ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLAR

ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLARAmerika arzular ölkəsidir. Bir çox ölkələrin insanları ABŞ-a can ataraq amerikan arzusuna çatmaq niyyətindədirlər. Sonxeber.az ABŞ-ın ən varlı 10 miqrantının siyahısını bölüşür.
Ceffri Skoll
ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLARYəhudi ailəsindəndir, Kanadanın Monreal şəhərində anadan olub. 1987-ci ildə elektrik mühəndisliyi fakultəsini fərqlənmə ilə bitirib. Skoll iki şirkət qursa da, istədiyi pulu qazana bilmir. Bu problemi həll etmək üçün Stenford məktəbinə yollanır. Məhz burada, 1996-cı ildə "eBay" şirkətinin qurucusu ilə tanış olur və onun yanında işləməyə başlayır. Ceffri internet-nəhənginə çevrilən bu şirkətin ilk işçisi olur və nəticədə ilk prezidentinə çevrilir. Hazırda onun 4 milyard dolları var və "Forbes"in siyahısında 134-cü yerdədir.

Devid San

ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLAR"Kingston Technology" şirkətinin baş əməliyyat direktoru və təsisçilərindən biridir. Taylandda anadan olub və ali təhsilini burada alıb. 1981-ci ildə Con Tu ilə tanış olur. Onlar güclərini birləşdirərək "Camintonn" şirkətini qururlar və sonradan onu 6 milyon dollara satırlar. Sonradan qurulan "Kingston Technology" şirkəti isə ilk il onlara 140 milyon dollar qazandırır. Hazırda Sanın 6 milyard dolları var və dünyanın ən varlı adamları siyahısında 90-cı pillədədir.
Con Tu
ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLARCon Şanxayda kasıb ailədə anadan olub. O, ilk dəfə ABŞ-a səfər etdikdən sonra yenidən bura qayıtmaq barədə düşünür. Bu səbəbdən 1972-ci ildə ABŞ-a qayıdır və "Camintonn" şirkətini qurur. 1987-ci ildən "Kingston Technology" şirkətinin baş direktorudur.
İqor Oleynikov
ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLAR1942-ci ildə Moskvada anadan olub. Müharibədən sonra ailəsi İrana qaçıb. 1957-ci ildə isə ABŞ-a köçüb. Ailə kasıb olduğu üçün İqoru Cənubi Kaliforniyay universitetinə göndərmək məsələsində xeyli əziyyət çəkir. Ali təhsili başa vurduqdan sonra 1973-cü ildə "Olen Properties" şirkətin qurur. Bu şirkət daşınmaz əmlakın inşası və satışı üzrə ixtisaslaşır. Hazırda Oleynikovun 3.7 milyard dollarlıq sərvəti var. Ən varlı adamlar siyahısında 156-cı pillədədir.
Sergey Brin
Sergey də SSRİ-də anadan olub. 1979-cu ildə onun yəhudi əsilli ailəsi ABŞ-a miqrasiya edir. 6 yaşlı Sergey Montessori sistemi tədris edilən məktəbdə oxuyub. 1995-ci ilin mart ayında Larri Keyc, yəni "Google"un gələcək qurucusu ilə tanış olur və 3 il sonra "Google" axtarış sistemi yaranır. Brinin 37.5 milyard dollarlıq sərvəti var və ən varlı adamlar siyahısında 10-cudur.
Corc Soros
ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLARMacarıstanda yəhudi ailəsində doğulub. 1947-ci ildə Londona köçür və London İqtisadiyyat və Siyasi elmlər məktəbinə daxil olur. Onun lektorlarından biri məşhur filosof Karl Popper olub.
Hazırda Corc dünyanın 19-cu ən varlı adamıdır. Onun kapitalı 24.9 milyard dollardır. O, ilk işini Nyu-Yorkda, qadın çantaları satmaqla qurub. Sonradan isə "Sinqer və Fridlander" şirkətinə işə düzəlib.
İlon Mask
ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLARCənubi Afrikada anadan olub. Uşaq vaxtı kifayət qədər ağllı olub. Yaşıdları ilə oynamaqdansa, kitab oxumağı üstün tutub. Atası mühəndis olan İlon "Commodore VİC-20" kompüteri ilə proqramlaşdırmanı öyrənib. 12 yaşı olanda ilk oyun proqramını yazıb və oyunu 500 dollara satıb.
18 yaşı olanda Mask Kanadaya köçüb. Sonradan Stenforda daxil olub. Onun əsas layihələri "PayPal" ödəniş sistemi, "SpaceX" və "Tesla" şirkətləridir. 11.6 milyard dolları var və siyahıda 34-cüdür.
Yan Kum
ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLARYan Kum Ukraynada anadan olub. 1992-ci ildə anası ilə ABŞ-a mühacirət edib. Burada o, həm ali təhsil alıb, həm də işləyib. Sonradan Kum "WhatsApp"ın qurucusu Brayan Ektonla tanış olub və təhsilini yarıda qoyub. Brayan Kumun istedadını görərək ona "Yahoo"da iş təklif edib.
Ekton sonradan "Facebook"da işləmək istəsə də, Mark Zukerberq buna razı olmur. Kum isə "WhatsApp" messencerini yaradır. 2014-cü ildə isə layihəni "Facebook"a 14 milyard dollara satır. Hazırda 8.8 milyard dolları olan Kum siyahıda 50-cidir.
Mikki Arison
ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLARMikki Arison əslən İsraildəndir. O, iş adamı Ted Arisonun ailəsində anadan olub. Mikki Mayami universitetində təhsilini yarımçıq qoyaraq özünü atasının biznesini inkişaf etdirməyə həsr edir. O, əvvəlcə menecer, sonra isə vitse-prezident postuna qədər yüksəlir. 3 il sonra isə atasının "Carnival Corporation" turizm şirkətini dünyanın ən böyük şirkətinə çevirir. Hazırda 8 milyard dollar sərvəti ilə dünyanın ən varlı 61-ci adamıdır.
Tomas Petterfi
ABŞ-ın ən varlı 10 miqrantı-SİYAHI və FOTOLARƏslən Macarıstandandır. Karyerasına başlayanda ingilis dilində bir söz də bilmirdi. İlk illər mühəndislik şirkətində çertyoj işlərinə baxıb. Sonradan isə proqramlaşdırma ilə maraqlanır və "İnteractive Brokers" şirkətini qurur.
Zaman keçdikcə ABŞ fond birjasında öz yerini tutur və qiymətli kağızların satışına başlayır.
Hazırda 12.6 milyard dolları var və dünyanın ən varlı 32-ci adamıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1127   Tarix: 08 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çimərlikdəki hadisəni törədənlər - Ata və oğlu imiş

Sidneyin Bondi çimərliyində terror aktını törədənlərlə bağlı detallar məlum olub. "Qafqazinfo" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumat hadisədən sonra Avstraliya hökumətinin təşkil etdiyi mətbuat konfransında açıqlanıb. Bildirilib ki, insanlara atəş açanlar ata və oğl

15 dekabr
.

"Həftədə 2-3 dəfə basketbol oynayıram" - Ərdoğan - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Gənclər Toplantıları çərçivəsində universitet tələbələri ilə görüşüb. xəbər verir ki, səmimi söhbət zamanı idman keçmişinə toxunan Ərdoğan bildirib ki, əvvəllər futbol oynayıb, hazırda isə həftədə 2-3 gün basketbol oynayır. Görüşdə 81 əyalətdən və 20

15 dekabr
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14 dekabr
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

14 dekabr
.

Almaniyada təyyarə insanların olduğu küçəyə eniş edib, yaralılar var

Almaniyanın Manhaym şəhərində tək mühərrikli təyyarənin hərəkətli küçələrdən birinə məcburi eniş etməsi nəticəsində 3 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Tagesschau" qəzeti məlumat yayıb. Təyyarədə 23 yaşlı pilot, onun 23 yaşlı köməkçi pilotu və 37 yaşlı kişi olub

14 dekabr
.

Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib

HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzə

14 dekabr
.

Tramp Tailand və Kambocanı yeni tariflərlə hədələyib

ABŞ prezidenti Donald Tramp Tailand və Kamboca hakimiyyətini iki ölkə arasında hərbi əməliyyatların dayanmayacağı təqdirdə məhsullarına yeni gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə "The Wall Street Journal"a müsahibəsində bildirib

14 dekabr
.

Bəqayi: Belarus Prezidenti yaxın günlərdə İran xarici işlər nazirini qəbul edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Belarusa səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır. "Report"un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib. Onun sözlərinə görə, Əraqçinin Belarusun xarici işlə

14 dekabr
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

14 dekabr