Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT: Atasının təhqirlərinə dözməyən 19 yaşlı qız bıçağa əl atdı

Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT: Atasının təhqirlərinə dözməyən 19 yaşlı qız bıçağa əl atdıAdam bıçaqlamaqda təqsirləndirilən 19 yaşlı Günel məhkəmə önündə törətdiyi cinayətə görə cavab verir. O, özgənin deyil, öz doğma atasının - 49 yaşlı İlham Hüseynovun qanını töküb. Özünün və şahidlərin dediyinə görə, əyyaş atasının onlara qarşı etdiyi zülmlərə dözməyib. Sərxoş ata tərəfindən dəfələrlə evdən qovulan gənc qız bəzən qohumlarına sığınıb, bəzən də məsciddə gecələyib. Hadisənin baş verdiyi gün isə anasının növbəti dəfə təhqir olunmasına, döyülməsinə göz yuma bilməyib və bıçağa əl atıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan Bakı şəhər sakini, 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, hadisə bu il fevralın 20-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Gecə saat 1 radələrində içkili vəziyyətdə evdə dava salan, ailə üzvlərini söyüb təhqir edən İlham Hüseynov qızı tərəfindən susdurulub. Belə ki, sərxoş atanın hərəkətlərindən bezən gənc qız ona üç bıçaq zərbəsi endirib.
Törətdiyi cinayət əməlinə görə G.Hüseynovaya qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Günel Hüseynova ifadəsində ata-anası, bacısı ilə bir evdə yaşadıqlarını, atası İlham Hüseynovun spirtli içki aludəçisi olduğunu, heç yerdə işləmədiyini, sərxoş olan zaman səbəbsiz yerə mübahisə etdiyini, evdə dava-dalaş saldığını göstərib. Amma nə anası, nə də ki Günel onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyiblər. Evə qazanc gətirən də elə Günel olub. Ailənin yükü onun çiyinlərinə düşüb, bütün xərclərini özü qarşılayıb. Borca görə mənzilə gələn qaz xəttinin kəsilməsi isə ata-bala arasındakı münaqişəni daha da kəskinləşdirib:

"Evdə bircə mən işləyirdim, kommunal ödənişlərin pulunu çatdıra bilmirdim. Qazımızı kəsmişdilər, pulunu ödəyə bilmirdim. Atam həmin gün yenə sərxoş idi. Gecə saat 12-də anamla mübahisə etdi, küçə söyüşləri söyür, anamı tutub silkələyirdi. Özümdən asılı olmadı. Mətbəxdən götürdüyüm bıçaqla atamın kürəyinə, sinəsinə bir neçə dəfə vurdum. Neçə zərbə vurmağımı xatırlamıram. Atamı öldürmək niyyətim olmayıb. Törətdiyim əməldən peşmanam".
Zərərçəkmiş İlham Hüseynov ifadəsində spirtli içki qəbul edəndə özündə olmadığını, sərxoş olarkən qızları və arvadı ilə mübahisə etdiyini, ailədə söz-söhbət yaratdığını etiraf edib: "Hadisə baş verən gün də sərxoş olmuşam. Nə dediyimi, nəyə görə mübahisə etdiyimi xatırlamıram. Yalnız xəstəxanada ayılanda qızımın məni bıçaqladığını öyrənmişəm".

Şahid qismində dindirilən Kəmalə Hüseynova ifadəsində həyat yoldaşı İlhamın uzun illərdir spirtli içki aludəçisi olduğunu, işləmədiyini, evə çörəkpulu gətirənin yalnız böyük qızı Günel olduğunu göstərib. K.Hüseynovanın ifadəsinə görə, əri hər gün içib, evdə dava-dalaş salıb. Bir neçə dəfə qızını evdən qovub: "Təkcə Günel işləyirdi deyə kommunal xərcləri də çatdıra bilmirdi. Hadisə baş verən gün İlham yenə dava saldı. Məni söydü, evi yandıracağını dedi. Ağladım, yalvardım, dedim ki, nə olar, belə eləmə, mənə fikir vermədi. Əksinə, yaxamdan tutub silkələməyə başladı. Bizi ayırmağa çalışan Güneli kənara itələdi. Birdən İlham qəflətən dayandı. Bu vaxt onun bədənindən qan axdığını gördüm, yarasına pambıq qoydum. Təcili yardıma zəng vurdum".

Məhkəmə prosesi davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3597   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO

Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr

19 dekabr
.

Gənc fenomen dünyasını dəyişdi

TikTok-dakı paylaşımları ilə geniş izləyici kütləsinə sahib olan gənc ulduz Tucker Genalın vəfat etdiyi bildirilib. türk mediasına istinadən xəbər verir ki, Genalın ölüm xəbərini 15 dekabrda qardaşları Carson və Connor Genal Instagram hesabları vasitəsilə paylaşaraq izləyiciləri ilə bölüşüblər. Onla

16 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr
.

Yolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü

Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, ehtiyatsızlıqdan zərərçəkmişin ölmünə səbəb olan 199-cu il təvəllüdlü Nica

17 dekabr
.

Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü: Hacıqabuldakı cinayətin TƏFƏRRÜATI

Bəhram Qəmbərlinin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib. -a istinadla xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb. Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətin

20 dekabr
.

Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb

17 dekabr
.

İştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər

Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar

17 dekabr
.

Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"

Bir zərgərin ona "əmanət" olaraq veriləcək qızılları qəbul etməməsi sosial mediada gündəm olub. türk mediasına itinadən xəbər verir ki, zərgər, illərdir tanıdığı bir şəxsin "Bunları götür, işlət" deyərək qızıllarını saxlamaq istəməsinə qəti şəkildə etiraz edib. Əmanəti niyə qəbu

19 dekabr
.

Ferması yanan kişinin sözləri diqqət çəkib

Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu

18 dekabr