Maşın bazarında qiymətlər necə dəyişəcək?
Bu ilin iyul ayında Azərbaycanın avtomobil bazarında avtomobillərin orta qiyməti 38 817 manat təşkil edib.
Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən avtomobil bazarında qiymətlər 34 faiz artıb:
"Qiymət artımı ilin əvvəlində avtomobil idxalına aksiz vergisinin dərəcəsinin artırılması səbəb olub.
Eyni zamanda, ötən illə müqayisədə avtomobil bazarında fəallığın azalması müşahidə olunur.
Bazarda təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. Hesab edirəm ki, yaxın aylarda yüksək tələbatla əlaqədar olaraq mühərriki kiçiklitrajlı avotomobillərin qiymətində azalma gözlənilmir.
Böyük ehtimalla, irihəcmli və qiyməti yüksək olan avtomobillər ucuzlaşacaq".
N.İbrahimov bildirib ki, 2019-cu ilin iyul ayında iyunla müqayisədə böyükhəcmli avtomobillərin qiyməti 0,99 faiz azalıb, kiçiklitrajlı avtomobillərin qiyməti isə 3,8 faiz artıb:
"Avtomobil bazarında dizel mühərrikli avtomobillərə marağın azalması müşahidə olunur. Əksər hallarda müştərilər KIA, "Hyundai", "Toyota" markalarına üstünlük veriblər.
Ötən ay bahalı avtomobillərin (əsasən "Land Rover" şirkətinin avtomobilləri) orta qiyməti 400 min manatdan çox olub, büdcə avtomobillərin (əsasən 1984-cü il istehsalı olan VAZ) orta qiyməti isə 1800 manat təşkil edib".
O əlavə edib ki, "Peugeot" markalı avtomobillərin münasib qiymətlərinə (ortalama 16 min manat) baxmayaraq, bu nəqliyyat vasitələri Azərbaycanda kifayət qədər populyar deyil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
Ədliyyə Nazirliyi fərdi sahibkar Əsəd Əzizovla satınalma müqaviləsi bağlayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə mebel və digər inventarların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 8 184,48 manatdır. Nazirlik bu məbləğə sənəd dolabı, metal stellaj, ISO stul, paltar dolabı
12 dekabrAzərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci azaldıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,217 milyon ABŞ dollar
22 noyabrBir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır
Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymət
6 dekabrQızıl, gümüş və mis konsentratının hasilatı artıb
Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü
13 dekabrAzərbaycanda qaymaq və xama istehsalı artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 min 534,6 ton qaymaq və xama istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur. Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,4 % azalara
22 noyabrAzərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb
Bu ilin dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 850,9 min təşkil edib. Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 9,
6 dekabrAzərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
13 dekabr