Azərbaycanın qaraçı problemi - çıxış yolu nədir?

Azərbaycanın qaraçı problemi - çıxış yolu nədir?Böyük qismi rəsmi sənədi olmadan yaşayan qaraçılar oturaq həyat tərzinə keçib və....

"Qaraçılara qarşı ciddi tədbirlər görülməli, sənədləri yoxdursa, ölkə hüdudlarından kənara çıxarılmalı, gəldikləri dövlətə geri qaytarılmalıdırlar".

Sfera.az-a açıqlamasında bu sözləri ölkəmizdə qaraçıların sayının kəskin artmasına münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib: "Fəaliyyətləri genişlənən qaraçılara qarşı mübarizədə inzibati cərimələr tətbiq edilməlidr. Bu fəaliyyətlə məşğul olan insanlar inzibati qaydada cərimələnməli və sənədləri yoxdursa, ölkə hüdudlarından çıxarılmalıdır. Çünki həmin insanlar faydalı əməklə məşğul olmayaraq dilənçilik edirsə, bu yol verilməzdir. Buna qarşı hüquq-mühafizə orqanları müvafiq qanuni tədbirlər görməlidirlər. Əks halda, həmin dilənçilər ictimai qaydanın pozulmasına səbəb olur, cəmiyyətdə heç də yaxşı olmayan əhval-ruhiyyə yaradırlar. Qaraçıların fəaliyyəti həm də oğurluq hallarının artmasına səbəb olur. Düzdür, qaraçılara qarşı mübarizədə müəyyən çətinliklər də var. Amma fikrimcə, bu mübarizəni genişləndirməliyik ki, yaranmış vəziyyət ictimai əhval-ruhiyyəyə pis təsir göstərməsin".

Bu mövzu istər-istəməz bizə Azərbaycandakı qaraçılarla bağlı məsələni gündəmə gətirməyə səbəb oldu.

Bu köçəri xalqın orijinallığını və mədəniyyətini qorumaq məqsədilə 1971-ci ildə Londonda Qaraçıların Beynəlxalq İttifaqı yaradılıb, qaraçılara bayraq və himn seçilib.

dilənçilər ile ilgili görsel sonucu

Qaraçılar Hind-Avropa mənşəli köçəri xalqlardandır. Onlar haqqında məlumat ilk dəfə 1501-ci ildə qeydə alınıb. Qaraçılar demək olar ki, bütün qitə və materiklərdə yaşayırlar. Onlar tarixən köçəri həyat tərzi sürüblər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olurlar. Qaraçıların özlərinə məxsus elə adət-ənənələri var ki, bunlar heç bir xalqa mənsub deyil. Hazırda dünyada qaraçıları məşhur edən musiqi və rəqsdən sonra faldır. Falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi həmişə maraq doğurur. Qaraçıların əksəriyyəti hipnoz etməyi yaxşı bilir və bunu heç də xeyirli məqsədlər üçün istifadə etmirlər. Bu səbəbdən də söhbət zamanı onların gözlərinin içinə baxmaq çox təhlükəlidir.

Dünyada qaraçıların ümumi sayı haqqında dəqiq rəqəmlər göstərilmir. Bunun səbəbi də onların daim köçəri həyat tərzi sürməsi və çox ölkədə onların qeydiyyata alınmamasıdır. Onların böyük hissəsi rəsmi sənədi olmadan yaşayır.

Qeyd edək ki, 2012-2014-cü illərə olan qeyri-rəsmi məlumata əsasən, Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars dilində danışanlar və kurmanc dilində danışanlar. Qaraçılar əsasən Yevlax, Ağdaş bölgələrində daha kompakt şəkildə yaşayırlar. Azərbaycanın ərazisi digər ölkələrə nisbətən daha balaca olduğundan onlar oturaq həyat tərzinə daha çox üstünlük verirlər.

dilənçilər ile ilgili görsel sonucu

Qaraçı dilənçilər iki cürdür: dələduzlar və kölələr

Ona görə də sosial araşdırmalarda qaraçı dilənçilər iki qrupa bölünür: dələduzlar və kölələr. Onlar gündəlik yer pulu ödəyirlər. Dilənçilərin 40 faizi zorla saxlanılır və ancaq yemək üçün işləyirlər. Adətən onlar heç kimləri olmayan rayon adamları, o cümlədən uşaqlardır. Amma metro və ibadət yerlərinin yaxınlığında olan dilənçilər "sahibkar" üçün çalışırlar. Kənardan başqa şəxslərin gəlib burada dilənməsi qeyri-mümkündür. Onlar, sadəcə, qovulurlar.

Salfet satışı ümumən dilənməyə qarşı qalxan olaraq istifadə edilir. Dilənməni daha mədəni səviyyədə təqdim etmək, cəmiyyətin qınağını azaltmaq üçün satıcı rolu bunun öhdəsindən az-çox gəlir. Türkiyədə aparılan bir sosial araşdırmada bəlli olub ki, dilənçilər ilk olaraq bu işə başlayanda çox utandıqlarını desələr də, daha sonra buna öyrəşdiklərini, üstəgəl, rəqabətin qaydalarını da öyrəndiklərini deyiblər. Dilənçilik bir neçə kateqoriya üzrə yaranır:

İşsizlik, yoxsulluq - iş tapa bilmədiyi, ac olduğu üçün dilənçilik etdiyini deyənlər bu kateqoriyada böyük üstünlüyə sahibdilər. Dilənçilərin bir çoxu "nə üçün dilənirsən" sualına cavabda deyirlər ki, iş tapmadıqları üçün bu yola baş vurublar. Onların əsas arqumenti isə "oğurluq və ya fahişəlik etmirəm ki. Dilənmək bunları etməkdən daha yaxşıdır" olur. Amma araşdırmalar sübut edib ki, kiçik bir iş qarşılığında (maşın yumaq, ev və ya dükan təmizliyi etmək kimi) ehtiyacını qarşılayacaq pul təklifi olunduğunda, bu təklifi qəbul edəcək dilənçi yox deyəcək qədər az saydadır. Bir çoxu xəstə olduğunu əsas gətirərək, bu təklifi rədd edirlər.

dilənçilər ile ilgili görsel sonucu

Xəstəlik/şikəstlik - Yoxsulluğu ucbatından xəstəliyini müalicə etdirə bilmədiyini və müalicə olunmaq üçün diləndiyini deyən kateqoriyanı da unutmamaq lazımdır. Bəzi dilənçilər saxta xəstəlik kağızını və ya rentgen kağızlarını da başqalarını inandırmaq üçün istifadə edirlər.

Yolda qalma: Daha çox avtovağzal və ya qatar stansiyalarında dilənənlərin müraciət etdiyi bir üsuldur. Adətən təmiz geyimli və düzənli görünüşə sahib ola bu şəxslər bir qayda olaraq deyirlər ki, pullarını itirdikləri, oğurlatdıqları üçün rayonlarına gedə bilmirlər, bilet almaq üçün pula ehtiyacları var. Ona görə də qarşılarına çıxan insanlardan bilet pulu istəyirlər. İnandırıcılığı artırmaq üçünsə pulu borc olaraq istədiklərini və daha sonra ödəyəcəklərini deyərək, həmin adamdan telefon nömrəsi də istəyirlər. Əgər müraciət etdikləri şəxs bilet pulunu ona vermək əvəzinə, bileti şəxsən özü almaq istəsə, buna razılaşmayaraq, israrla bilet pulu istəyirlər. Dilənçilər yardımsevərlərin birbaşa vicdanlarına, duyğularına xitab etmə üsulundan istifadə edirlər. Çünki insanı köməyə sövq etmənin ən asan və nəticə verən üsulu budur.

ƏTRAFLI
British School in Baku
Almaniya üçün onlar "islah olunmayan suçlular"dır

Dünyadakı vəziyyətə də nəzər salaq. Uzun müddət, sadəcə, Macarıstanın yox, Rumıniya və Bolqarıstanda da demoqrafik quruluş bu günlə müqayisədə tanınmaz hala gəlib. Hazırda bu ölkələrdə əhalinin 10 faizə qədəri qaraçıdır. Təbii ki, Avropa Birliyinə qoşulma ilə bərabər sərbəst gəzmək fürsəti qaraçıların daha da çox dağılmasına səbəb olub.

Qaraçılar İspaniyadan Ukraynaya, Çexiyadan Fransaya, Bolqarıstandan Almaniyaya qədər heç bir yerdə sevilmir və hər zaman ayrı-seçkiliyə məruz qalırlar. Almaniyada zamanında qaraçılar "islah olunmayacaq suçlular" adlandırılıb. Başda Çexoslovakiya, Macarıstan, Yuqoslaviya, Rumıniya, Bolqarıstan, Polşa olmaq üzrə bütün Avropada bir milyona yaxın qaraçı qətlə yetirilib. Bu, həmin dönəm idi ki, qaraçıların sayı yetərincə böyük idi - əhalinin 3 və ya 5-dən biri. Onlar üçün İkinci Dünya müharibəsi, onsuz da acılarla dolu olan tarixləri üçün zirvə nöqtəsidir.

Çexoslovakiyada (1948-1992) qaraçı sayının artımının qarşısını almaq üçün qaraçı qadınlar zorla qısırlaşdırılıb. Hazırda dövlətin bunu, sadəcə, rəsmi bir siyasət kimi apardığı, yoxsa bəzi milliyyətçi həkimlərin buna səbəb olduğu müzakirə edilir. Təkcə Çexoslovakiyada yox, xüsusən də balkanlarda və İspaniyada qaraçılar əzilməyə davam ediblər. Hamısında onların adlarından başlayaraq, assimlyasiya edilməyə çalışdığı müşahidə edilib və dağınıq bir şəkildə, üstəlik, təşkilatsız olmalarına görə onlara qarşı yönəlmiş təhdid və təzyiqlərə cavab belə verə bilməyiblər. Məsələn, Bolqarıstanda bir dəfə olmaq şərtilə bir qanunla hamısının adları dəyişdirilib. Amma çıxıb bir şey deyə bilməyiblər. Onsuz da nəsə desələr belə, dərhal ya edama, ya da türməyə aparılırdılar.

Qaraçıların böyük bir qismi adət-ənənə, idarəetmə sistemini qurublar. Köçəri həyat tərzi onlar üçün vazkeçilməz həyat tərzidir. Öz deyimləri ilə desək, qızıl qəfəsə də qoyulsalar, yerlərində dayana bilməzlər. Amma günümüzdə bir çox bölgədə şəhərlərdə yerli həyat tərzinə keçsələr də, öz adət-ənənələrini davam etdiriblər.

Qaraçılar geniş ailə quruluşuna sahibdilər və ailə quruluşuna yüksək qiymət verirlər. Ailə həyat məktəbi olaraq qəbul edildiyi üçün uşaqsız ailələr bədbəxt sayılır və uşaqsızlıq boşanma səbəbi olaraq qəbul edilir. Bu səbəblə də çoxuşaqlı ailə quruluşu davam etdirilir. Evliliklərdə qrupdaxili evliliklər olur və onlar da gənc yaşda edilir.

Onlar dünyanın ən rəngli xalqlarından biridir. Musiqi və rəqs həyatın vazkeçilməz parçasıdır. Bununla yanaşı, falçılıq və cadugərlik, dəmirçilik, ayı oynatmaq, səbətçilik və dilənçilik qaraçıların ən geniş yayılan peşələri arasında yer alır. Ailədə avtoritet ata olduğu halda, əsasən ağır işlər qadının öhdəsinə düşür.

Qaraçıları fərqli edən ən vacib xüsusiyyətlərdən biri də geyimləridir. Xüsusən də qadın geyimlərində canlı rənglər seçilir. Geyimlərində qaraçı çəhrayısı uğurlu sayılır. Yaşıl rəng isə qaraçıların simvolları qəbul edilir.

Qaraçıların həyat tərzləri yerli əhalidən olduqca fərqlidir. Bu fərqliliklərə görə çox vaxt yerli əhali tərəfindən oğurluq, cadugərlik, uşaq qaçırmaq kimi cinayətlərdə suçlanırlar. Bu səbəblərə görə də xalq tərəfindən daim təcrid edilirlər.

Qanunlar qaraçılara yumşaq davranır, nəticə...

Azərbaycan qanunları bu haqda nə deyir? Dilənçiliklə məşğul olmaq inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinin avaralıqla məşğulolma adlı 307-1-ci maddəsi mövcuddur. Bu şəxslərlə məşğul olan orqan Daxili İşlər Nazirliyidir. Dilənçiliklə məşğul olan şəxslər barəsində protokol tərtib olunur və 20 manatdan 25 manata qədər cərimə müəyyən olunub. Əgər dilənçiliklə məşğul olan şəxs öz yetkinlik yaşına çatmayan övladını da bu işə cəlb edirsə, 10 manatdan 15 manata qədər əlavə cərimə tətbiq edilir. Bu kifayət etmədikdə isə şəxs barəsində 15 günədək inzibati həbs seçilə bilər.

Hüquq-mühafizə orqanlarının dilənçilərlə davranma qaydası isə fərqlidir. Onlar məntəqələrə yığılandan sonra qeydiyyat üzrə rayonlara göndərilirlər. Amma bir qayda olaraq bu şəxslər paytaxta qayıdırlar. Çünki bölgələrdə dilənçilikdən qazanc olduqca cüzidir. Şəhər insanı isə əhvalına, səhhətinə, həyatındakı problemlərin çoxluğuna görə rəhmdilliyə daha çox meyl edir, alqış qazanmaq istəyir. Təsəvvür edin ki, xəstəxananın qarşısında dilənən yaşlı bir qadının duasına, alqışına nə qədər xəstə yaxınının ehtiyacı var? Məsələn, xəstə analiz verməyə və ya analizin nəticələrini götürmək üçün xəstəxanaya girmək üzrə ikən yaşlı dilənçinin alqış və yalvarış sədaları göyə yüksəlir: "Allah sizi bütün dərd-bəlalardan, xəstəliklərdən qorusun. İnşallah, xoş xəbərlə çıxarsız içəridən..."

Bunu eşidən kim əlini cibinə atıb, ən azı 20 qəpiyi dilənçinin ovcuna basmaz ki? Ona görə də dilənçilər üçün ən optimal dilənmə yeri xəstəxana, məhkəmə, məscid qapıları sayılır. Uzun illər Bakıdakı təhsil ocaqlarının qarşısı da dilənçilərin favorit məkanı sayılıb. Bunun da psixoloji səbəbləri var. Dilənçi bir qızla evə gedən tələbə oğlan görən kimi onun yanını haqlayır və abırdan salana qədər yalvarır. Nəticə 90 faiz dilənənin xeyrinə olur. (Musavat.com)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1027   Tarix: 09 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailəsi o qızı təhsildən belə yayındırıbmış - Rəsmi

Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsində

16 dekabr
.

Bir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi - Foto

Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş 22 yaşlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qarasu kənd sakini 22 yaşlı Məleykə Nurməmmədova mərkəzi rayon xəstəxanasında bir neçə gün əvvəl ginekoloji kista əməliyyatı edilib. Bu gün xəstəxanada onun vəziyyəti kəskin pisləşi

16 dekabr
.

Audiovizual Şura boşanmalarla bağlı verilişə görə "MTV" kanalına xəbərdarlıq etdi - Video

Audiovizual Şura ailə institutunu nüfuzdan salan informasiya yayımlanmasına görə "MTV" kanalına xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub. Bildirili

17 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

"NN Park" şirkətinin işçisi dələduzluğa görə həbs edildi

"Uber" şirkətlərinin partnyoru olan "NN Park" şirkətinin texniki işçisi dələdzuluq cinayətinə görə həbs edilib. Qaynarinfo xəbər verir ki, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Vüqar adlı həmin şəxsə 2 il müddətinə azadlıqdan məhrumetm

17 dekabr
.

Bu klinika sertifikatsız xidmət göstərirmiş

Səhiyyə Nazirliyi "Atlas Medical Center"də plandankənar yoxlama keçirib. Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı sözügedən özəl klinikada sertifikatsız pediatriya işi üzrə özəl praktik tibb fəaliyyətinin faktı aşkarlanıb. Nazirlik tərəfindən buna görə klinika barədə protokol tərti

17 dekabr
.

"Diş müalicəsinin qiymətləri avtomobil qiymətini ötüb" - VİDEO

Özəl klinikalardan birində diş müalicəsi etdirən vətəndaş ödədiyi məbləğin illər əvvəl aldığı avtomobilin qiymətinə bərabər olduğunu bildirib. türk mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, çənə açıqlığının dar olması səbəbindən dövlət xəstəxanasında müalicə ala bilməyib və məcbur qalara

17 dekabr
.

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə dekabrın 16-da Qovlar şəhərində baş verib. Qəsəbə sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilmiş vəziyyətləri qənaətbəxşdir

17 dekabr