Prezidentdən fərman: TQDK ləğv olundu
Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
Sonxeber.az AzərTac-a istinadən xəbər verir ki, fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur.
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.
Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.
Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu bir milyon manat olmaqla dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2812 Tarix: 12 aprel 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Bu məhsulun qiyməti sürətlə artır - nə etmək lazımdır?
Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının idxalına milyonlarla dollar vəsait xərcləyir. Ən çox vəsait xərclənən məhsullar içərisində kərə yağı da üstünlük təşkil edir. Kərə yağının qiyməti isə sürətlə artır. Hər ay böyük miqdarda valyuta xaricə axır. Məsələn, bu ilin yanvar-fevra
6 aprelƏcnəbilər Azərbaycan universitetlərini niyə seçirlər?
Azərbaycan universitetlərində təhsil almaq istəyən xarici vətəndaşların müraciəti may-iyun aylarından etibarən başlayır və sentyabr ayına kimi davam edir. Maraqlıdır, bəs görəsən, əcnəbi vətəndaşlar Azərbaycan universitetlərinə müraciət edərkən nələrə diqqət etməlidirlər, onlara təhsil almaqda hans
5 aprelƏhaliyə XƏBƏRDARLIQ - 2 gün sonra 5 BAL GÜCÜNDƏ…
Bu gün - aprelin 6-da maqnit qasırğası gözlənilmir. xəbər verir ki, son proqnozlara əsasən, aprelin 5-də G3 kateqoriyalı (orta güclü) maqnit qasırğası baş verib və bu gün maqnit aktivliyinin azalması müşahidə edilir. Bununla belə, aprelin 8-dən 10-dək ardıcıl üç gün boyunca 5 ballıq maqnit qasırğalarını
6 aprelZakir Həsənov müşavirə keçirdi, tapşırıqlar verdi
Aprelin 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idar
5 aprelSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək
Bakı şəhərinin Nərimanov rayonunun bəzi ərazilərində suyun verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov rayonu ərazisində istismar müddəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqəda
6 aprelŞavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
Aprelin 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. İqtisadi, ticari
5 aprelSabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Aprelin 6-da ölkə ərazisinin bəzi yerlərində avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bu, dumanlı hava şəraiti ilə əlaqədardır
5 aprelBaş rejissor şəhid qızını təhqir etdi: "İndiyə 20 Yanvar qalar?" - FOTOLAR
Azərbaycan Dövlət Akademik Milli Dram teatrınında qalmaqallar səngimək bilmir. Bu dəfə isə Əməkdar artist Məsmə Aslanqızı 20 Yanvar şəhidi olan atasına qarşı olan hörmətsizliyi qəbul edə bilmir. Belə ki, aktrisa teatrın baş rejissoru Mehriban Ələkbərzadənin onun şəhid atası haqqında səsləndirdiyi ifadən
5 aprel