Azərbaycan əhalisinin çoxunu qadınlar təşkil edir - RƏSMİ
"Bu gün Azərbaycanda dövlət-qadın siyasəti həyata keçirilir. Qadınlarımız ölkənin iqtisadi, sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunmasında aktiv iştirak edir".
Sonxeber.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP - İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxışı zamanı bildirib.
O bildirib ki, Azərbaycanda, ümumiyyətlə dünyada əhalinin çoxunu qadınlar təşkil edir: "Onların əldə etdikləri uğurlar bütün ölkənin nailiyyətidir. Hazırda qadınlarımız həm idarəetmə, həm qərar qəbuletmə sahələrində təmsil olunurlar. Hüquq-mühafizə orqanlarında, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qadınların sayı ildən-ilə artır. Son illərdə qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə edilir. Hazırda sahibkar qadınların Azərbaycanda xüsusi çəkisi 30 faizə çatdırılıb".
S. Qəhrəmanova deyib ki, dünyanın hər bir yerində, hətta ən inkişaf etmiş ölkələrində də eyni problemlər yaşanır: "Buna nümunə olaraq-miqrasiya, urbanizasiya, qaçqın və məcburi köçkün həyatı və erkən nikahları göstərmək olar. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub və ölkədə 1 milyondan Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda bu sırada olan qadınlar çox böyük əziyyət çəkməklərinə baxmayaraq, bu gün millət vəkili, müəllim, həkim, dövlət qulluqçusu kimi çalışırlar".
Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, həyata keçirilmiş layihələr nəticəsində 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb.
S. Qəhrəmanova onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı artıq 46 faizə çatıb: "Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. Artıq ilin əvvəlindən başlayaraq qadınlarla iş aparılır. İnanırıq ki, bu dəfə də bələdiyyələrin tərkibində qadınların sayının yüksəlməsinə nail ola biləcəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 941 Tarix: 07 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021