar, rejissorlar, yazıçı-şairlər, kulturoloqlar, modelyerlər, hətta millət vəkilləri də Bədii Şura üzvlüyünə seçilib.

Bədii şuraların yaranmasından xeyli müddət keçməsinə baxmayaraq, TV-lərdə vəziyyət yenə də acınacaqlıdır. Problemlər olduğu kimi qalır, verilişlərin keyfiyyətində heç bir artım gözə çarpmır.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı TV-lərdə yaradılan Bədii Şura üzvlərinə müraciət edib.

AzTV-nin Bədii Şura üzvü, xanəndə, Xalq artisti Mənsum İbrahimov üç ay ərzində dövlət kanalında 16 yeni verilişin yarandığını açıqlayıb:

"Yeni verilişlərin hamısı müzakirə edilib. Aparıcıların danışığı, həmin proqramlara dəvət olunacaq müğənnilər, verilişlərin formatı barədə demokratik şəkildə müzakirələr aparıb qərar qəbul etmişik. Hətta Gəncə, İsmayıllı və Şamaxı bölgələrində də olub, əhalinin fikirlərini nəzərə almışıq. Növbəti iclaslarda həmin təklifləri səsləndirəcəyik.

Kanalın yeni rəhbəri də demokratik bir insandır. Bizim fikirlərimizə diqqətlə yanaşır. Səsləndirilən iradların və məsləhətlərin hamısını nəzərə alır.

Kanalın yenilənməsi də göz qabağındadır. AzTV-nin ənənəsi var ki, ona toxunmaq olmaz. Amma orada canlanma, milli-mənəvi dəyərlərə söykənən yeni verilişlər olmalıdır ki, xalqın ürəyincə olsun.

Hesab edirəm ki, AzTV-də yaranan Bədii Şura öz işini çox yaxşı yerinə yetirir. Tamaşaçılar bir neçə yeni proqrama da sentyabrdan baxa biləcəklər".

"Xəzər" TV-də yaradılan Bədii Şuranın üzvü, yazıçı-publisist Həmid Herisçi isə saytımıza açıqlamasında bildirib ki, sentyabr ayından müəyyən yeniliklər olacaq:

"Şuranın iclaslarında danışıqlar olub, təkliflər verilib, iradlar bildirilib. Hesab edirəm ki, şura üzvlərinin təklifləri və çıxışları nəzərə alınacaq.

Kanallardakı davaları şou-biznes dəllalları, təcrübəsi olmayan gənclər yaradır. Onlar telekanallar haqqında mənfi fikri yaratmaq istəyirlər. Amma yerli telekanallarda bayağılıq getdikcə azalacaq. Peşəkarlar gələcək".

Herisçinin sözlərinə görə, "Xəzər" TV-də müəyyən ciddi dəyişikliklər edilib:

"Aparıcı olduğum "Xəzər Səhər" proqramı buna nümunədir. Naliyyətlərimizdən biri odur ki, biz səhər verilişimizdə yeni "Müəllif özü, müəllif sözü" adlı rubrika açdıq. Adətən, yazıçıları verilişlərdə qladiator kimi dalaşdırırlar. Onlar da heç bir fikir bildirə bilmir. Bunu isə ucuz teleaparıcılar edir.

Biz qonaqlara öz işlərini göstərmək üçün imkan yaratdıq. Çox yaxşı rubrika alındı. Bu "Xəzər Səhər" verilişində olan yenilikdir. Sentyabr ayından başqa yeniliklər də olacaq".

ATV-nin Bədii Şura üzvü, Əməkdar artist Gövhər Həsənzadə deyib ki, bir telekanalın formatında dəyişikliklərin edilməsi və tənzimlənməsi üçün zaman lazımdır:

"Bunlar bir o qədər asan məsələ deyil. Hazırda işlər gedir. Musiqi baxımından, hesab edirəm ki, gənclərlə iş birliyi daha çox olmalıdır. Hazırda bununla bağlı iki lahiyə üzərində işləyirik. Bunlar tok-şou xarakterli verilişlər olacaq. İstəyirəm ki, yeniyetmələrin maariflənməsi, zövq, musiqi duyumu baxımından daha çox verilişlər, sosial çarxlar olsun.

Düşünürəm ki, bu lahiyələri yüksək səviyyədə həyata keçirə bilsək, hər kəs razı qalacaq. Sentyabrdan bir çox yeniliklər olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 651   Tarix: 19 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel