"Tramp İranla gərginləşmə fonunda öz reytinqinin artırılmasına çalışır"-RƏY

"Tramp İranla gərginləşmə fonunda öz reytinqinin artırılmasına çalışır"-RƏYQasım Süleymanın ölüm əmrini verən Prezident Trampın səlahiyyətləri məhdudlaşdırılıb. ABŞ Nümayəndələr Palatası Qasım Süleymaninin ölümünə əmr verən prezident Trampın bəzi səlahiyyətlərini əlindən aıb. Baş Assambleyada qəbul edilən qanun layihəsinə görə, Tramp Konqresin razılığı və məlumatı olmadan İrana qarşı hərbi səlahiyyətlərini həyata keçirə bilməyəcək. Bu hadisələr noyabr ayında Amerikada keçiriləcək prezident seçkilərinə və Amerika İran münasibətlərinə hansı təsirləri olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib. O, bildirib ki, iranlı general Qasım Süleymaninin öldürülməsi ilə Tramp faktiki olaraq gündəmi dəyişdi. Əslində Amerika gündəmində əsas mövzü prezidentə qarşı impiçment idi. Son hadisələrin fonunda bu, arxa plana keçdi. Sanki Tramp öz istəyinə nail oldu. Çünki Tramp bu ilin noyabr ayında keçiriləcək prezident seçkisində reytinqin artırılması barədə düşünür. ABŞ Nümayəndələr Palatası, Demokratlar Partiyası Trampın fəaliyyətini məhdudlaşdırmağa çalışırlar. Ona görə də bu məsələləri ona görə ortalığa atıblar ki, Konqresin icazəsi olmasa İranla müharibə başlaya bilməz. Həmçinin, Amerikada qanunvericiliyə fərdi yanaşmalar da var. Hətta Amerika tarixində də olub ki, Amerika ikinci dünya müharibəsində iştirak etməmişdən öncə keçmiş prezident Ruzveltin Konqresdə məşhur çıxışı olmuşdur ki, bizim müharibədə iştirak etməyə başqa alternativimiz yoxdur. O zaman da konqresmenlərin çoxu Amerikanın müharibəyə qarışmasını istəmirdi. Amerika 1941-ci ildə Perl-Harbor bazasına hücum etdikdən sonra müharibəyə qoşuldu. İndi də biraz oxşar situasiya yaranıb və konqresmenlər deyirlər ki, bu müharibəyə başlamaq üçün deyil, Amerikanın maraqlarını qormaq üçündür. Əlbəttə, Trampın da öz hüquqları var. Amma əsas odur ki, bütün məslələr seçkiyə fokuslanıb. Konqresmenlər çalışırlar ki, Trampın mövqeyi zəifləsin. Tramp isə İranla gərginləşmə fonunda öz reytinqinin artırılmasına çalışır.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1980   Tarix: 10 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021