Azərbaycanda böyük əməliyyat - 12 nəfər ələ keçirildi - VİDEO

Azərbaycanda böyük əməliyyat - 12 nəfər ələ keçirildi - VİDEOBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Quba və Qusar rayonlarının meşə massivlərində ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a məlumat verilib.

Bildirilir ki, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub.

Qeyd edilən ərazilərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb.

Qanunsuz olaraq kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən rayonların meşə massivlərində ağacların kütləvi olaraq qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib.

Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.

Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağaclarının oduncaqları aşkar olunub.

Təyin edilmiş ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağan olunur.

Saxlanılan şəxslər barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

Qeyd edək ki, Quba, Qusar rayonları ilə yanaşı respublikanın digər meşə sahələrinin qanunsuz qırılmasına qarşı Daxili İşlər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə tədbirlər davam etdirilir.

Qanunsuz olaraq meşə sahələrində ağac kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bildirilir ki,
bu əməllərə yol verən şəxslər qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1727   Tarix: 08 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Kurslarim.az kurslar

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Novruz Məmmədovun istefasının SƏBƏBİ

Novruz Məmmədovun Baş nazir vəzifəsindən istefasının səbəbi açıqlanıb.. . Sonxeber.Az xəbər verir ki, bu barədə Rusiyanın RİA Novosti agentliyi məlumat yayıb.. . Xəbərə əsasən, agentliyin Azərbaycan hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Novruz Məmmədov təqaüdə çıxması ilə əlaqədar bu addım

8 oktyabr 2019

SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ

Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.. . Sonxeber.az xəbər verir ki, iclasda "Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsəl

8 oktyabr 2019

TƏCİLİ! Baş nazir Novruz Məmmədov Prezidentə MÜRACİƏT ETDİ

Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.. . Sonxeber.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov məlumat verib.. . O, Baş Nazir postuna yeni namizəddən danışaraq bildirib ki

8 oktyabr 2019

Qənirə Paşayeva Əli Əsədovu statusla təbrik etdi

Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib. Bununla da Əli Əsədov Azərbaycanın yeni Baş Naziri təyin edilib.. Millət vəkili Qənirə Paşayeva Əli Əsədovun Baş Nazir postuna təyin edilməsi ilə bağlı sosial şəbəkədə status yazıb.

8 oktyabr 2019

Baş direktor: "TANAP ildə 1,45 mlrd. dollar gəlir gətirəcək"

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa edilən Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) səhmdarları layihənin işlənilməsindən illik 1,45 mlrd. dollar gəlir əldə edəcək.. . "Report"un Türkiyəyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu bu gün İstanbulda keçirdiy

8 oktyabr 2019

"Cəmiyyət zorakılıq hallarına biganə qalmamalıdır"

"Məişət zorakılığı ilə bağlı BMT-də bir sıra sənədlər var. Buna qarşı təkcə siyasilər deyil, hər kəs mübarizə aparmalıdırlar". . . Sonxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.. . Bu yaxınlard

8 oktyabr 2019

"Bir kişi çıxıb ona yumruq vurub qadını əlindən almadı"-Millət vəkili dəhşətli cinayətdən danışdı

"Ailə zorakılığı son dövrlər artıb".. . Sonxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında millət vəkili Aytən Mustafayeva bildirib. . . A. Mustafayeva deyib ki, iki gün əvvəl Avtovağzal metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qabağında arvadını bıçaqlıayıb: "Kişilə

8 oktyabr 2019

Azərbaycanın yeni Baş nazirinin ilk ÇIXIŞI

"Bu gün sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyevə mənə yüksək etimad göstərərək Baş Nazir vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin 1990-cı illəri

8 oktyabr 2019

"Həyat yoldaşımın adını çəkmə ay qız, sən onun ayağının tozu da deyilsən" — VİDEO

Türkan qəsəbə sakini İmanov Aydın Sərvər oğlunun bir il öncə müalicə aldığı 7 saylı Vərəm Dispanserindən yoxa çıxıb. Ərinin nə ölüsündən, nə dirisindən xəbər ala bilməyən Aidə İmanova Xoşqədəm Baxşəliyevanın Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında şok açıqlamalar verib.. O, həya

8 oktyabr 2019