Əcnəbilər Azərbaycan universitetlərini niyə seçirlər?

Əcnəbilər Azərbaycan universitetlərini niyə seçirlər?Azərbaycan universitetlərində təhsil almaq istəyən xarici vətəndaşların müraciəti may-iyun aylarından etibarən başlayır və sentyabr ayına kimi davam edir.

Maraqlıdır, bəs görəsən, əcnəbi vətəndaşlar Azərbaycan universitetlərinə müraciət edərkən nələrə diqqət etməlidirlər, onlara təhsil almaqda hansı imkanlar tanınır?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil eksperti Ramin Nurəliyev bildirib ki, əcnəbi vətəndaşlar Azərbaycan universitetlərinə əyani və qiyabi təhsil forması üzrə müraciət edə bilərlər:

"Müraciət üçün ilk növbədə tələb olunun sənədlər onlayn formada portala yüklənilir və namizəd tərəfindən təsdiq edilir. Azərbaycan Elm və Təhsil Nazirliyi müraciətləri qiymətləndirir və uyğun namizədlərin Azərbaycan universitetlərinə qəbulu həyata keçirilir. Qəbul olunan əcnəbi tələbələr ilk növbədə tədris dilinə uyğun olaraq Azərbaycan dili və yaxud tədris dili imtahanı verirlər. İmtahanı müvəffəqiyyətlə keçənlər birbaşa universitetin 1-ci kursuna bərpa olunurlar. Dil imtahanını keçə bilməyən xarici ölkə vətəndaşları 1 il universitetin daxilində fəaliyyət göstərən hazırlıq qruplarına qəbul olunaraq tədris dili biliklərini mənimsəyir və növbəti ildən 1-ci kursdan tədrisə başlayırlar.

Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə qəbulu üçün SAT, TOEFL, IELTS, beynəlxalq olimpiada və müsabiqə nəticələri, ölkələri üzrə qəbul imtahanından nəticə və orta ümumtəhsil müvəffəqiyyət dərəcəsi tələb olunur. Əcnəbi tələbələrin Azərbaycan universitetlərində təhsili ödənişli əsaslarla həyata keçirilir, bununla yanaşı, tələbələr müxtəlif təqaüd proqramlarına müraciət edərək pulsuz təhsil almaq hüququna da malikdirlər".

Ekspert qeyd edib ki, ali təhsil arzusunda olan xarici ölkə vətəndaşlarının, əcnəbi tələbələrin Azərbaycan universitetlərində bakalavr və magistr təhsili alması üçün bir çox səbəb var:

"Beynəlxalq ali təhsil proqramlarının Azərbaycan universitetlərində tətbiqi, inkişaf etmiş ölkələrin universitetləri ilə əməkdaşlıq, xarici ölkə universitetlərinin Azərbaycanda filiallarının açılması və dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycan universitetləri ilə birgə tədrisin aparılması, ikili diplom proqramları, "Erasmus", hökumətlərarası təqaüd proqramları və s. kimi layihələr Azərbaycandakı ali təhsilə olan marağın təzahürüdür. Hazırda Azərbaycan universitetlərində əyani və qiyabi təhsil forması üzrə bakalavr və magistr dərəcəsində minlərlə əcnəbi təhsil almaqdadır. Azərbaycan dövləti xarici tələbələrin təhsil, yaşam, ünsiyyət və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Hazırda Azərbaycan təhlükəsizlik və yaşam baxımından tələbələr üçün çox əlverişli bir seçimdir.

Azərbaycan universitetləri bir neçə dünya universiteti ilə sıx əməkdaşlıq çərçivəsində qarşılıqlı təhsil proqramları həyata keçirir. Bununla yanaşı, xarici universitetlərin Azərbaycanda filialları da mövcuddur. Bunlara Fransanın UFAZ Universiteti, Rusiyanın İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universiteti və Lomonosov Universitetinin Bakı filialı, ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti və Türkiyə-Azərbaycan Universitetini nümunə göstərmək olar".

"Eləcə də, Azərbaycan universitetləri dünyanın bir sıra universitetləri ilə ikili diplom proqramı çərçivəsində həm bakalavr, həm də magistr sahələri üzrə əməkdaşlıq edərək xarici ölkə diplomlarının Azərbaycan universitetlərində təhsil alan tələbələrin də almasını təmin edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Almaniyanın Zigen Universiteti və ABŞ-nin Corciya Universiteti ilə, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə, Azərbaycan Dövlət İqtisad Universitetinin İngiltərənin London Universiteti, Fransanın Montpellier və Fransanın ICD Universitetləri, ABŞ-nin Linkoln Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Litvanın Mikolas Romeris Universiteti ilə, ADA Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti, Rusiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti, Fransanın CEFAM Universiteti ilə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İstanbul Teknik Universiteti və Fransanın GNAM Universiteti ilə, həmçinin Böyük Britaniyanın Vestminster Universiteti və Britaniya Kral Memarlıq İnstitutu, İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti ilə, Azərbaycan Dövlət Aqrar Universitetinin Türkiyənin Ege Universiteti və ABŞ-nin Oklahoma Dövlət Universiteti ilə, Bakı Mühəndislik Universitetinin Cənubi Koreyanın İNHA Universiteti ilə, Gəncə Dövlət Universitetinin Türkiyənin Dokuz Eylül Universiteti ilə, Bakı Dövlət Universitetinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lümyer Lyon Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS), ABŞ-nin Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti və Qazaxıstanın bir neçə universiteti arasında ikili diplom proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq edirlər.

Həmçinin özəl ali təhsil ocaqlarından Xəzər Universiteti, Qərbi-Kaspi Universiteti, Azərbaycan Universiteti və Odlar Yurdu Universitetinin də müvafiq ixtisaslar üzrə ikili diplom proqramları çərçivəsində əməkdaşlıqları mövcuddur".

Ekspert Azərbaycan universitetlərində təhsilin inkişafından bəhs edərkən reytinq səviyyəsi barədə məlumat verib:

"Son illərdə dünya universitetlərinin reytinq siyahısında Azərbaycan universitetlərinin adlarını da görürük. 2024-cü ildə dünyanın ən aparıcı tədqiqat və reytinq siyahısını təqdim edən "Quacquarelli Symonds" (QS) təşkilatı fənn proqramları üzrə ən yaxşı universitetlərin reytinq siyahısına Azərbaycan Dillər Universiteti (301-340-cı yer) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (351-400-cü yer) adlarını qeyd edib".

"Bu gün Azərbaycanda müxtəlif ixtisaslar üzrə ixtisaslaşmış ali təhsil ocaqları var. İqtisadiyyat və biznes sahəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, neft və qaz mühəndisliyi üzrə Bakı Ali Neft Məktəbini, mühəndislik ixtisasları üzrə Bakı Mühəndislik Universitetini, pedaqoji ixtisaslar üzrə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetini, xarici dil bilikləri üzrə Azərbaycan Dillər Universitetini, dövlət idarəçiliyi üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, beynəlxalq ticarət və logistika üzrə Dövlət Gömrük Komitəsinin Akademiyasını, aviasiya sahəsi üzrə Milli Aviasiya Akademiyasını, beynəlxalq standartlara uyğun ingilis dilində tədris verən Azərbaycan Diplomatiya Akademiyasını (ADA), Xəzər Universitetini, o cümlədən tədrisi ingilis dilində aparılan digər universitetləri xüsusilə qeyd etmək lazımdır", - deyə Ramin Nurəliyev bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 753   Tarix: 05 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbdə "TikTok"un yaratdığı təhlükələrin qarşısını necə alaq? - AÇIQLAMA

Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə məktəblilərin bu platformalardan istifadəsi ciddi müzakirə mövzusudur. Xüsusilə "TikTok" kimi qısa video platformaları uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Bununla yanaşı, təhlükəli çağırışlar, zorakılı

12 iyun
.

"Ermənistanla sülh sazişinin əsasını dövlətlərarası münasibətlərin normallaşması təşkil edir" -

Ermənistanla sülh sazişinin əsasını dövlətlərarası münasibətlərin normallaşması təşkil edir. xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, sülh saziş

11 iyun
.

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib. Aqrar siyasət komitəsinin sədr

11 iyun
.

"Şuşa Bəyannaməsi" iki qardaş dövlət arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi

15 iyun 2021-ci il tarixində, Vətən müharibəsindən dərhal sonra Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış, "Şuşa Bəyannaməsi" iki qardaş dövlət arasında strateji tərəfdaşlığı

11 iyun
.

"Bir plus" mağazasından şikayət: Nasaz məhsullar satılır?

1200 manata arzusunda olduğu robot tozsoranı aldı. Amma, sevinci çox çəkmədi. XALQ xəbər verir ki, Şəlalə Ağaşirinovanın sözlərinə görə, 10 gün sonra mağazadan məlumat verilib ki, servis heç bir problem aşkarlamayıb. Məhsul normal işləyir, gəlib təhvil götürsün. Məsələ ilə əlaqədar "bir plus"

11 iyun
.

Qəfil ölən keçmiş səfir tanınmış şəxsin QARDAŞI İMİŞ - FOTO

Ötən gün qəfil dünyasını dəyişən Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun hansı tanınmış şəxsin qardaşı olduğu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, o, xarici işlər nazirinin sabiq müavini Ramiz Həsənovun qardaşı imiş. 10:54. Azərbaycanı

12 iyun
.

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib. Aqrar siyasət komitəsinin sədr

11 iyun
.

"Azərbaycanın sülh təklifi Ermənistan tərəfindən qəbul edilib" - Mətin Məmmədli

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbayca

11 iyun