"Müxalifət ortalığa proqram qoysun, gedib küçədə camaatı narahat etməsin"-RƏY

"Müxalifət ortalığa proqram qoysun, gedib küçədə camaatı narahat etməsin"-RƏYAzərbaycanda növbədənkənar parlament seçkiləri rəsmən elan olunub. Fevralın 9-da ölkədə seçkilər keçiriləcək. Normalda siyasi qüvvələr artıq seçkilərə hazırlaşmalı idi. Lakin görünən odur ki, müxalifətin radikal qanadı boykot çağırışlarıan başlayıb. Xalqı seçkilərə deyil, kütləvi etirazlara, yüzminlik aksiyalara çağırır. Əslində seçki kampaniyası bütün siyasi qüvvələr üçün xalqla geniş təmas, ideya və planlarını xalqa təqdim etmək üçün ən ideal fürsət olduğu üçün normalda müxalifət qüvvələri seçkilərə gedir, çünki istənilən halda seçkidə iştirak boykotdan daha effektivdir. Lakin görünən odur ki, ənənəvi radikal müxalifət cəmiyyətə yeni heç nə vəd eləmir. Son aylarda ölkə siyasətindəki dinamikanın fonunda Milli Şura və ya digər müxalif təşkilatlar yalnız aksiya keçirmək təşəbbüsü ilə gündəmə gəlib və bu zaman heç bir yeni, hazırkı şərtlərlə ayaqlaşan şüarlar təklif edə bilməyib.
Mövzu ilə bağlı politoloq Mübariz Əhmədov Sonxeber.az-a bildirib ki, müxalifət haqqında çox da kəskin söz işlətmək istəmir. Amma təəssüf edir ki, onlar özləri öz hərəkətlərini dərk etmək imkanından da məhrum olurlar.
"Dünya demokratiya alemində qəbul olunmuş bir tezis var, hətta ən pis seçki məcəlləsi ilə demokratik seçki keçirmək olar, əsas xalqın əhval-ruhiyyəsidir. Hətta ən yaxşı seçki məcəlləsi ilə də çox axmaq demokratik seçki keçirilə bilər. Yəni, seçkini müəyyən edən seçki məcəlləsi deyil, seçkini müəyyən edən seçki iştirakçılarının aktivliyidir. Çox təəssüf ki, bizim müxalifətin liderləri bu günə qədər bunu başa düşməyiblər. Azərbaycan cəmiyyətinin ən böyük qüsuru indiki müxalifətdir. Əgər müxalifət indikindən biraz fərqli olsaydı, cəmiyyətdə, elə iqtidarın da fəaliyyətində çox proseslərdə yeniliklər olardı. Ona görə mən belə başa düşürəm ki, ən gözəli bu seçkilərdə yeni dünyəvi müxalifətin meydana çıxmasıdır. Əgər fikir verdinizsə, ölkə prezidenti BDU-nin 100 illik yubiley tədbirində, çıxışında qeyd etdi ki, ölkəyə lazım olan normal müxalifətdir, təklif verən, düşündürən, yol göstərən, yeri gələndə tənqid edən, yoxsa vurub-dağıdan müxalifət heç bir dövlətə lazım deyil. Xüsusilə Azərbaycan kimi həssas bir məkanda yerləşən dövlətə ümumiyyətlə belə müxalifət lazım deyil", - deyə politoloq vurğulayıb.
"Deyə bilərsinizmi ki, hansısa bir müxalifətin öz siyasi partiyası ilə bağlı bir kitabı, elmi əsəri, elmi məqaləsi varmı? Yox, yoxdur.
Yəni, bunlar ancaq küçə yürüyüşünə hazırlaşıblar, adamların çox olduğu yerlərdə olsunlar, bir-iki şüar səsləndirsinlər və öz adamları da elə mövqedə dayansın ki, guya xalq bunları dəstəklədiyi kimi görünsün.

Ötən ilki prezident seçkisini götürün,orada bütün dairələri, məntəqələri izləyin, görəcəksiniz ki, nə qədər adam hansı namizədə səs verir. Səslər də MSK tərəfindən olduğu kimi də qeydə alınıb. İqtidar partiyasının bacarığı adamı seçkiyə gətirib və özünə səs verməkdir. İqtidar və ya iqtidarın partiyası müxalifətin bazasının səsini özünə yazdırmaqla özünə səs artırmır, camaatı seçkiyə cəlb etməklə bu işi görür. Müxalifət də buyurub gəlsin, proqram ortalığa qoysun, daha gedib küçədə camaatı narahat etməsin.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 727   Tarix: 09 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021