Yol polisi 30 avtobus sürücüsünü saxladı

Yol polisi 30 avtobus sürücüsünü saxladıBaş Dövlət Yol Polisi İdarəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə birlikdə Göyçay və Ağdaş rayonlarının avtovağzallarında sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı reyd keçirib.

Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, reydlər əsasən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və tibbi müayinədən keçməyən sürücülərin aşkar edilməsi məqsədilə keçirilib.

Keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 30 avtobus sürücüsü saxlanılıb. Həmin sürücülərə qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib.

Sosial   Baxılıb: 910   Tarix: 10 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR