Jurnalistikanı atan məşhur jurnalistlər…

Jurnalistikanı atan məşhur jurnalistlər…Azərbaycanda Mətbuat günüdür. 1875-ci ilin 22 iyul tarixində böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımızın 144-cü ildönümüdür.

Vaxtilə mətbuatda çalışmış, sonradan fəaliyyətini başqa sahələrdə davam etdimiş bir sıra məşhur simalar var ki, onları da keçmiş jurnalistlər kimi xatırlamaq olar.

Sonxeber.az modern.az-a istinadən jurnalistlər üçün bu əlamətdar gündə həmin şəxsləri diqqətinizə çatdırır:

Sabiq milli təhlükəzlik naziri Namiq Abbasov bir vaxtlar jurnalist kimi fəaliyyət göstərib. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Namiq Abbasov 1962-1976-cı illərdə "Abşeron" qəzetində çalışıb. 1977-ci ildən isə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. Və nazir vəzifəsinədək yüksəlib.
2004-2012-ci illərdə Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Hazırda təqaüddədir.

Bir vaxtların alovlu siyasətçisi Əşrəf Mehdiyevdə yolu jurnalistikadan keçib. O, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Hələ birinci kursda oxuyanda onu Cəbrayılda işıq üzü görən "Kolxozçu" qəzetinə redaktor müavini göndəriblər. Bu təyinatdan sonra qısa müddət ərzində qəzetin siması dəyişib. Əşrəf Mehdiyevin özünü peşəkar jurnalist kimi təsdiqləməsi onun tezliklə redaktor kürsüsündə əyləşməsi ilə nəticələnib. İkinci kursda oxuyanda "Kolxozçu"nun redaktoru təyin olunan Mehdiyev düz 9 il doğma qəzetin sükanını əldən verməyib.Atasının və Sibirə sürgün olunmuş digər qohumlarının bəraət alması Əşrəf Mehdiyevin karyerasında yeni səhifə açıb. 1962-ci ildə onu Cəbrayıl rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin ediblər. 1967-ci ildə doğma rayonunu tərk edərək, Bakıya köçüb. İndiki Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyətə başlayan Əşrəf Mehdiyev 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi olub. 1988-ci ildə Daşkənd Dövlət Universitetində doktorluq işini müdafiə edən keçmiş "ispalkom" sədri düz 25 il indiki Memarlıq və İnşaat Universitetində və Azərbaycan Texniki Universitetində müəllim işləyib. Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri idi. O, 1998-ci ildə prezidentliyə, 2005-ci ildə isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd olub.
2009-cu ildə aprelin 24-də vəfat edib.

Milli Məclisin məşhur deputatı Hadi Rəcəbli də keçmiş jurnalistlərdəndir. O, 1978-ci ildən 1980-ci ilə kimi "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri işləyib. Hadi Rəcəbli bu haqda Modern.az-a danışıb:
"O vaxt respublika mərkəzi partiya təşkilatının orqanı olan "Bakinskiy raboçi" qəzetinə xüsusi müxbir lazım idi. Məni bu qəzetə zona müxbiri kimi Heydər Əliyev məsləhət gördü. Zona müxbiri bir sıra dəyərlərinə görə birinci katibə bərabər vəzifə hesab olunurdu. 2 il o qəzetdə müxbir işlədim. Yazılarımı Moskvada oxuyurdular. Mövzularım sənaye, kənd təsərrüfatı, sosial məsələlər, regionun bütün həyatından bəhs edən yazılar idi. Sizə deyim ki, vəzifəlilər bizim tənqidi yazılardan qorxurdular. Dərhal məqalələrimizə reaksiya verilirdi.
Sonra Azərbaycan dövlətçiliyi tarixində yeganə hallardan biri idi ki, qəzet müxbirini şəhər rəhbəri qoydular. 32 yaşımda Heydər Əliyevin növbəti seçimi və göstərişi ilə mən Lənkəranın indiki sözlə desək, icra başçısı oldum. Qısa müddətdən sonra məni Mərkəzi Komitəyə işə götürdülər. O dövrlərdə hörmətli Ramiz Mehdiyev şöbə müdiri, mən isə şöbədə inspektor oldum. Qısa vaxtdan sonra Şəkiyə birinci katib təyin edildim".
Hadi Rəsəbli 1995-ci ildən indiyə kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Bir vaxtların məşhur şahmatçısı, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışan Aynur Sofiyeva jurnalist kimi tanınmasa da, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
O, Modern.az-a müsahibəsində bu haqda belə deyib: "Jurnalistika ixtisası üzrə təhsil almağım düşünülmüş addımın nəticəsi sayəsində baş tutdu. Orta məktəbi bitirməyə az qalmış may ayında şahmat üzrə dünya çempionatına getməli idim. Əslində, ən böyük arzum hüquqşünas olmaq idi. Öz istəyimi bildirəndə dedilər ki, "qəti surətdə olmaz. Bu sənin şahmat karyerana təsir edə bilər". Peşəkar şahmatçı olduğum üçün həm ailəmiz, həm də Şahmat Federasiyası oturub məsləhət etdilər ki, elə bir peşə seçmək lazımdır ki, şahmat karyerama mane olmasın, hər iki fəaliyyəti bir yerdə icra etmək mümkün olsun. Belə qənaətə gəldilər ki, idman jurnalistikası üzrə təhsil alım. Məhz bu məqsədlə jurnalistika üzrə təhsil aldım. Məntiqlə belə daha məqsədəuyğun idi. Özümün heç bir istəyimin və həvəsimin olmamasına baxmayaraq, bu gün də jurnalistika peşəsini mənə məsləhət görənlərə, həmin illərdə müxtəlif fənləri tədris edən, bu sənətin incəliklərini öyrədən müəllimlərimə minnətdaram. Çünki məhz tələbəlik illərinin mənim həyatımda çox böyük köməyi olub. Lakin jurnalistika fakültəsində təhsil alanda da hüquqşünas olmaq istəyi məni tərk etmədi. Növbəti illərdə BDU-da ikinci ali təhsil alaraq, həm də hüquqşünas oldum".

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılını hamı siyasətçi kimi tanısa da, o, ixtisasca jurnalistdir. Arif bəy Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirəndən sonra yerli radioda redaktor işləyib. 1988-ci ildən vüsət alan xalq hərəkatına qoşulub. 1990-cı ildə Zaqataladan deputat seçilib. Azərbaycan parlamentinin ən gənc üzvlərindən biri olub.
Arif Hacılı Xalq Cəbhəsinin hakimiyyəti dövründə Prezident Aparatındda Ərazi idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri vəzifəsində işləyib.
2014-cü ildə Müsavat Partiyasinın başqanı seçilib.

1989-1991-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Vaqif Hüseynov da jurnalist işləyən məşhurlardandır. O, 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", "Molodyoj Azerbaydjana", "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərib.
Sonralar Azərbaycan SSR KP-nın Bakı şəhər komitəsinin birinci katibi, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, 1975-1990-cı illərdə Azərbaycan SSR Olimpiya Komitəsinin rəhbəri olub. 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyib.
1993-cü ildən Moskvada yaşayır. 1997-ci ildə Moskvada tanınmış "Rosbalt" informasiya agentliyini yaradıb. İndi də agentliyin Direktorlar Şurasının sədridir. Eyni zamanda, Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktorudur. Bir neçə kitabın müəllifidir.

Sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı keçmiş jurnalistlərdəndir. O, 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib.
1978-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə "Azərbaycan" qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran Əməkdar jurnalistdir.
Səyyad Aran 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb. İkinci ali təhsilini Bakı Dövlət Universitetində alıb və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə doğulduğu İmişli rayonunda başlayıb. 1991-ci ildə İmişlidən Bakıya köçüb, əvvəlcə "Elm" qəzetində işləyib, orada şöbə müdiri olub. 1992-1995-ci illərdə isə "Səs" qəzetinin baş redaktorunun birinci müavini işləyib.
2001-ci ildən sonra bir müddət Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı işləyib.
S.Aran I və II çağırış Milli Məclisin deputatı olub. 9 oktyabr 2006-cı ildən 3 may 2010-cu ilə qədər Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu işləyib.
16 noyabr 2012-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışır. 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin də əmək fəaliyyətində jurnalistika ilə bağlı qeydlər var. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-bioloqiya fakültəsinə daxil olmuş cənab Fərcəliyev 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1992-ci ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri vəzifəsində çalışıb.
Daha sonra jurnalistikadan məmurluğa keçən A.Fərzəliyev 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə hal-hazıradək Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Milli Məclisin ən aktiv deputatlarından biri - Qənirə Paşayeva keçmiş jurnalistdir. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
Qənirə xanım 1998-ci ildən ANS televiziyasının Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışəb. 2005-ci ildən sonra bir müddət Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
2005-ci ildə millət vəkili seçilən Qənirə Paşayeva 2010 və 2015-ci illərdə də seçicilərin etimadını qazanaraq Milli Məclisdəki fəaliyyətinə davam edir.

Azərbaycanın ilk peşəkar repçilərindən olmuş Anar Nağılbazın da tərcümeyi-halında jurnalistika keçir. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almış Anar Nağılbaz 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub.
Onun repçi kimi ilk səhnə çıxışı 1991-ci ilin iyulun 28-də Azərbaycan Dövlət Mahnı Teatrında baş tutub. O zaman ilk çıxışları cəmiyyət tərəfindən birmənalı qarşılanmayan Anar Nağılbaz sonralar məşhurlaşa bildi. O, həyatdan jurnalist kimi deyil, repçi kimi köçdü. Anar Nağılbaz qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Keçmiş jurnalist 2018-ci il avqustun 4-də vəfat edib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Hicran Fərzəliyeva yəqin ki, yaddaşlardan tam silinməyib. Sonradan Ədalət Partiyası funksioneri olmuş Hicran xanım da keçmiş jurnalistdir. O, hətta bir müddət "Politika" qəzetinin təsisçisi kimi də fəaliyyət göstərib. Hicran Fərzəliyeva sonralar siyasi və ictimai fəaliyyətdən imtina edərək, tamamailə tamamilə kölgəyə çəkildi...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2554   Tarix: 22 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

31 Mart soyqırımından 108 il ötür

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 108 il ötür. xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-da

31 mart
.

Azərbaycan MN: "İrandan Türkiyə ərazisinə ballistik raket buraxılmasını qətiyyətlə pisləyirik"

"İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik". xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında deyilir. "Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliy

30 mart
.

Məhkəmə ekspertizası xidmətlərinə görə ödənilən haqqın məbləği müəyyənləşib

Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizas

31 mart
.

Bu gündən elektron siqaret çəkənlər cərimələnəcək

Bu gündən etibarən Azərbaycanda küçədə elektron siqaret çəkənlər cərimələnəcək. Axşam.az xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretləri

1 aprel
.

Bu rayonun 15 kəndində işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bir sıra kəndlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən -ə verilən məlumata görə, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/1

31 mart
.

"Universitetlərin regionlara köçürülməsi paytaxta yönəlmiş miqrasiyanın qarşısını ala bilər" - AÇIQLAMA

Bakıdakı ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və bölgələrdə yeni universitetlərin yaradılması məsələsi artıq rəsmi sənədlərdə öz əksini tapıb. xəbər verir ki, layihə hazırda müzakirə mərhələsindədir və müəyyən edilmiş illər üzrə konkret tədbirlər həyata keçiriləcək. Bəs görəsən rayonları

31 mart
.

Elxan Mikayılov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri vəzifəsindən azad edilən Elxan Mikayılovun yeni iş yeri məlum olub. O, -a açıqlamasında bildirib ki, öz xahişi ilə vəzifədən ayrılıb və fəaliyyətini özəl sektorda davam etdirəcək. Belə ki, Elxan Mikayılov "ASR Development Consultin

1 aprel
.

Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə

31 mart
.

30 min abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq. Bu barədə -a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 v

31 mart