Cahangir Hacıyevin məhkəməsi təxirə salındı

Cahangir Hacıyevin məhkəməsi təxirə salındıBakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən D.Xəlilovun müdafiəsinə yeni vəkil qoşulub.

Yeni vəkil Elman Ağayevə cinayət materealları ilə tanış olmaq üçün məhkəmədən 2 həftə vaxt istəyib. Proses iyulun 29-dək təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Aplyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 746   Tarix: 22 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

Rusiyanın Omsk şəhərində altı yaşlı qız pəncərədən yıxılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Memarlar Bulvarında yerləşən hündürmərtəbəli binada baş verib. Uşaq 13-cü mərtəbənin pəncərəsindən yıxılıb. Zərərçəkmiş çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini stabi

4 may
.

Yataqda telefondan istifadə edənlərə XƏBƏRDARLIQ

Müasir texnologiyalar həyatımızı kökündən dəyişdirərək, diqqətimizi və marağımızı günün istənilən vaxtında, hətta gecə saatlarında da qadcet ekranlarına yönəldib. Bununla belə, alimlər bunun sağlamlıq üçün ciddi fəsadlara səbəb olacağı barədə xəbərdarlıq edirlər. xarici KİV-ə istinadən təhlükənin əsa

7 may
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

4 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Trend" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü Lalə Əliyevanın meyiti aşkarlanıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

4 may
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə -a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28 aprel
.

Bakıda minik avtomobili yanıb

Bakı şəhərinin Binəqədi rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfində

5 may
.

Xəzər rayonunda avtoqəza: Xəsarət alan var

Bakının Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 23 yaşlı gənc yaralanıb. "Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Şamil Məmməd oğlu Babaşzadə xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağl

4 may
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

5 may
.

Velosiped sürərkən kanala düşən 13 yaşlı yeniyetmənin məzarı - VİDEO

Xəbər verdiyimiz kimi, aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində 13 yaşlı yeniyetmə batıb. xəbər verir ki, sosial şəbəkələrdə 7 gün sonra meyiti tapılan 13 yaşlı İbrahim Əliyevin məzarından görüntü yayılıb. Valideynlərini

4 may