Renka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - MÜSAHİBƏ

Renka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - MÜSAHİBƏOriental rəqslərin mahir ifaçısı, rəqqasə Rəna Ağamuradovanın (Renka) Oxu.Az-a özəl müsahibəsi:

- Boxçanızda gizlətdiyiniz yeni layihənizi tamaşaçılar nə zaman görəcək?

- Çox maraqlı bir klip gəlir. Bir az açıq-saçıq olacaq. İndiyə kimi kliplərimdə o qədər də açıq-saçıqlığa yol verməmişəm. Klipi Bakıda çəkməyəcəyik. Qeyri-adi bir məkanda lentə alacağıq.

- Rusiyanın nəhəng ulduzlarının çəkildiyi "Jara" filmində epizodik rolda çıxış etdiniz. Həmin səhnəcik çox müzakirələrə səbəb oldu. O obraz da açıq-saçıq oldu. Rəna bu qədər açıq-saçıqlığa niyə can atır?

- Kənardan çox ehtiraslı görünürəm. Adi həyatda isə çox sadəyəm, maraqlı da deyiləm. Aktrisa kimi işləsəm, mənə sırf açıq-saçıq rollar verərlər. Rola girdimsə, dərhal üz ifadəm dəyişir, oluram çox seksual bir xanım. Mənə deyirlər ki, "siz çox ehtiraslı qadınsınız". Cavab olaraq deyirəm ki, "Sizin məndən xəbəriniz yoxdur. Bütün günü yorğun, bitkin bir vəziyyətdəyəm".

Filmlə bağlı kastinq keçirildi. Mən də yenicə "sinə əməliyyatı"ndan çıxmışdım. Daxil oldum kastinqə, üstündə "çupa-çups" sözü yazılan qısa "top" geyinmişdim. İçəri girən kimi, mənə dərhal dedilər ki, "Qəşəng çupa-çupslardır, götürürük". Çəkiliş o qədər peşəkar səviyyədə keçdi ki, böyük həzz aldım.

- Keçirdiyiniz "mamoplastika", yəni sinə böyütmə əməliyyatı izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Onlar sizi tənqid etdilər.

- Lazım oldu ki, elədim də, mənim işim budur. Mənim rəqs kostyumlarımı görmürsünüz? Deyim ki, sinəmi böyüdəndən sonra kənardan bu abartılı və ya vulqar görünür, xeyr. Bu əsla belə deyil. Normal görünür. Burnumu əməliyyat etdirəndə heç kimin xəbəri belə olmadı. Standart bir şey olmadı.

- Hələ də bizim cəmiyyət "oriental" rəqqasələrin işinə dırnaqarası baxır və onları birmənalı qəbul etmirlər. Çox zaman isə sosial şəbəkə istifadəçiləri tənqidləri təhqirlərlə əvəz edirlər. Bütün bunlara Rəna necə sinə gərir?

- Oynadığım oriental rəqsi hər zaman və hər yerdə qınanılır. Oriental qəlizdir. Ən böyük arzum bir ilə səhifəmi bağlamaq, heç bir sosial şəbəkədən istifadə etməməkdir. Düzdür, anlayıram ki, bunu edə bilməyəcəm. Çünki bu işlə pul qazanıram. Hələ tezdir bu işdən getmək. Amma yorulmuşam söz-söhbətlərdən, ardı-arası kəsilməyən telefon zənglərindən.

İstəyirəm kənd yeri olsun, gedib orada heç olmasa bir ay dincəlim. Başqa bir baş və fikirlərlə yenidən qayıdım. Amma hələlik bütün bunlara dözürəm. Əvvəllər heç olmasa ağlayırdım, indi ağlaya da bilmirəm. Depressiya mənim hər zaman içimdədir. Heç kim mənim göz yaşlarımı silmir. Çünki heç kimin önündə ağlamıram. Gedirəm evə, ağlamalı hind filmini izləyib, gəşəng ağlayıb, sonra da özümə gəlirəm (gülür).

- İki övladınız var. Hər ikisi orta məktəbdə təhsil alır. Sinif yoldaşları onların analarının rəqqasə Renka olduğunu bilirlər? Təhsil ocağında buna görə uşaqlarınıza qarşı hər hansı təzyiqlər olur?

- Yolda durmamışam ki... Oynayıram da. Niyə hamıya bu qədər maraqlıdır ki, uşaqlarım mənə görə xəcalət çəkir, utanır, ya yox? Niyə? Mən özümü satıram? Neyləyirəm axı? Rəqs edirəm də... Mən sevirəm öz işimi. Bu işlə də pul qazanıb, evimə çörək aparıram. Uşaqlarım mənimlə fəxr edir. Hər zaman onların özlərinə də deyirəm, kimsə sizə nəsə desə, mənə zəng vurun, ona özüm başa salaram.

Onların oxuduğu sinifdə hamı məni çox istəyir. Məktəblərinə gedəndə, hamı mənimlə şəkil çəkdirir. Uşaqlarıma yaxın gələni "yaşatmaram". İstəyir analı-atalı olsun. "Yaşatmaram", pis günə qoyaram. Mən uşaqlarıma həm atalıq, həm də analıq edirəm. Sevgim o qədərdir ki, onların hər ikisinə bəs edir.

Hamı məni işimə görə tənqid edir. Amma mən bir gün evə pul aparmayanda başıma hava gəlir. Çox qorxuram. Səhərə kimi gözümə yuxu getmir. Yanımda heç kim yoxdur. Bu rəqsdən getdikdən sonra da kim yanımda olmayacaq. Heç kim də qapımı döyüb, deməyəcək ki, "bəlkə, sənə nəsə lazımdır?". Bir ay "Instagram"dakı səhifəmi bağlayım, heç kimin yadına belə düşməyəcəm.

Hərdən bir uşaqlarıma deyirəm ki, evə yeni "papa" gətirəcəm. Mənə qəribə baxışlarla baxıb, "Bizdə sənin bu sözlərinə inandıq" deyirlər. Hər zaman belə zarafatlaşıram. Mən bundan sonra ailə həyatı qurmağı düşünmürəm də. Bu gün-sabah oğlum evlənəcək. Gedim ailə həyatı qurum, uşaq dünyaya gətirim. Vay-vay, biabırçılıq. Mən rəqqasəyəm, kim mənimlə ailə həyatı qurar? Kefdən danışırsınız (gülür). Mentalitet var. Kişilər mənimlə nəinki evlənmək, hətta münasibət belə qurmaq istəmirlər.

Mənə heç nə lazım deyil, sadəcə qayğı istəyirəm. Kişilər ağıllı qadınlardan qorxurlar. Onlara zəif, sözlərinə qulaq asan qadın lazımdır. Mən "yekəbaşam". Heç kimin sözü ilə oturub-duran deyiləm. Mən öz bildiyimi edirəm. Çox sərt və kobud insanam. Çox pis cavab qaytarıram. Heç kimdə də günah axtarmıram. Günahı yalnız özümdə görürəm. Normal münasibət qura bilmirəm.

Hər şey ehtiras üzərində deyil, sevgi, qayğı, hörmət üstündə qurulmalıdır. Sevgili tapan kimi sənə dərhal xəbər verəcəm, Rəşad. Gəlib məndən müsahibə alarsan (gülür). Amma olmayacaq, heç o barədə düşünmürəm də. Bir də görürsən ki, yazırlar "Gəl gedək kinoya". Cavab verirəm ki, "gecə saat 12-yə kimi banketdəyəm". Mən belə kimə maraqlıyam? Mənim işim budur. Kiməsə görə işimdən qalası deyiləm".
Renka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - MÜSAHİBƏRenka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - MÜSAHİBƏRenka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - MÜSAHİBƏRenka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - MÜSAHİBƏ


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3814   Tarix: 03 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə

7 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021