"Müxalifət partiyalarından saxta arayış ilə xarici ölkələrdə mühacir, qaçqın statusu alırlar"- Millət vəkili
Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Onlar mühacir bazarı açmaq günahlandırılırlar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Kamran Bayramov bildirib ki, onlar müxalifət partiyalarından saxta arayış ilə xarici ölkələrə gedib, mühacir, qaçqın statusu alırlar: "Guya onlar siyasi baxışlarına görə Azərbaycanda təqib olunurlar. Onlar aldıqları statuslardan ölkəmizə, hakimiyyət orqanlarına, məmura qarşı məharətlə istifadə edib, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırlar. Bu insanların fəaliyyətləri məqsədlidir. Nəzərə alamaq lazımdır ki, onlar öz başına bu işləri görmürlər. Xaricdə Azərbaycanın inkişafını istəməyən dairələr var. Həmin dairələrin tapşırığı və maliyyə dəstəyi ilə onlar fəaliyyət göstərirlər. Aldıqları vəsait müqabilində bilərəkdən, məqsədli şəkildə onlar ölkəmizi, dövlət başçımızı təhqir edirlər. Təbii ki, bu yolverilməzdir. Artıq görürsünüz ki, ədalət zəfər çaldı. Almaniyanın hüquq- mühafizə orqanları onların izinə düşüb, şəbəkəni aifşa ediblər. Mən düşünürəm ki, bu digər mühacirlər və xaricdə yaşayan dırnaq arası demokratlar üçün bir dərs olmalıdır. Onlar bu cür çirkin üsullardan və adətlərdən əl çəkməlidirlər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1380 Tarix: 15 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Park Bulvarda II Psixologiya və Loqopediya Festivalı keçirilib
Aprelin 4-ü Azərbaycan Gənclər və İdman Nazirliyi dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və "AzFest Group"un təşkilatçılığı ilə Park Bulvarda II Psixologiya və Loqopediya Festivalı keçirib. Festivalın əsas məqsədi psixologiya və loqopediya sahəsində fəaliyyət göstərən mütəxəssislərin işlərin
10 aprelKeyfiyyətsiz məhsul alan vətəndaş hansı hüquqlara malikdir? - AÇIQLAMA
Gündəlik alış-veriş zamanı vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri də keyfiyyətsiz və ya qüsurlu məhsulların satılmasıdır. Belə hallarda bir çox insan hansı hüquqlara malik olduğunu bilmədiyi üçün ya zərərə düşür, ya da hüququnu tələb etməkdən çəkinir. Bəs görəsən keyfiyyətsiz məhsul ala
9 aprelXəzər dənizində zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb, dərinliyi 12 kilometr olub. Xatırladaq ki, aprelin 8-də Xəzə
9 aprelZamirə Ədilova vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2023-cü ildə təyin olunmuşdu
8 aprel"Təhsil pulla ölçülməməlidir, bu, təhlükəli tendensiyadır" - AÇIQLAMA
"Təhsil bir millətin gələcəyidir, onun mənəvi və intellektual pasportudur. Bakıdakı bəzi özəl liseylərdə təhsil haqqının 50-55 min manat kimi rəqəmlərə çatması, əslində, təhsilin bir "ictimai xidmət" sahəsindən çıxaraq daha çox "lüks bir brend"ə çevrilməsinin göstəricisidir
9 aprelGecə saat 11-dən səhər 7-dək bu prospektlər bağlı olacaq - 2 gün
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu istiqamətdə yol örtüyünün istisma
9 aprelAzərbaycanın sürücülük vəsiqələri bu ölkədə tanınacaq
Milli Məclis Azərbaycan ilə Belarus arasnda daha yeni sazişi təsdiq edib. Qaynarinfo xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"i
10 aprel"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"
Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı
9 aprel