Ayı hücumlarının qarşısını necə almaq olar? - "Meşəyə giririk, sonra deyirik, ayı kəndə hücum edib"

Ayı hücumlarının qarşısını necə almaq olar? - "Meşəyə giririk, sonra deyirik, ayı kəndə hücum edib"Son on gündə ölkə ərazisində, daha dəqiq desək, İsmayıllı və Qubada baş verən ayı hücumları insanları təşvişə salıb.

Hansı hallarda vəhşi heyvanlar kəndlərə üz tutur?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, bu kimi halların qarşısının alınmasının yeganə yolu odur ki, insanlar meşə ərazilərinin yoxlanılmamış hissələrinə getməməli, öz mal-qarasını ora buraxmamalıdır:

"Çox təəssüf ki, Azərbaycanda bu kimi hadisələr nadir hal deyil. Bundan başqa, şəhərsalma qaydalarına riayət olunmalıdır. Bir kənd 20 il əvvəl 10 evdən ibarət idisə, bu gün burada 30 ev var. Heç kim soruşmur ki, bu müddətdə tikilən evlər harada yerləşir? Tikə-tikə kəndi böyüdüb meşənin daxilinə doğru gedirlər.

Hamı istəyir, meşənin içində evi olsun, naxırı meşənin qırağında otlasın. İnsanlar meyvə toplamağa, naxırı otarmağa gedəndə meşələrə üz tutur və bu zaman vəhşi heyvanların hücumuna məruz qalırlar".

Departament direktoru əlavə edib ki, dünyada bu cür hallar xarakterikdir.

"Rumıniyada, Rusiyada, Slovakiyada bu il 100-dən çox ayı hücumu olub. Ölkəmizdə qeydə alınan iki hadisə adi haldır.

Bunun da qarşısını almaq üçün insanlar qaydalara riayət etməlidir. Meşəyə gedəndə yoxlanılmış əraziləri gəzmək lazımdır. Milli park ərazilərinə xüsusi turist marşrutu var", - deyə o qeyd edib.

H.Əlizadə bildirib ki, çox nadir hallarda ayı, canavar insana hücum edir:

"Bu, yalnız ayı quduz olanda və çox uzun müddət ac qalanda baş verə bilər. Çox nadir hallarda ayı, canavar qəsəbəyə, kəndə girir. Bizə kəndi böyüdüb meşəyə giririk, sonra deyirik, ayı kəndə girdi.

Meşəlik ərazidə yaşayan insanlarımız bilməlidir ki, onların qonşusu Məmməd, Əhməd deyil, ayı, canavar, tülküdür. Həmişə ehtiyatlı olmalıdırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1441   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel