Dünyanın bütün ölkələrini gəzən 21 yaşlı turistdən səyahətsevərlərə 7 DƏYƏRLİ TÖVSİYƏ - FOTO

Dünyanın bütün ölkələrini gəzən 21 yaşlı turistdən səyahətsevərlərə 7 DƏYƏRLİ TÖVSİYƏ - FOTO21 yaşında 196 ölkəyə səyahət etmiş ən gənc insan statusunu alan Leksi Alford səyahətsevərlər üçün 7 məsləhətini bölüşüb.

Leksi Alford kimdir?

Milli.Az xəbər verir ki, Leksi ilk vaxtlar yalnız fərqli yerləri görmək və dünyanı tanımaq məqsədilə səyahətlərə çıxıb. Daha sonra ətrafındakı insanlar, xüsusilə, gənc qadınlara ilham verdiyini görüb.

ABŞ-ın Kaliforniya ştatında turizm agentliyi işlədən ailəsi Leksini Misir piramidalarından Dubayın bahalı hotellərinə, Kambocanın üzən kəndlərinə qədər göndərərək həyatın müxtəlif baxış bucaqlarını ona göstərib.

O, dünyanın mediada təqdim edildiyi kimi qorxunc bir yer olmadığını və yaxşılığın hər yerdə olduğunu hər kəsə göstərməyi qarşısına məqsəd qoyub. Daha sonra dünya onun rekordunun izinə düşüb. Alford 31 may 2019-cu ildə Şimali Koreyaya addımını atanda bir dünya rekordu qırıb.

Turizm məsləhətçisi işləyərək öz səyahətlərinin xərcini çıxaran Leksi arada sponsor razılaşmaları da edir. O, təcrübələrini şəxsi bloqunda paylaşır, bununla yanaşı, kitab da hazırlayır.

Evi ABŞ-ın Kaliforniya ştatında olan Alford təyyarə ilə hər il 320-400 min km yol qət edir. Qatar və avtobus da tez-tez istifadə etdiyi nəqliyyat vasitələri arasındadır.

Leksinin səyahətsevərlərə 7 məsləhəti:

1- Eyni ölkənin 2 pasportunu eyni anda istifadə edə bilərsiniz

Az səyahat edilən yerlərə gedirsinizsə, vizasını almaq üçün uzun müddət gözləyəcəyiniz ölkəyə müraciət edirsinizsə, ya da bir-birilə münaqişədə olan ölkələr planınızda varsa, iki pasporta sahib olmaq çox əhəmiyyətlidir. Məsələn, Yaxın Şərq və ya Qərbi Afrika. Pasport ofisinə gedib səyahət planlarınızı tək pasportla davam etdirməyinizin mümkünsüzlüyünü izah edə bilsəniz, sizə daha bir pasport veriləcək. Rusiyaya gedəcəyinizi və pasportunuzu səfirliyə göndərəcəyinizi deyin. Bu, 6 həftə vaxt tələb edir. Amma bəlkə qarşıdakı günlərdə İndoneziyaya gedəcəksiniz. Sadəcə adınızdakı rezervasiyalarla üst-üstə düşən təyyarə reyslərinin sübutlarını göstərməyiniz kifayətdir.

Unutmayın: geri qaytarıla bilən biletləri səyahət sübutu olaraq qeyd edə bilər, pasport ofisinə göndərə bilər və daha sonra ondan imtina edə bilərsiniz. O zaman gələcəkdəki səyahətlərinizdə tıxaca düşdüyünüz zaman rahat bir pasportunuz olacaq.

2- Yeni ölkəyə səyahət edirsinizsə, yola çıxmazdan əvvəl bir mesaj göndərməlisiniz

Qalacağınız hotelə poçt qutusundan mesaj göndərib hoteldən hava limanına qədər taksinin nə qədər pul tutacağını soruşun. Bu bəsit mesaj illər ərzində yüzlərlə dollar qənaət etməyimi təmin etdi. Çünki taksi sürücülərinin şişirdilmiş qiymətlərinə aldanmadım. Hotelə gəlib çatanda taksimetr yüksək məbləğ göstərirsə, bunu ödəməkdən imtina edin. Hotelə girib yardım istəyin. Bu, işə yaramasa, polisə zəng etmələrini söyləyin. Bunu istəsəniz, taksi sürücüsü inadından dönəcək.

3- Əl yükü haqqınız düşündüyünüzdən daha comərddir

Mən ancaq əl yükü ilə səyahət edirəm. Bəzi hava limanlarının sərt qaydaları olur. Onlar əl yüklərini də ölçürlər. Yunanıstanın Zakintos adasında kobud bir işçi vardı. Həm əl yükümü, həm də bel çantamı ölçmüşdü. Mən hər zaman qoyulan limiti keçirəm. Çünki yanımda kompüter, fotoaparat və dron olur. O zaman çəki 5 kq çox çıxmışdı. Geyinə bildiyim qədər paltarlarımı üzərimə geyindim. Sonra yolun qarşısındakı mağazadan ucuz idman çantası alıb əşyalarımı içinə yığdım. Çünki əl yükünüzlə birgə alış-veriş çantası boyda çanta apara bilərsiniz.

4- "Skyscanner" - ehtimal edilən uçuş axtarış tətbiqiniz olmalıdır

"Skyscanner", şübhəsiz, son dəqiqə rezervasiyalarında ən yaxşıdır. Ən etibarlısıdır və bir çox fərqli variant göstərir. Ən sürətli, ən ucuz və s. Neçə dayanacaq gedəcəyinizi seçə bilərsiniz. Əlavə olaraq, təbiəti qorumaq məqsədilə təkmilləşdirilmiş alternativi də var. Məsələn, "bu uçuş orta hesabla çıxan rəqəmdən 32 qat daha az karbon-dioksid yandırır".

5- Tək hissədən ibarət geyim hər şeydən daha rahatdır

Qadınlar üçün bu, zərif, uzunqollu köynək ola bilər. Ehtiyacınız varsa, yüngül pencək də götürə bilərsiniz. Şort geyinirsinizsə, daha mühafizəkar bir ölkədə özünüzü narahat hiss edirsinizsə, belinizə pencək bağlaya bilərsiniz.

6- Uzunmüddətli səyahətlərdə 3 gün qaydasını tətbiq edin

Adətən, eyni şəhərdə, eyni hoteldə 3 gün qalmaq qaydasını tətbiq edirəm. Bunun bir neçə səbəbi var. Birincisi, paltar yumaq məcburiyyətində olsanız, bu, 3 gün çəkəcək. İlk gün camaşırxana tapmaq üçün, ikinci gün onları yumaq və üçüncü gün toplamaq. Çox yeri sürətlə gəzirsinizsə, yorulacaqsınız. Hər həftə 3 günlük dayanacaq sizə istirahət şansı verir. Çanta hazırlayıb boşaltmaq çox az insanın ağlına gəlir. Amma həqiqətən də yorucudur.

7- Ziyarət etdiyiniz hər yerdən bir xatirə almaq istəsəniz...

Hər getdiyim yerdən bir az yerli pul alıram. HonqKonq dollarının qəribə rəngi var. Kosta Rika valyutasının isə vəhşi həyat tərzi təsviri çox gözəldir... (publika.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2490   Tarix: 24 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp xalqa müraciət edəcək

"ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində administrasiyasının əldə etdiyi tarixi nailiyyətlər barədə danışacaq"​. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib. "Tramp bizi nələrin gözlədiyindən, ötən il ərzindəki bütün tarixi nailiyyətlərində

17 dekabr
.

Bəqayi: Belarus Prezidenti yaxın günlərdə İran xarici işlər nazirini qəbul edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Belarusa səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır. "Report"un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib. Onun sözlərinə görə, Əraqçinin Belarusun xarici işlə

14 dekabr
.

Kişi arvadını həddindən artıq yediyinə görə məhkəməyə verdi

Çinin Harbin şəhəri yaxınlığındakı Vuçan kəndinin sakini altı aylıq evliliyindən sonra arvadını məhkəməyə verib, çünki onun fikrincə, o, "həddindən artıq yeyib". -ın xarici mediaya istinadla xəbərinə görə, çinli kişi arvadının qohumlarına nişanlandıqları zaman ödədiyi cehizin - 20.00 yuanı

14 dekabr
.

Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"

"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ

14 dekabr
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

14 dekabr
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14 dekabr
.

Mikroplastiklər Yer kürəsinin kənarına çatdı

Antarktida - dünyanın ən ucqar və ən az məskunlaşmış materiklərindən biri - artıq qlobal plastik çirklənmənin təsirini hiss edir. Mikroplastik yerli həşəratların orqanizminə daxil olur və zamanla onların enerji balansını dəyişə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə Phys.org yazır. Kentukki Universitetini

15 dekabr
.

Dünyada neçə pişik var? Hesablamalar aparılıb

Pişiklərin sayılması çox təxmini hesablanır, çünki burada siyahıyaalmalar aparmaq mümkün deyil. Pişiklər itlərlə yanaşı ən populyar yoldaş heyvanlardır. Bir çox insan onları mənzillərdə və ya şəxsi həyətlərdə saxlayır. Şəhərlərdə də çox sayda küçə pişiyi var. Bəs planetimizdə nə qədər pişik var? . -ı

14 dekabr
.

Qlobal qripdən özümüzü necə qoruyaq?

Hazırda həkim-infeksionistlər dünyada ötən illərlə müqayisədə daha sərt qrip mövsümünün yaşandığını iddia edirlər. Onlar bunun qismən virusun yeni mutasiyaya uğrayan növündən qaynaqlandığını bildirirlər. Yaponiya və Böyük Britaniyada artan xsətə sayı digər qitələrdə də aşkar edilib. Əvvəlki qriplə müqayisəd

14 dekabr