Həzmi yaxşılaşdıran faydalı bitki çayları - SİYAHI

Həzmi yaxşılaşdıran faydalı bitki çayları - SİYAHIİnsanlar minillərdir ki, həzm problemlərini və digər xəstəlikləri müalicə etmək üçün bitki çaylarından istifadə edirlər. Bilirik ki, bəzi bitki çayları ürək bulanması, qəbizlik, həzmsizlik və daha bir çox problemlərə kömək edir. Xoşbəxtlikdən belə çayların əksəriyyəti geniş yayılıb.

Zəncəfil çayı
Sonxeber.az medicina.az-a istinadən bildirir ki, nəmli və isti iqlimlərdə yetişən sarı rəngdə çiçəklər açan zəncəfildəki birləşmələr mədəni sancı və qazdan xilas etməyə kömək edir. Zəncəfil ürəkbulanma, qıcolma, şişkinlik və həzmsizliyə də yardımçıdır. Zəncəfil çayını dəmləmək üçün 2 stəkan (500 ml) suda 2 xörək qaşığı (28 qram) dilimlənmiş zəncəfil kökünü 10-20 dəqiqə qaynatmaq lazımdır.

Şüyüd çayı
Şüyüd çoxyönlü istifadə olunan bitkidir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, şüyüd mədə xoralarının qarşısını alır. Bundan əlavə qəbizliyin aradan qaldırılması üçün də əvəzsiz vasitədir.1 çay qaşığı (4 qram) şüyüd toxumunun üstünə 1 stəkan (250 ml) qaynar su tökərək şüyüd çayı hazırlaya bilərsiniz.

Gicitkən çayı
Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.

Kəklikotu çayı
Təxminən bir-birindən müxtəlif 350 növü olan kəklikotu güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaraları sağaldır, diş əti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stresi azaldır.

Nanə çayı
Həzm sistemi üçün çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köp əleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesini yaxşılaşdırır, ödqovucu təsirə malikdir. Nanə çayı etmək üçün 1 stəkan (250 ml) qaynar suda 8-10 təzə nanə yarpağı dəmləyin.

Çaytikanı çayı
Bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Bunun səbəbi bitkinin zəngin kimyəvi tərkibdir. Çaytikanı A, B, C, K, E, P vitaminləri, kalium, maqnezium, kalsium, fosfor, pektinlər, flavonoidlər və s. aktiv maddələrlə zəngindir. Çaytikanı yağı mədə və 12 barmaq bağırsaq xorası zamanı çox effektli müalicəvi vasitə kimi istifadə olunur. Dəmləmək üçün 150qr çaytikanını 500ml qaynar suya tökərək 20-25 dəqiqədəm almasını gözləmək lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 8538   Tarix: 04 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox addam ciddiyə almır - Ağır xəstəliklərin əlaməti ola bilər

Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şampun seçimindəki səhvlərlə bağlı deyil. xəbər verir ki, bu problem bəzən orqanizmdə daha ciddi proseslərdən xəbər verə bilər. Bunu açıqlamasında rusiyalı dermatoveneroloq, dosent Marina Gureyeva deyib. Onun sözlərinə görə kəpəyin ən geni

30 noyabr
.

2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq

Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari

30 noyabr
.

20 günlük stress ömrü 10 saat qısaldır - Psixoloq

Stress hormonal sistemi aktivləşdirir və müxtəlif orqanlarda uzunmüddətli pozuntular yaradır. Uzun sürən daxili gərginlik psixosomatik xəstəliklərin yaranmasına şərait yaradır. Bu xəstəliklərə yüksək təzyiq. Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi. Astma. Artrit. Dermatoloji problemlər. Hətta ikinc

30 noyabr
.

Ayaqlarınıza diqqət yetirin: Bu əlamətlər ürək problemi və ya diabetin xəbərçisi ola bilər

Soyuq ayaqlar yüksək xolesterinin erkən əlaməti ola bilər. Əgər ayaqlarınız yalnız qış aylarında deyil, ilin digər vaxtlarında da soyuq olursa, düşünməyə dəyər. xarici mediaya istinadla ciddi xəstəliklərin xəbərçisi ola biləcək əsas əlamətləri təqdim edir:. Bu, ayaqlardakı kiçik qan damarları ilə bağl

7 dekabr
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

1 dekabr
.

Çox dil bilənlərin beyni daha gec yaşlanır

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir. Mütəxəssislər bildirirlə

3 dekabr
.

Solğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ

Sizin üçün adi olmayan üz solğunluğu təkcə yorğunluq əlaməti olmaya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu, nadir qan xərçəngi növü kəskin mieloid leykozun mümkün simptomlarından biri ola bilər. bu xəstəliklə bağlı məlumatları təqdim edir:. Əgər üzünüzün "həddindən artıq solğun" göründüyün

7 dekabr
.

Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır

Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çaya daha çox üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuq günlərdə çay əvəzinə su içmək orqanizm üçün daha faydalıdır. xəbər verir ki, həkimlərin sözlərinə görə, soyuq havada bədən daha çox susuzlaşır. Bunun əsa

7 dekabr
.

Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir

Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə

3 dekabr