Sumqayıtda piyadalar üçün ən təhlükəli yol - Hər il xeyli adam ölür - FOTO
Sumqayıt şəhərinin bir sıra küçələrində yol hərəkəti təhlükəsizliyi sakinlərin narahatlığına səbəb olub.
Publika.az-a müraciət edən sakinlər bildirirlər ki, Sumqayıtın Katec qəsəbəsinin və Xəzər massivində (bağları) yaşayan bir qrup sakini şəhərin ən böyük küçəsi olan Səməd Vurğun küçəsinin "Ləman"mebel mağazasının yaxınlığındakı 4 yol hissəsində piayadaların keçməsi üçün çox təhlükəlidir
Sakinlərin sözlərinə görə, hər ay yolun bu hissəsində 3-5 yol-nəqliyyat qəzası baş verir ki, onların da 50-60 faizi piyada vurmalarından ibarətdir. İşlək yol olan,avtomobillərin, ələlxüsus yük avtomobillərinin intensiv hərəkət etdiyi bu küçənin Novruz küçəsi ilə Pərviz Hüseynov küçələrinin kəsişdiyi hissəsində ildə orta hesabla 30-40 ağır qəza olur ki,onların da 3-5-i piyadaların ölümü, bir çoxunun isə yaralanması,ağır xəzarət ilə nəticələnir. Bu yolu piyadalar üçün sözün həqiqi mənasında ölümə aparan yol adlandırmaq olar:
"Yerüstü piyada keçidləri olmadığından piyadalar keçid zolaqlarından istifadə edirlər.Yolun bu hissəində ölüm gözlə qaş arasındadır. Bu yol Sumqayıtın Babək küçəsində yerləşən "Hiper" marketin qarşısındakı yoldan da daha təhlükəlidir. Sadəcə olaraq bu ərazi şəhərin nisbətən kənarında yerləşdiyindən və mətbuatda az işıqlandığından diqqətən kənar qalıb. Sumqayıtda piayadalar üçün, bəlkə də ən təhlükəli ərazi buradır. Hacı Zeynalabdin qəsəbəsinə aparan bu yol trassa yoludur və minlərlə sakin yaşayan ərazidə çoxlu sayda şagirdlər bu yola çıxaraq məktəbə gedir".
Şikayətçi sakinlərdən birinin dediyinə görə təkcə elə bu il bu yolda qəzalar nəticəsində 3 nəfər ölüb ki, onların 2-si azyaşlı məktəbli qız, biri isə ərazidə yaşayan 39 yaşlı sakin olub.
Qeyd edək ki, deyilən yolda işıqfor var, amma o çox aralıdadır deyə sakinlər üçün ondan istifadə etmək çətindir və onlar məcburdular riskə gedərək yaşayış daha yaxın yerdən keçsinlər.
Ərazidəki yol dirəklərindən belə buarad baş verən qəzaların izlərini aydın görmək olar.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU