Azərbaycanda uşaqlara ənçox bu ADLAR qoyuldu

Azərbaycanda uşaqlara ənçox bu ADLAR qoyulduİnsana verilən ad gözəl və mənalı olmalıdır. Belə bir inam var ki, ad insanın taleyinin necə olmasında rol oynayır. Bir insan gün əzrində bütün sözlərdən çox öz adını eşidir. Gözəl sözü davamlı eşitmək isə insana xoş əhval-ruhiyə bəxş edir.

Bəs bu il Azərbaycanda doğulan körpələrə ən çox hansı adlar qoyulub?

Lent.az -ın məlumatına görə, bu il Azərbaycanda dünyaya gələn oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (1219), Əli (1127), Hüseyn (954) adları ilk üçlükdə yer alıb.

Bundan başqa, oğlan uşaqlarına Uğur (937), Ömər (699), Məhəmməd (677), Murad (672), Ayxan (538), Tunar (466), İbrahim (360), Ümid (360), Raul (359), Rəsul (329), Emil (319), Mehdi (301), Həsən (290), Kənan (280), Adəm (273), Cahid (261), Rəvan (258) adları daha çox verilib.

Siyahıda Fərid, Səid, Nihad, Tuncay, Amin, İsmayıl, Onur, Ramal, Fateh, Nihat, Sadiq, Cavidan, Elcan, Davud, Cəsur, Nurlan, Nicat, Emin, Turan, Süleyman, Ayaz, Elmir, İslam, Renat, Atilla, İlham, Azər, Səccad kimi adlar da üstünlük təşkil edib.

Qız uşaqlarına verilən adlar arasında isə artıq bir neçə ildir ilk üçlükdə yer alan adların siyahısı dəyişib. Belə ki, ilk üçlükdə yer alan adlar arasında Zəhra (1249) yenə ilk sırada olsa da, ikinci və üçüncü sırada olan Zeynəb və Fatimə adlarının yerini Aylin (815), Nuray (796) adları əvəzləyib.

Siyahıda sonrakı yerlərdə Zeynəb (792), Məryəm (779), Mələk (693), Fatimə (668), İnci (559), Dəniz (527), Ayan (504), Mədinə (474), Nilay (472), Ayla (419), Xədicə (386), Leyla (384), Banu (366), Yağmur (352), Fidan (300), Gülay (282) kimi adlar yer alıb.

Siyahıda sonrakı yerlərdə daha çox verilən adlar arasında Nəzrin, Aysu, Əsma, Damla, Miray, Nazlı, Nur, Nərgiz, Melisa, Aydan, Sevgi, Əsnad, Aişə, Dilək, Sofiya, Dərya, Günəş, Milana, Elif, Elay, Mehin, Mehriban, İlknur, Selin, Əsra, Şəms, Əsmanur, Amina, Ülkər, Cansu, İlayda kimi adlar var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1696   Tarix: 30 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi

Bakı metrosunda hərəkət bərpa edilib. -in məlumatına görə, hazırda proses davam edir. Xatırladaq ki, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov"

21 aprel
.

"Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək" - Video

"Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək". "Qafqazinfo" xəbər verir ki, bunu AZTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O qeyd edib ki, bu, ölkəmizdə, eləcə də, Qafqazda ilkdir. Daha ətraflı videomaterialda

21 aprel
.

Şahdağa 87 sm qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçınd

21 aprel
.

"Həddindən artıq ucuzdursa, səbəbi var" - Ekspert saxta məhsullarla bağlı xəbərdarlıq etdi

Son illər bazarda "original", "A class" və saxta məhsulların sayı artdıqca, xüsusilə geyim alarkən istehlakçıların seçim etməsi daha da çətinləşib. Bəzən xarici görünüşcə bir-birinə çox bənzəyən məhsullar arasında fərqi müəyyənləşdirmək asan olmur. Bu isə alıcıların həm maddi itk

20 aprel
.

Sakinlərin nəzərinə: Bəzi ərazilərdə su olmayacaq

Sumqayıtın bəzi ərazilərində su olmayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb. "Sumqayıt şəhərnin bəzi hissələrini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 21-də səhər saat 09:00-dan axşam saatlarınadə

21 aprel
.

Azərbaycanda 12 uşağa görün nə adı qoyulub?

Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə və çərəz adları verirlər. xəbər verir ki, ötən il 1 uşağa İnnab adı verilib. Son 5 ildə isə 2 uşağa Gilas, 6 uşağa Badam, 3 uşağa isə Püstə adı qoyulub

20 aprel
.

Nərimanovda qənnadı məmulatlarının emalı müəssisəsinin fəaliyyəti dayandırılıb - FOTO

Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 99/2 ünvanında yerləşən, fiziki şəxs Qoşqar Hidayət oğlu Aslanova məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirili

20 aprel
.

Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı

"Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb". Bu məlumat -a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlə

20 aprel
.

Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Bu barədə "Qafqazinfo"ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibb

20 aprel