Məşhur endokrinoloqdan CİDDİ XƏBƏRDARLIQ - Bu qidaları birlikdə YEMƏYİN/VİDEO

Məşhur endokrinoloqdan CİDDİ XƏBƏRDARLIQ - Bu qidaları birlikdə YEMƏYİN/VİDEOBəzi məhsulların birləşməsi onların faydalılığını artırsa da, digərlərinin vəhdəti bədənə heç də yaxşı təsir göstərmir.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, rusiyalı endokrinoloq-nutritionist, tibb elmləri namizədi Yekaterina İvannikova qidaların ən arzuolunmaz birləşmələrini açıqlayıb.

1. Kakao və süd

"İsti süd ilə bir neçə qaşıq kakao tozu klassik reseptdir. Ancaq tibbi baxımdan südün əvəzinə bu vəziyyətdə sudan istifadə etmək daha düzgündür.

Kakaonun tərkibində kalsiumun bədənə hopmasını əngəlləyən oksalik turşusu çoxdur. Beləliklə, südün əsas faydası rədd edilir. Üstəlik, bu resept sağlam insanlarda südün faydasını azaltmaqla kifayətlənmir, bəzi pasientlərdə xəstəliyin kəskinləşmə riskini artırır. Xüsusilə urolitiyaz xəstələri kakao və südün birləşməsindən çəkinməlidir. Urolitiyaz sidikdə həllolmayan bir çöküntünün qum (diametri 1 mm-ə qədər) və ya daş (1 mm-dən 25 mm və daha çox) şəklində meydana gəldiyi metabolik xəstəliklər nəticəsində yaranır. Süd isə kakaodan oksalat maddəsinin udulmasını artırdığından xəstəliyi şiddətləndirir", - deyə mütəxəssis əlavə edib.

2. Ağ çörək + cem və ya mürəbbə

Bir fincan südlü kakaonun yanında tez-tez mürəbbə və ya mürəbbə ilə kökə təklif olunur. Mütəxəssis belə bir birləşmədən çəkinməyi məsləhət görür:

"Ağ çörəyin tərkibindəki rafinə edilmiş buğda unu yüksək miqdarda sürətli həll olunan karbohidratdır. Belə bir çörək diliminə mürəbbə və ya cem yaxdıqda, sürətli karbohidratların ikiqatı bədənə daxil olur. Bu da qanda şəkər səviyyəsinin kəskin yüksəlməsinə səbəb olur".

Endokrinoloq vurğulayır ki, karbohidratların vaxtaşırı istifadəsi 2-ci tip şəkərli diabetin, piylənmənin inkişafına, həmçinin mədə-bağırsaq traktının orqanlarında iltihabi proseslərə səbəb ola bilər.

Tövsiyə

Əgər çayın yanında sendviç yemək istəyinin qarşısını ala bilmirsinizsə, ağ çörəyi kəpəklə əvəz etmək yaxşıdır. Cem və ya mürəbbə əvəzinə isə bir dilim pendir qoyun.

3. Süd ilə kəpək məhsulları

Çoxları bunun mükəmməl qəlyanaltı olduğuna əmindir. Ancaq tibb mütəxəssisləri belə bir məhsulun birləşməsinə qarşıdır. Mütəxəssis onların zərərlərini belə ifadə edib:

"Kəpəyin tərkibində fitik turşusu var. Süddə kalsium və maqnezium var ki, onların vəhdəti həll olunmayan birləşmələr əmələ gətirir. Nəticədə faydalı minerallar bədən üçün əlçatmaz olur. Beləliklə, bir tərəfdən udulmuş qida həzm prosesinə mane olur, digər tərəfdən, özümüzü kəpək və südün tərkibindəki faydalı maddələrdən məhrum edirik".

4. Toyuq və qaraciyər

Yekaterina İvannikova eyni zamanda toyuq və qaraciyəri birlikdə yeməməyi tövsiyə edir. Bu iki faydalı məhsul bir-birinə yaxın olmamalıdır. Çünki qaraciyərin tərkibindəki B9 vitamini və toyuqda olan sink bir-birinin udulmasına mane olur. Həm də yeməyin həzm prosesini çətinləşdirir.

5. Pizza və qazlı içki

"Daim həyəcan içərisində yaşayırıq, işdən və ya dərsdən qayıtdıqdan sonra şam yeməyi hazırlamaq çətin ola bilər. Ancaq bir şüşə qazlı içki ilə pizza ala bilərsiniz və necə deyərlər, şam yeməyi hazırdır. Lakin sizə belə yemək yeməməyi məsləhət görürəm. Məhsulların bu birləşməsi orqanizm üçün çox zərərlidir. Karbohidratların, zülalların və trans yağların birləşməsi orqanizmdən həzm üçün çox enerji tələb edir. Qazlı içki və şəkər mədənin fəaliyyətinə maneə törədir. Yeməkdən sonra yaranan şişkinlik və ağırlıq hissi bunun nəticəsidir.

Bundan əlavə, qazlı içki və pizza rafinə edilmiş karbohidratların çox olması nəticəsində toxluq hissini yatıraraq saxta aclıq hissini artırır. Odur ki, nə qədər çox pizza yesəniz də, bədən "acam" siqnalları verməyə davam edəcək.

Belə bir şam yeməyindən sonra qanda şəkərin səviyyəsi təhlükəli həddə çatır. Bu isə gərginlik yaradaraq yuxu sisteminə mane olur".


Sonxeber.az Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2716   Tarix: 06 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

İdmanla məşğul olub nəticə ala bilmirsiniz?

Tərkibi:. Buğda cücərtisi, sibir jenşeni kökü, çiçək tozu, çörək otu toxumu, keçibuynuzu meyvəsi, darçın, arı südü, bal. Təsir xüsusiyyətləri: İdmançı yeməyi sınanılmış reseptlər əsasında həkim-fitoterapevt və apiterapevtlər tərəfindən hazırlanmış enerjini bərpa edən, metabolizmi sürətləndirən, mineral-vitami

23 may

Slim Samyun Wan Plus - Arıqladıcı bitkisəl vasitə

Təbii tərkibli kapsullar Samyun Wan Slim Plus çoxlarının etibarin qazanmış arıqlamaq üçün bir vasitədir. . . Xüsusiyyətlər: . - piyləri parçalayır . - çəkini azaldır (bir ay müddətində 5-15 kq) . - iştahı azaldır . - immuniteti gücləndirir . - yuxu rejimin normallaşdırır . - bədəni şlaklardan təmizləyi

18 may

Gözaltı torbalar, qaralmalar və qırışlara SON!

Məhsul haqqında. Gelin tərkibindəki nəmləndirici maddələr tez və asanlıqla dəriyə hopur və 24 saat nəm itkisinin qarşısını alır. Dəriyə qoruyucu təbəqə təşkil edərək kənar təsirlərdən qoruyur.. İstifadə qaydası: Qaşınma, iltihab kimi simptomları olan dəri üzərinə tətbiq olunmamalıdır. Krem isitifad

20 aprel

Övladlarınızın boyundan narahatsız? - bu təbii üsulla...

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

25 dekabr 2019

Əzgilin faydaları: arıqladır, bel ağrılarını aradan qaldırır...

Payız-qış fəslinin ən sevilən meyvələrindən biri də əzgildir. Kimisi bərk, kimisi də bir az yumşalmış formada xoşlayır əzgilin dadını. Amma dadı ilə yanaşı insan orqanizmi üçün faydaları da saymaqla bitmir.. . Publika.az sizə əzgilin inanılmaz faydalarını təqdim edir.. . Əzgil kalsium, dəmir, fosfor

6 noyabr 2019

Yaddaşı gücləndirən QİDALAR

Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.. . Məlumata görə, 50 yaşını keçən bəzi insanlarda unutqanlı

6 noyabr 2019

Siqaret çəkmək depresiyaya səbəb olur-Alimlərdən yeni AÇIQLAMA

Britaniyalı genetiklər yeni tədqiqatın nəticəsini açıqlayıblar. Sonxeber.Az-ın məlumatına görə, bu barədə "Psychological Medicine" jurnalında geniş məqalə dərc edilib. Məlum olub ki, siqaret çəkmək şizofreniya və depresiya kimi vəziyyətlərə yoluxma riskini iki dəfə artırır.. Alimlər Böyük Britaniyanı

6 noyabr 2019

Alimlər zəfəranın DAHA BİR FAYDASINI açıqladı

Alimlər dünyanın ən bahalı bitkilərindən biri olan zəfəranın depressiyaya qarşı effektiv mübarizə üsulu olduğunu açıqlayıb.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Avstraliyada aparılan araşdırma depressiyanın müalicəsində zəfəranın müsbət təsirlərini üzə çıxarıb.. . Murdok Universitetini

5 noyabr 2019

Qulaq ağrıları - Səbəbləri və müalicəsi

Qulaq ağrısı (otitis media və ya otit) orta qulağın infeksiyası (bakterial infeksiya ilə iltihabı) xəstəliyidir. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları - soyuqdəymə və qripdən sonra törənir. Respirator allergiyalar da burun boşluğunda uzun müddət durğunluq yaratmaqla qulaq ağrısın

5 noyabr 2019