Azərbaycanda ŞOK: Bəzi sonsuz qadınların süni mayalanmasında əcnəbi kişi donordan istifadə edilirmiş

Azərbaycanda ŞOK: Bəzi sonsuz qadınların süni mayalanmasında əcnəbi kişi donordan istifadə edilirmişDünyada sonsuzluq problemi yaşayan ailələrin sayı getdikcə artmaqdadır. O cümlədən də Azərbaycanda. Xüsusilə də kişi sonsuzluğunun artması bəzi qadınların donor mayalanması ilə hamilə qalmaq üsullarına əl atmasına səbəb olur. Nəticədə bir çox ailənin övlad arzusu 3-cü şəxsin iştirakı ilə gerçəkləşir.

Medicina.az xəbər verir ki, araşdırmalar görə, hətta əcnəbi donorun süni mayalanmaya cəlb olunmasını istəyən ailələr də var... Təbii ki, söhbət Azərbaycandan gedir. Bakıda süni mayalanma həyata keçirən klinikalardan əldə etdiyimiz məlumatlarda kişi donor kimi əcnəbilərdən də istifadə olunduğu istisna edilməyib.

Bəs Azərbaycan qanunvericiliyində süni mayalanma zamanı əcnəbi vətəndaşların donor olmasına icazə verilirmi?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az-a bildirib ki, hazırda mövcud qanunvericilikdə bu yöndə ciddi boşluq var:

"Yəni qanun nəyi qadağa etmirsə, onu gerçəkləşdirə bilirlər. Amma Milli Məclisin payız sessiyasının iş planına da salınan "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində bu məsələ daha da konkretləşdirilib. Qanun layihəsində qeyd edilib ki, yalnız nikahda olan şəxslərdən donor kimi istifadə edilə bilər, bətndənkənar mayalanma etmək olar, nikahda olmayan - istər yerli, istərsə də əcnəbi şəxslərdən donor kimi istifadə etmək olmaz".

Musa Quliyev hazırda gerşəkləşdirilən mayalanmanı "süni mayalanma" deyil, "bətndənkənar mayalanma" adlandırıb.

Deputat bildirib ki, yeni hazırladıqları sənədə əsasən, nikahda olan şəxslərdən birinin hətta sonsuzluq problemi olsa belə, qanun kənar şəxslərdən donor kimi istifadəni qadağan edəcək.

"Qanuna əsasən, donor kimi ya nikahdakı şəxslərdən istifadə olunacaq, sonsuzluq problemi olacaqsa belə, üçüncü bir şəxsdən istifadə edilməyəcək. Bu qanunu yazanlardan biri mən olduğuma görə, məsələyə münasibətim artıq bəllidir: donor kimi kənar şəxslərdən istifadə olunmasına qarşıyam".

İlahiyyatçı, din xadimi Hacı Şahin Həsənli bildirib ki, süni mayalanmaya şəriətdə müxtəlif baxışlar var.

"Bəzi din alimləri süni mayalanmanı icazəli hesab etmir. Digərləri isə süni mayalanmada donor kimi xanımın sadəcə həyat yoldaşından istifadəsini düzgün qəbul edir. Nikahdankənar şəxslərin donor kimi istifadəsinə din alimlərində fərqli yanaşma var, əksəriyyət buna razı deyil. Şəriət kənar şəxsin donor kimi istifadəsinə o vaxt icazə verir ki, həmin şəxsin kimliyi bəlli olsun. Din donorun kimliyinin anonim saxlanmasına icazə vermir. Şəriət əcnəbi vətəndaşın donor kimi istifadəsinə həmin şəxsin müsəlman olduğu və kimliyi bəlli olduğu təqdirdə icazə verir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3883   Tarix: 03 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021