İki gün əvvəl evlənmiş gənc üç dostu ilə birlikdə öldü - "…Öləndə də onları tək buraxmadı"

İki gün əvvəl evlənmiş gənc üç dostu ilə birlikdə öldü - "…Öləndə də onları tək buraxmadı"...Onlar eyni kənddə böyüyüblər, bir məktəbdə oxuyublar, uşaqlıq dostu, sinif yoldaşı olublar. Alın yazıları da oxşar imiş. Qismətlərinə bir yerdə, eyni məkanda ölmək yazılıbmış...

Söhbət iki gündür hamını sarsıdan dörd dostun faciəli ölümündən gedir. Onlar iyulun 28-də Kürdəxanı çimərliyi ərazisində boğulublar.

Haşiyə çıxaraq bildirək ki, çimərlik mövsümü başlayandan az qala hər gün iki-üç nəfərin dənizdə boğulması xəbəri gəlir. Rəsmi məlumatlara görə, dənizdə boğulmalar daha çox Kürdəxanı, Göradil, Şüvəlan ərazisində qeydə alınır.

Deyilənə görə, dostlar üzməyi bacarırmış, amma burulğana düşüblər, bir-birinə kömək etməyə imkan tapmayıblar.

Unikal.org xəbər verir ki, Virtualaz.org-un əməkdaşları dənizdə boğulan dostlardan biri – 28 yaşlı Əli Cavadovun yaxınlarlı ilə söhbətləşiblər.

İki gündür Kürdəxanıda matəmdir. Tanıyan da, tanımayan da dənizin can aldığı dörd dost üçün ağlayır.

"…Öləndə də onları tək buraxmadı"

Uzaqdan ananın ürəkdağlayan fəryadı eşidilir, balasına lay-lay çalır: "Balam o qədər dostcanlı idi ki, öləndə də onları tək buraxmadı".

Əlinin anası Kifayət Cavadova göz yaşları içində söhbətə başlayır, faciənin baş verdiyi günü xatırlayır. Həmin gün Əlinin həyat yoldaşı Ayselin babasının yas mərasimi olub, bütün ailə həmin məclisdə iştirak edib: "Məclisdən çıxanda gördüm balam səkinin kənarında fikirli oturub. Dedi, ana, elə bil ürəyimi tutub sıxırlar, özümü çox pis hiss edirəm. Məni arxayın edib yola saldı. Ayseli götürüb evə gələcəkdi", - ana deyir.

Axşamtərəfi qohumlardan biri gəlir, özü ilə fəlakət xəbərini də gətirir. Deyir ki, Əli dostları - Balababa Babayev, Murad Əzizov, Kamran Hacıquliyevlə birgə batıb.

İki gün əvvəl toyu olmuşdu...

Əli 3 ildir ailə qurub, iki azyaşlı uşağı var. Qohumların dediyinə görə, Əli evin tək övladı olan Balababanı xilas etməyə çalışırmış. Balababanın isə cəmi 2 gün əvvəl toyu olub, Əli qol götürüb dostunun toyunda doyunca oynayıb.

"Gördüm kimsə həyətdə deyir ki, Əli batıb. Atdım özümü küçəyə. Heç bilmirəm kimin maşını ilə apardılar məni. Dəniz kənarına gələndə gördüm nə qədər adam yığılıb. Camaatı itələdim, oğluma sarı yüyürdüm, "Əli, Əli" deyə bağırdım, cavab verən olmadı. Oğlumun bədəni isti idi, ağzından köpük gəlirdi. Anan ölsün, ay bala. Dağ boyda oğlum getdi əlimdən. Mənim balamın qatili dənizdir. Dərya uddu övladımı", - ana sakitləşmir.

Mərhumun xalası isə deyir ki, Balababa toydan sonra dostlarına qonaqlıq verirmiş, qoyun kəsib: "O uşaqların heç biri içkili olmayıb, hamısı dindar idi. Danışırlar ki, Balababa batırmış, Əli də onu xilas etməyə çalışıb, amma özü də batıb. Çox güman ki, burulğana düşüblər. Alın yazısıdır, qismətdir. Ölməli oğul deyildi. Yaşı az olsa da, kənd arasında sayılıb-seçilən idi".

Mərhumun həyat yoldaşı Aysel isə danışır ki, saat 6-da Əlini yola salıb. Təxminən saat 8-in yarısında meyitləri sudan çıxarılıb.

Cəsədi bu gün tapılan Kamran Hacıquliyev də nişanlı olub, avqustda toy edəcəkmiş. Bibisi qızı ilə nişanlı olan Kamran Zabrat qəsəbəsində plastik qapı-pəncərə sexində işləyirmiş. Dostlardan sonuncusu – Murad Əzizov da ailəli olub.

Kiminsə yanıqlı səsi eşidilir: "Bir-birinizdən ayrı yaşamırdız, bala, əcəl də bunu bildi..."
İki gün əvvəl evlənmiş gənc üç dostu ilə birlikdə öldü - "…Öləndə də onları tək buraxmadı"İki gün əvvəl evlənmiş gənc üç dostu ilə birlikdə öldü - "…Öləndə də onları tək buraxmadı"İki gün əvvəl evlənmiş gənc üç dostu ilə birlikdə öldü - "…Öləndə də onları tək buraxmadı"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2579   Tarix: 30 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək oldu

İnnovasiya lideri Bakcell "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təsis edilən "Kaşalata" kafede "İnklüzivlikdə İnnovativ Həllər" adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafın

17 dekabr
.

Bu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi

Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru Z.Sevdimalıyeva dələduzluq cinayətinə görə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən ö

17 dekabr
.

"Anama söydülər deyə bu onlara Allahın cavabı oldu"

Basketbol klubu "Panatinaikos"un baş məşqçisi Ergin Ataman Avroliqanın 16-cı həftəsində səfərdə "Fənərbağça Beko" üzərində 81-77 hesablı qələbədən sonra açıqlama verib. xəbər verir ki, Atamanın sözlərinə görə:. "Pis çıxış edən 'Panatinaikos' yoxdur. Yolumuza davam edirik

17 dekabr
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17 dekabr
.

Ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub - DİM detalları açıqladı

"Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb". xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəz

17 dekabr
.

Həbsdəki sabiq məmur: "Məhkəmə tez bitirək, açıq ürək əməliyyatı olunmalıyam"

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlə

17 dekabr
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

18 dekabr
.

AZAL-dan daha bir yenilik - Yan oturacağı "bloklaya" bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər. Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkan

18 dekabr
.

Nazirdən iki təyinat

Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisas

18 dekabr