Falkao "Qalatasaray"la müqavilə imzaladı

Falkao "Qalatasaray"la müqavilə imzaladı"Monako"nun futbolçusu Radamel Falkaonun "Qalatasaray"a keçidi rəsmiləşib.

Sonxeber.az qol.az-a istinadən xəbər verir ki, kolumbiyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün "Cim-Bom" təzminat ödəməyib.

33 yaşlı oyunçunun "Qalatasaray"da oynayacağı 3 mövsümün hər birində 5 milyon avro maaş alacağı bildirilib.

Qeyd edək ki, 2013-cü ildən "Monako"da çıxış edən Falkao "Portu", "Atletiko", "Mançester Yunayted" və "Çelsi" kimi klublarda da oynayıb.

İdman   Baxılıb: 294   Tarix: 03 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR