Bakı dünyanın maliyyə dairələrinin diqqət mərkəzində - REPORTAJ

Bakı dünyanın maliyyə dairələrinin diqqət mərkəzində - REPORTAJNoyabrın 6-7-də Bakıda "Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru" mövzusunda IV Beynəlxalq Bankçılıq Forumu keçirilib.

"Report"un məlumatına görə, tədbir oktyabrın 29-dan başlamış və noyabrın 8-də başa çatacaq "Nağdsız cəmiyyət həftəsi" çərçivəsində baş tutub.

"Mastercard"ın tərəfdaşlığı ilə keçirilmiş foruma "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi (ABA), Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi (İİTKM) dəstək verib. Tədbir 6 paneldən ibarət olub. Panellərin mövzuları isə "Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar", "Bankçılıq – rəqəmsallaşmaya doğru", "Bankçılığın transformasiyasının müxtəlif tərəfləri", "Yeni ödəniş dünyası", "Komplayns və tənzimləmə riskləri", "Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi" olub.

Forumda dövlət qurumlarının, kommersiya banklarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatın və nüfuzlu şirkətin nümayəndələri iştirak edib.
Bakı dünyanın maliyyə dairələrinin diqqət mərkəzində - REPORTAJTədbirdə çıxış edən ABA-nın sədri Zakir Nuriyev diqqəti bankların kadr potensialına yönəldib. O, bank sektorunun informasiya texnologiyaları sahəsində işçilərə böyük ehtiyacının olduğunu, lakin bu ehtiyacın lazımi səviyyədə ödənilmədiyini bildirib.
Bakı dünyanın maliyyə dairələrinin diqqət mərkəzində - REPORTAJAMB sədrinin I müavini Alim Quliyev isə ölkədə nağdsız dövriyyə ilə bağlı vəziyyətdən danışıb. Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsiz dövriyyənin məbləği 14 milyard manata qədər arta bilər. Bu isə nağd dövriyyənin xüsusi çəkisinin 74%-dən 40%-ə düşməsi deməkdir.

Bakı dünyanın maliyyə dairələrinin diqqət mərkəzində - REPORTAJMBNP-nin İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov isə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsindən söz salıb. O, 9 fəsil və 72 maddədən ibarət bu sənədin bir neçə dəfə müvafiq dövlət qurumları ilə müzakirə olunduğunu, bu ilin sonuna qədər Nazirlər Kabinetinə təqdim ediləcəyini bildirib.
Bakı dünyanın maliyyə dairələrinin diqqət mərkəzində - REPORTAJNəqliyyat, rabit

ə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, hər bir sahədə olduğu kimi maliyyə sahəsində də kiberhücumların olması ehtimalı var. Onun sözlərinə görə, bu məsələnin ən yüksək səviyyədə nəzərə alınması banklar üçün yeni fəaliyyət imkanları yaradır.

Bakı dünyanın maliyyə dairələrinin diqqət mərkəzində - REPORTAJİİTKM-nin icraçı direktoru Vüsal Qasımlı isə çıxışında bank sektorunun 2015-ci ildən üzləşdiyi çətinliklərin arxada qaldığını, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində sektorun yenidən əvvəlki kimi sürətlə inkişaf etdiyini bildirib.
Bakı dünyanın maliyyə dairələrinin diqqət mərkəzində - REPORTAJBundan sonra digər iştirakçılar çıxış edib, iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslər və qarşıdakı çağırışlar, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlər, müasir bank məhsulları, komplayns sahəsindəki yeniliklər və risklər, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanları, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri müzakirə edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 603   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həbsdə olan qohumunu azad edəcəyinə söz verdi, 28 min aldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəy

8 may
.

Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb

Abşeron rayonunda evlərdən oğurluq edən şəxs müəyyən edilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 80

8 may
.

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 7-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğu

7 may
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

7 may
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər. xəbər verir ki, sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis hald

8 may
.

Mayda havalar niyə soyuq keçir? SƏBƏBİ BİLİNDİ

Yaz ayları – mart, aprel, may havanın dəyişkənliyi daha çox müşahidə olunan aylardır. Artıq bir həftədən yaxındır ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişib. May ayında havaların isti keçməsini gözləyən insanlar bu hava şəraitinə təəccübənir. Yay fəsli ərəfəsində soyuq keçən aylara xarakterik iqli

8 may
.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

8 may
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media-ya istinadən xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qrupların

8 may
.

Bir qrup hərbi qulluqçuya ev verilib - FOTO/VİDEO

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular

8 may